Bazar günü, 2024-12-22, 4:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 15
Bəla
Allahın Peyğəmbəri(s): «Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır.»
Allahın Peyğəmbəri(s) :«Dinin bəlası nəfsani istəklərdir.»
İmam Əli (ə): «Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.»
İmam Əli (ə):«Qorxu bəladır.»
Kateqoriya: Diger me'lumatlar | 856 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)

Mələklər nə zaman gülümsəyir?

Rəvayətlərdə bildirilir ki, mömin insan gecə ibadətinə dayandığı zaman mələklər sevincindən gülümsəyir. Gecəni oyaq qalıb Alahala raz-nuyaz etmək, gecə namazı qılmaq haqqında ariflər nə düşünür? Ayətullah Mirza Cavad Ağa Məliki Təbrizi: "Ustadım Molla Həsənəli buyururdu ki, yalnız gecə ibadət edənlər kamillik məqamına nail ola bilər..." Ayətullah Qazi: "Gecə namazına durmayıb kamillik istəyən adama təəccüb edirəm! Kimsənin gecə namazından başqa yolla kamillik məqamına çatdığını eşitməmişik! Şəhid Mütəhhəri
Kateqoriya: Diger me'lumatlar | 902 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)

Davud peyğəmbər (ə) və ruzi qazanması

Həzrət Davuda (ə) xitab olunur: "Səni çox sevirəm. Ancaq sənin dünyanda elə bir yer vardır ki, oranı sevmirəm”. Davud (ə) soruşur: "Mənim Mövlam, ora haradır?” Xitab gəldi: "Həyatın Beytul-maldan təmin edilir. Mənim peyğəmbərimə bunu yaraşdırmıram. Dövlət, hökumət və ordu gərək bu pulla olsun. Ancaq sənin başqa bir sinifın də var”. Ağlayır və buyurur: "Mənim Məhbubum! Mən sabahısı gündən Beytul-maldan istifadə etməyəcəyəm. Ancaq bu xalqa xidmət edəcəyəm”. Qurani-Məcid buyurur: "O vaxtdan dəmirə dedim: O zaman ki, Davudun əlində olursan, yumşal”. Dəmir onun əlində xəmir kimi yumşaq olur və hansı formaya istəyirsə, o formaya salır.
Kateqoriya: Diger me'lumatlar | 885 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)