Süleymanın (ə) zənbil toxuması
Süleyman (ə) peyğəmbər bu işi atasından öyrənmişdi. Allah ona elə bir səltənət verir ki, heç kimə verməmişdi. Onun üçün cinlər, quşlar, insanlar və külək iş görürdülər.
Bəs özü həyatını necə təmin edirdi? O, arvad-uşağının xərcini ödəmək üçün zənbil toxuyurdu. Onu satır və onun pulu ilə ailəsini idarə edirdi. Namaz üçün Beytul-Müqəddəs məscidinə gedir. Orada paltarı çırıq olan insanlarla oturub-dururdu. Bir gün ondan soruşurlar ki, ağacan, sənin adın nədir? Göz yaşı töküb, buyurur: "Miskin məə məsakin”. Yəni, mən də bir kəs deyiləm. Mən düşmüşlərin tayfasından olan düşmüşəm.
Bizim qəlbimiz bu dünyada hər nə qədər giriftar olarsa, ölüm və bu dünyadan əl çəkməyimiz bir o qədər çətin olar. Rahat yaşayaq ki, Allaha da rahat çata bilək. Qurani-Kərimdə oxuyuruq: "Sizi tək bir nəfsdən (Adəmdən) yaradan”. ("Nisa” 1) Yəni, ey insanlar! Sizin hamınızı bir həqiqətdən yaratmışam. Sizin hamınızda xilqət baxımından heç bir fərq yoxdur.
deyerler.org