Cümə günü, 2024-11-22, 9:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Orucun qatili
2013-07-02, 6:07 AM
Orucun qatili

1. Yeyib-icmək.
Miqdarından sılı olmayaraq, orucluq vaxtı bilərəkdən yeyilən və ya icilən hər şey orucu pozur.  Unutqanlıq üzündən olduqda isə oruc pozulmur. Agız suyu udmaq orucu pozmur. Oruc vaxı agız boşluguna daxil olan bəlgəmi udmaq olmaz.  Dişin dibindş qida qalıqlarını bilərəkdən udmaq orucu pozur.
 
2. Cinsi yaxınlıq.
İstər Ramazan ayında, istərsə də qeyri vaxtlarda orucluq zamani subh namazından şam namazına qedər cinsi yaxınlıqda olmaq olmaz. Oruc oldugunu unudaraq cinsi yaxınlıqda olan şexs xatırladıgı zaman dərhal dayanmali və cinsi yaxınlıga davam etməməlidir.
 
3. İstimna (spermanın xaric olması)
Sevişmək və muxtəlif yollarla spermanın xaric olması orucu pozur. Yuxuda və qeyri-ixtiyari olaraq spermanın xaric olması orucu pozmur. Yuxuda iken spermanın xaric oldugunu hiss edən şəxsin oyandıqdan sonra bunun qarşısını alması vacib deyil.  Subh namazından sonra yuxuda və ya adi halda spermanın xaric olmasi orucu pozmur.
 
4. Allahın, Onun Peygəmbərinin (s.ə.s) və məsum İmamların adından yalan danışmaq.
 Yəni aid olmayan hər hansı sözü onlara aid etmək. Düz bildiyi hər şeyi soyləmək, amma sonrada səhv oldugunu məlum olan hər hansı bir söz orucu pozmur.
 
5. Tozun bogazdan kecməsi.
İstər halal, İstərsə də haram olsun, qatı toz halında olan tüstünün bogazdan kecməsi orugu pozur. Lakin bu, qeyri-ixtiyari hallara aid deyil. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur.
 
6. Başı bütünlükdə suya salmaq.
Oruclu ikən başı bütünlükdə suya salamaq orucu pozur. Deməli, orucluq vaxtı hamamda, denizdə, hovuzda cimərkən başı suya salmaq orucu batil edir. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur. Məcburiyyət qarşısında qaldıqda  məsələn, suda bogulan şəxsi xilas etdikdə əgər baş bütünlüklə suya girərsə, bu halda orucu pozmuş olursunuz.
 
7. Cünub halında sübh namazına qədər qalmaq.
 Orucluq vaxtı şam namazından sonra cinsi yaxınlıqda olanlar və ya yuxuda cünub olan şəxslər sübh namazına qədər qusul alıb oruc tutmalıdırlar. Səhlənkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə qalmaq orucu pozmuş olur.
 
8. İmalə.
 Müalicə məqsədi olsa belə, orucluq vaxtı imalə etmək orucu pozur.
 
9. Qusma.
İstər xəstəlik üzündən, istərsədə adi halda insan oruclu ikən bilərəkdən qusmaqla orucunu pozmuş olur. Qeyri-ixtiyari və ya unutqanlıq üzündən qusduqda isə oruc pozulmur.
 
Bilərəkdən orucu pozmaq günahdır. Bu halda insan kəffarə verməlidir.
 
Bir cox hədislərdə qeybət, yalan danışmaq və bu kimi əməllərin orucun batil etməsinə səbəb oldugu göstərilir. Lakin bütün bunlar orucun mənfi baxımından nöqsanlı olmasına səbəb olur. Orucu batil edən hallar isə yalnız yuxarıda göstərilənlərdir.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 771 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]