Şənbə günü, 2024-12-21, 9:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Entries in category: 95
Shown entries: 51-95
Pages: « 1 2

Sort by: Tarix · Ad · Retinq · Serhler · Yukleme · Baxis
 Orucluq hər bir müsəlman üçün böyük fürsətdir

Allah-taala  bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur.
11 ayın sultanı | Baxis: 731 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucluğun ən böyük ictimai faydası
Qeyd edək ki, on bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir.
11 ayın sultanı | Baxis: 705 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Səfər orucu

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.("Bəqərə"184)
11 ayın sultanı | Baxis: 714 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazanın ayı
İKi adil şəxsin Ramazanın başlandığını xəbər verməsinə baxmayaraq, oruc tutmayan şəxs həmin günün qəzasını tutmalıdır.

Bir şəhərdə ayəın görünməsi ona yaxın olan şəhərin əhalisi üçün də əsaslı dəlil ola bilər.
11 ayın sultanı | Baxis: 699 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan ayında ruhumuza necə enerji verək?

 Ramazan ayı ruhumuzun və cismimizin enerji alması və güclənməsi üçün gözəl fürsətdir. 11 aydan yığılmış qabarlar, kin-küdurət, nifrətdən qurtulmaq üçün bu ay qızıl fürsətdir. Bu, elə bir enerjivericidir ki, bir ay bizə bu enerjini verir və 11 ay bizə kifayət edir. Yəni, həqiqi ehtiyaclarımızı ödəyə bilir.
11 ayın sultanı | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan və Quran

 Nə üçün Quranın nazil olduğu günü oruc tutmaqla qeyd edirik? Məgər Quranın nazil ayı daha çox Quran oxumaq, daha çox namaz qılmaq, daha çox sədəqə vermək və s. ibadətləri yerinə yetirməklə qeyd edə bilməzdikmi? Quranla orucluq arasında hansı bağlılıqlar var?
11 ayın sultanı | Baxis: 661 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi

Rəcəb və şaban aylarında Ramazan ayına özünü hazırlaya bilməyənlər Ramazan ayı ərəfəsində bu duanı oxusun: Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.

 

15 Şaban İmam Zaman (ə.f) mövludu keçəndən sonra Ramazan ayının ayaq səsləri daha artıq eşidilməyə başlayır, belə bir ayda bəndələrə İlahi rəhmət süfrəsi salınır və hər bir insan özünü bu aya hazırladığı qədər bu İlahi süfrədən istifadə edə bilər.


11 ayın sultanı | Baxis: 824 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 5.0/1 | Serhler(1)

 Mən nə üçün oruc tutmalıyam? 7 səbəb

 1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
11 ayın sultanı | Baxis: 768 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam

    Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.

11 ayın sultanı | Baxis: 872 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-10 | Reytinq: 5.0/1 | Serhler(5)

Günahı etiraf etməyin nə faydası var?

 

  Bir Allah bəndəsi Allaha 70 il bəndəlik edir. Gündüzləri oruc tutur və gecələri ibadət edərdi. Allah Təaladan nə istəyirsə, yerinə yetmir. Sonra nəfsinə diqqət edir və deyir: "Bu, sənin pisliyinə görədir. Əgər sənin yanında xeyir və yaxşılıq olsaydı, duam qəbul olardı”.
11 ayın sultanı | Baxis: 918 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-10 | Reytinq: 5.0/2 | Serhler(1)

Həyatın sonunda çəkilən 5 həsrət

  Quran ayələrinə nəzər salan zaman görmək olur ki, həyatda böhrana düçar olan insanlar ömürlərinin son anında həsrət çəkirlər. Allah Təala da onların bu həsrətini öləndən sonra səadət axtarışında olanların nəzərinə çatdırır və bu yolla həyatda olan zaman xoşbəxt olmaları üçün onlara bir ibrət dərsi verir.
11 ayın sultanı | Baxis: 792 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Oruc tutmaq barədə 7 yanlış stereotip

  Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
11 ayın sultanı | Baxis: 2108 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-10 | Reytinq: 5.0/1 | Serhler(1)

Orucu bir gün tez, bir gün gec tutanda ya açanda...

  İman rəqəmlərin böyüklüyü yox, qəlbin iştirakındadır
Hər il olduğu kimi bu il də ramazan ayının hansı gün başlaması ətrafında mübahisələr, bəzən də didişmələr başladı. Heç şübhəsiz, mübarək ayın sonunda da eyni gərginlik yaşanacaq, bir az da ciddi! Səbəbi nədir? Yəni müsəlmanlar bu qədər olub?
11 ayın sultanı | Baxis: 837 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Mühüm ibadətlər hicri-qəməri təqviminə əsasən yerinə yetirilir
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar.
11 ayın sultanı | Baxis: 707 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucluq nə üçün vacibdir?
Orucluq,  islamın digər mətin əhkamları kimi xas hikmət və məsləhətdən qaynaqlanır. Çox sayda rəvayət müxtəlif ifadələrlə onun hikəmtinin bir qismini açıqlayır. Aşağıda onlardan beşinə işarə edirik:
1.    İxlas və özünüdüzəltmə
Həzrət Zəhra salamullahu ələyha buyurub:
 
Ərəbcə:
11 ayın sultanı | Baxis: 935 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun intim həyatı
Oruc gecəsi 
qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). ("Bəqərə" 187)

Peyğəmbər (s.ə.s) buyurur: "Qadınlarınızla yaxınlıq etməyiniz sədəqədir. Oradakılar soruşdular: "Ey Allah elçisi, şəhvətimizə görə savab da qazanırıq?". Həzrət dedi: "Halal yolla söndürülən şəhvət savab qazanar!".
11 ayın sultanı | Baxis: 786 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

İftarı belə aç!
Oruc tutan şəxsin şəkəri aşağı düşür. İftar zamanı tərkibində şəkər  tozu olan yeyintilər,  təkcə onu bərpa etmək üçün lazımdır. Amma diqqət etmək lazımdır ki, şəkərli yeyintilərdən çoxlu istifadə olunmasın. Bəlkə də inanmayasınız, şəkərin aşağı düşməsinin səbəblərindən biri də iftar zamanı şəkərdən çox istifadə etməkdir.
11 ayın sultanı | Baxis: 710 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Hamilə qadın oruc tuta bilərmi?


Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar.
11 ayın sultanı | Baxis: 772 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Oruc olmaya-olmaya…

Mübarək Ramazan ayı insanın mələklərlə müsabiqə ayıdır. Çətin gəlir bu bir ayı Allahın məhdudiyyətlərinə riayət etmək. Amma Allahın aşiq bəndələri ruyazətdən, nəfsi incidərək tərbiyələndirməkdən ləzzət alıblar.

11 ayın sultanı | Baxis: 643 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucu tərk etmək məndən deyil, göz və qulaqlarınla da tut (yəni günahlardan uzaq ol)
4 vacib, haram, məkruh və müstəhəb

NİYYƏT
İnsanın oruc tutmaq niyyətini qəlbindən keçirməsi, yaxud sabah oruc tutaram" deməsi vacib deyil. Hətta əgər Allahın əmrini yerinə yetirmək üçün sübh namazından məğrib (şam) namazına qədər orucu batil edən işlərdən çəkinərsə, kifayət edər. Və belə olduqda oruc düzgündür.

11 ayın sultanı | Baxis: 761 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

Mübarək Ramazan ayında insanları maraqlandıran məqamlardan biri də qurban kəsməklə bağlıdır. Bunu redaksiyamıza edilən telefon zənglərindən də demək olar. Belə ki, bəzi oxucular "Ramazan ayında qurban kəsməyə icazə verilirmi” sualına cavab almaq istəyirlər.

11 ayın sultanı | Baxis: 765 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun borcu

   Orucunu bilərəkdən pozan şəxs onun kəffarəsini verməlidir. Yəni ya bir nəfəri azad etməli (yaşadığımız dövrdə bir nəfərin borcunu ödəyib həbsdən azad etməli və s.), ya iki ay oruc tutmalı, ya da altmış nəfəri doyuzdurmalıdır.

    Bilərəkdən orucunu pozan və sonradan boynuna heyz və nifas qüsulu gələn qadınlar kəffarə verməməlidirlər.

11 ayın sultanı | Baxis: 700 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

ORUC
Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.
İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.
11 ayın sultanı | Baxis: 826 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun 11 halı


    1. Uşağa süd verən (süd anasının) oruc tutması vacib deyil.

    2. 4 rükətli namazları səfərdə iki rükət qılmalı olan şəxs səfər zamanı oruc tutmamalıdır.

    3. Zöhr namazından sonra səfərə çıxan şəxs orucunu tamamlamalı və pozmamalıdır.

11 ayın sultanı | Baxis: 740 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Bismillahir-Rəhmanir-Rəhim

 

On bir ayın sultanı

 

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْءَانُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir.”

"Bəqərə” surəsi, ayə 185.

11 ayın sultanı | Baxis: 719 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
   
  Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
11 ayın sultanı | Baxis: 714 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan ayında…
Hər gün Günəş şərqdən doğur və öz istiliyini bütün insanlara verər. Ancaq bütün insanlar günlərinə müxtəlif cür başlayırlar. Bəziləri gün çıxan kimi xoşbəxtlik və müvəffəqiyyət pənəcələrini açarlar. Ona görə də Günəş batana qədər də bu pəncərənin müvəffəqiyyət stimulu daha da artar. Xoşbəxtlik dayanacağına kilometrlərlə yaxınlaşarlar. Ancaq bunun əksinə olaraq, bəziləri Günəş çıxan kimi sınmış pəncərələrini açarlar.
11 ayın sultanı | Baxis: 722 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucu batil edən 9 əməl

    1. YEYİB_İÇMƏK
    Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur. Oruc vaxtı ağız boşluğuna daxil olan bəlğəmi udmaqolmaz. Dişin dibində qalan yemək qalıqlarını bilərəkdən udmaq orucu pozur.
11 ayın sultanı | Baxis: 717 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Başqa dinlərdə oruc varmı?

Başqa dinlərdə də oruc vardır. Ancaq günlərinin sayı və necəliyi ilə bir-birindən fərqlənirlər. Hər bir dində oruc tutmağın əsl hədəfi - nəfsi tərbiyə etmək, mənəvi paklıq yaratmaq və bəlaları dəf etməkdir. Allah qüdsi hədisində buyurmuşdur: "Oruc Məndəndir və Mən ona görə mükafat verirəm”.
 
11 ayın sultanı | Baxis: 621 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucluq ayəsi
Əslində orucluq müddəyi üc gün olub, amma hansı günlərdə oruc tutmaq məlum olmadıgından bir ay oruc tutmuşlar!  Bu yalnış bəhanə yəqin ki, hamıya məlumdur. Quran oruclugun tam bir ay davam etməli oldugunu vurgulayır.  Ramazan həm oruclugun, həm də Quranın nazil oldugu aydır.  Ayədə oruclugun səbəb və fəlsəfəsi göstərildiyi kimi,  Quranın nazil olma səbəbləri acıqlanır. "(İnsanlara dogru yol göstərən, bu yolu acıq dəlillərlə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir)".
11 ayın sultanı | Baxis: 873 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Təzə ay  
     Peygəmbər (s.ə.s) buyurur:
" Ramazan orucunuzu hilalı (təzə ayı) görüncə tutun, hilalı görüncə acın. Hava buludlu olarsa otuzuncu gündə orucunuzu tamamlayin"     
  *Ayın görünməsi beş halda sübuta yetir:      *İnsanın özü görüb şahidi olduqda
11 ayın sultanı | Baxis: 699 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Mən nə üçün oruc tutmalıyam?
 7 səbəb
  1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
11 ayın sultanı | Baxis: 635 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun qatili

1. Yeyib-icmək.
Miqdarından sılı olmayaraq, orucluq vaxtı bilərəkdən yeyilən və ya icilən hər şey orucu pozur.  Unutqanlıq üzündən olduqda isə oruc pozulmur. Agız suyu udmaq orucu pozmur. Oruc vaxı agız boşluguna daxil olan bəlgəmi udmaq olmaz.  Dişin dibindş qida qalıqlarını bilərəkdən udmaq orucu pozur.
11 ayın sultanı | Baxis: 774 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun kəffarəsi
 
Orucunu bilərəkdən pozan şəxs onun kəffarəsini verməlidir. Yəni ya bir nəfəri azad etməli (yaşadıgımiz dövrdə bir nəfərin borcunu ödəyib həbsdən azad etməli və s), ya iki ay oruc tutmalı, ya da altımış nəfəri doydurmalıdır. İki ay oruc tutmaq istəyən şəxs bir ayını ardıcıl tutmalıdır. İkinci ayı isə ardıcıl tutmasa da olar. Ardıcıl olaraq oruc tutdugu zaman boynunda heyz, nifas qüsulu gələrsə və ya zəruri olaraq səfərə cıxmalı olarsa, tutmadıqların günlərin qəzasını tutmaq lazım deyil.
11 ayın sultanı | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Rаmаzаn Аllаh аyıdır
 
Rаmаzаn, həqiqi Аllаh bəndələrinin sеvinib şаdlıq еtdiyi, şеytаn və şеytаnхislətlilərin isə nаrаhаt оlub, yаsа bаtdığı bir аydır. Аllаh – təаlа buyurur:
 
«Еy imаn gətirənlər! Оruc tutmаq sizdən əvvəlki ümmətlərə vаcib оlduğu kimi sizə də vаcib еdildi. Bəlkə (bunun vаsitəsilə) pis əməllərdən çəkinəsiniz».
11 ayın sultanı | Baxis: 720 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

3 gecənin sirri qədr gecələrinin əməlləri

Qədr - Quranın nazil olduğu gecələrə deyilir. Qurani-kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum İmamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21və 23-cü günlərinə təsadüf etdiyi göstərilir.
Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyrulur:Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! ("Qədr" 1)
11 ayın sultanı | Baxis: 915 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Özünüzə xoş tale yazın!
Biz (Quranı) qədr gecəsində nazil etdik.
Qədr gecəsi nur, rəhmət, Quranın nazil olduğu, səadət, xeyirlərin və bərəkətlərin nazil olduğu gecədir. Bu gecə bəşər həyatının yeni başlanğıcı, dəyişiklik mənbəyi və insanlığın kamil olmasıdır.
11 ayın sultanı | Baxis: 712 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan ayında yerinə yetirilən əməllər
 
İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın.
11 ayın sultanı | Baxis: 826 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Orucun hökmləri

Müqəddəs İslam şəriətində vacib olan əhəmiyyətli əməllərdən biri də orucdur.
Oruc, insan qəlbi və ruhunun saflaşması və onun Allaha yaxınlaşması üçün mühüm amillərdən sayılaraq müqəddəs İslam şəriətində özünəməxsus əhəmiyyətə malikdir.
Allah-taala bu barədə belə buyurur:
11 ayın sultanı | Baxis: 649 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan ayının ümumi əməlləri

1. Oruc tutmaq; Əgər təklifə çatmış şəxslərin şəri üzrü olmasa bu ayın günlərini oruc tutmaq onlara vacibdir.

2. Sədəqə vermək. [1]

3. Günahları tərk etmək; Bu ayın ən gözəl əməllərindən biri də günahları tərk etməkdir. [2]
11 ayın sultanı | Baxis: 832 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan fəlsəfəsi

1. Nəfsani istəkləri cilovlamaq

Oruc tutmaq insana öz şəhəvani və nəfsani, istəklərini cilovlamağa kömək edir. Nəticədə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək ruhunu hürriyyətə qovuşdurur. Imam Rza(ə) buyurur :" Oruc tutmaq şəhvət və ehtiras alovunu söndürər." ("Iləlüş-şəraye", fəsil. 103, səh. 379 )
11 ayın sultanı | Baxis: 626 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Ramazan duaları
 Bismillahir-rəhmanir-rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan.
11 ayın sultanı | Baxis: 766 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

RAMAZAN NURU
Ramazan!
  Ramazan! Allah sözünün insan düşüncəsinə süzüldüyü ay! Şəxsiyyətini yandırmışlara da haqqa dönüş imkanı verilmiş bir vaxt. Bu imkanı əldən çıxarmayasan! 
Ramazanın Qədr gecələri min aydan xeyirli sayılmış. Min ay, yəni 83 ildən uzun bir zaman! Bəli, mənasız yaşanmış ömrə dəyər vermək imkanı öz ixtiyarında.
11 ayın sultanı | Baxis: 634 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Kimlere oruc vacibdir...
 
Bezileri ele güman edirler ki, eger ac qalsalar, medelerinde yara emele gelecek. Amma oruc tutan şexsler üçün heyecanlanmağa esas yoxdur. çünki oruc tutmaqla hezm sistemi istirahet edir. Mede turşuları ise qida ile deyil, öd kisesinin buraxdığı ödle neytrallaşdırılır; medede heç bir yara yaranmr.
11 ayın sultanı | Baxis: 1075 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Yemək, amma ifrat etməmək

  Qida qəbulu - hər bir insanın təbii ehtiyaclarını təmin etmək deməkdir. Bu məsələdə ifrat və təfrit etmək, ruh və bədəndə problemlər yarada bilər. İslam bizə mötədil olmağı tövsiyə edir.

Həzrət Peyğəmbərin (s) səhabələrinin bir neçəsi qərara alır ki, Allaha yaxınlaşmaq üçün oruc tutsunlar. Gecələri isə oyaq qalıb, ibadət etsinlər. Ət yeməsinlər, xoş iydən və gözəl paltarlardan uzaq olsunlar.

11 ayın sultanı | Baxis: 772 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-02 | Reytinq: 5.0/1 | Serhler(0)

1-50 51-95