Bazar günü, 2024-12-22, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 25 » İsrail övladlarının inəyi
7:18 AM
İsrail övladlarının inəyi
   "Bəqərə" surəsi, ayə 67-75. Bu ayələrdə İsrail övladlarının İlahi sinağa çəkilmələrindən bəhs edilir. Hadisə belə baş verir.  Varlı bir şəxsin uzun müddət övladı olmur.  Onun iki yoxsul qardaşı oğlu olur. Qardaşlar əmilərindən kömək istədikdə varlı şəxs həmişə onları əliboş qaytarar və ehtiyaclarını təmin etmir.  Bir dəfə iki qardaş əlbir olub varlı əmini öldürür, sonra da ah-nalə edərək onun əzadarlıq etməyə başlayır.  Günlərin biri Musa peyğımbərin (ə) yanına gəlib kömək istəyirlər. Sonuncu isə Allahdan sirrin açılması üçün dua edir. Ona belə bir vəhy gəlir. "İsrail övladlarına de ki, bir dişi inək kəsib onun bədən üzvlərindən birini ölmüş şəxsin bədəninə vursunlar. Belə etsələr həmin şəxs diriləcək qatılın kim olduğunu şəhadət verər".  Musa peyğəmbər (ə) İlahi hökmü adamlara çatdırdıqda belə istehza edirlər:" Bizi laöa qoyursan?". Musa peyğəmbər (ə) bunun İlahi hökm olduğunu söyləsə də, adamlar yenə inanmırlar. Onlar inəyin nişan əlamətlərini soruşdular. Musa (ə) hər dəfə inəyin əlamətlərindən xəbər verdikdə onlar başqa bəhanələrə əl atırlar.
   Nəhayət, Musa (ə) inəyin bütün nişanələrini sadalayıb qurtarır və həmin inək tapılaraq kəsilir. İnəyin bədən üzvlərindən birini ölmüş şəxsin bədəninə vururlar. Beləliklə varlı əmi dirilərək qatilin kim olduğunu şəhadət verir.
   Təfsir alimlərinin verdikləri açıqlamaya görə, əgər İsrail övladları bəhanə gətirmədən hər hansı başqa inəyin bədən üzvlərindən birini ölmüş şəxsin bədəninə vursaydılar, yenə də həmin şəxs diriləcək və qatılın kim olduğuna dair şəhadət verəcəkdi.

   Müasir ərəb dilində bir şəxs başqasına çətin iş tapşırdıqda deyir: "Bu lap İsrail övladlarının inəyinə döndü".


Category: Diger me'lumatlar | Baxış: 583 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]