Bazar günü, 2024-12-22, 10:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 14 » Qədir-Xum – təkcə tarixi hadisə deyil
8:27 AM
Qədir-Xum – təkcə tarixi hadisə deyil

Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi - Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini sünnət davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu aşkar etmişdilər. Onu əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəl-möminin (ə) bu günü qeyd edərdi.


Allahın Peyğəmbərinin (s) əmri ilə müsəlmanlar vilayət sahibinə təbrik dedilər və o Həzrətlə beyət etdilər. Rəsuli-Əkrəm (s) də bu İlahi bayrama görə sevinirdi və buyururdu: "Əlhəmdulilləhi ləzi fəzzəlna əla cəmiyul aləmin”.

Quran ayəsi açıq halda bu günü dinin kamilləşməsi, Pərvərdigarın bu hadisədən xoşhal olması və Vəsinin təyin edilməsi kimi tanıtmışdır. Bu günün bayram olması elə həmin gün hamıya aydın idi. Bunu xristian Tariq ibni Şəhab, Ömər ibni Xəttabın məclisində də demişdi: "Əgər "Maidə” surəsinin 3-cü ayəsi bizim aramızda nazil olsaydı, ayənin nazil olduğu günü bayram edərdik”. Orada olanların heç biri onun bu sözünü inkar etmədilər. Ömər də elə söz dedi ki, bu sözü qəbul etmiş kimi oldu.

Qədir-Xum təkcə tarixi bir hadisə deyildir. O, İslami bir bayramdır. Onun bayram olması üçün xüsusi mərasim tələb olunur. Onu təkcə bayram deyil, şadlıq gününə çevirmək lazımdır. Dini şüarlara təzim günü bilərək, onu əziz tutmalıyıq. Onun əzəmətini ucaltmaq lazımdır ki, bu gündə gizlənmiş dəyərləri dirçəldə bilək.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Qədir-Xum günü mənim ümmətimin ən üstün bayramıdır. Elə bir gündür ki, Allah Təala mənə əmr etdi ki, qardaşım Əli ibni Əbitalibi (ə) ümmətim üçün hidayətedən bayraq təyin edəm. Məndən sonra onun vasitəsilə hidayət olunasınız. O, bir gündür ki, Allah həmin günü dini kamil etdi və neməti ümmətimə kamil və tamam etdi. İslamı onların dini kimi qəbul etdi”.

Həzrətin (s) başqa bir kəlamında deyilir: "Məni təbrik edin, məni təbrik edin”. Bu da Həzrət Peyğəmbərin (s) həmin günü bayram etməsinin göstəricisidir.

Əmirəl-möminin (ə) özü də Peyğəmbərdən (s) sonra həmin günü bayram edirdi. Qədir-Xum bayramı cümə gününə təsadüf edirdi və həmin günü Həzrət (ə) xütbəsində buyurmuşdu: "Allah Təala siz möminlər üçün bu gün iki böyük bayramı qərar vermişdi. Biri o birisini kamilləşdirir ki, öz ehsanını kamil etsin. Sizi inkişaf yoluna çatdırsın. Sizi o kəslərin ardınca qərar verər ki, hidayət nuru ilə aydınlıq tapmışdı. Sizi ən yaxşı yola aparar və kamil şəkildə sizi qarşılayar. Cüməni toplanmağınız üçün məhəl qərar verdi və ona dəvət etdi ki, keçmişi pak etsin və cümədən-cüməyə olan çirkinlikləri yusun. Bu, dini kamilləşdirmək və İlahi əmrə tabe olmaq, onun haramlarından çəkinmək və Ona itaət etmək deməkdir. Allahın tövhidi Peyğəmbər (s) nubuvvətini etiraf etməklə qəbul edilər. Din də vilayəti qəbul etmədən qəbul edilməz. Allah Qədir günündə Peyğəmbərinə (s) ayə nazil edir ki, xalislər və seçilmişlər üçün iradəsini bəyan etsin. Ona əmr etmişdi ki, müraciəti elan etsin, xəstə qəlblərdən və münafiqlərdən çəkinməsin və onu qorumağı öhdəsinə götürsün. Allahın rəhməti olsun sizə! Bu cəmdən sonra evinizə gedin və ailənizi genişləndirin, qardaşlarınıza yaxşılıq edin. Allahın sizə verdiyi nemətə şükür edin. Bir yerdə olun ki, Allah da sizi müttəhid etsin. Bir-birinizə yaxşılıq edin. İlahi nemətdən bir-birinizə hədiyyə edin. Bu gün yaxşılıq etmək sərvəti artırar, ömrü uzun edər. Bu günü bir-birinizə məhəbbət və sevgi göstərmək - Allah lütfünə və rəhmətinə səbəb olar ki, vücudunuzdan ailə və qardaşlarınıza xərcləyə biləsiniz. Görüşən zaman sevinib, şadlanın”.  

deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 853 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]