Cümə günü, 2024-11-22, 9:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Orucun borcu
2013-07-07, 5:29 AM
Orucun borcu

   Orucunu bilərəkdən pozan şəxs onun kəffarəsini verməlidir. Yəni ya bir nəfəri azad etməli (yaşadığımız dövrdə bir nəfərin borcunu ödəyib həbsdən azad etməli və s.), ya iki ay oruc tutmalı, ya da altmış nəfəri doyuzdurmalıdır.

    Bilərəkdən orucunu pozan və sonradan boynuna heyz və nifas qüsulu gələn qadınlar kəffarə verməməlidirlər.

    Ramazan niyyəti ilə oruc tutan və bilərəkdən orucunu pozan və sonradan hələ şaban ayının (miladi təqviminin) son günü olduğunu başa düşən şəxsə kəffarə vermək vacib deyil.

    Orucunu haram işlərdən biri ilə (zina etmək, yaxud şərab içməklə) pozan şəxs kəffarəni cəm halda verməlidir. Yəni bir şəxsi azad etməli, iki ay ardıcıl oruc tutmalı və 60 nəfəri bir gün yeməklə təmin etməlidir.  Buna imkanı çatmadıqda onlardan birini verməlidir.

    Ramazan ayında Allahın və Peyğəmbərin (s) adından yalan danışan şəxs də yaxşı olar ki, kəffarəni cəm halında versin.

    Ramazan ayında bir gündə bir neçə dəfə cinsi yaxınlıqda olan və özündən sperma xaric edən şəxs bir kəffarə verməlidir.

    Ramazan ayında orucunu cinsi yaxınlıqdan qeyi-işlə pozarsa  və sonradan öz halal qadını ilə cinsi yaxınlıqda olarsa, gördüyü hər bir iş üçün bir kəffarə verməlidir.

     Orucun halal, sonra haram işlə pozan şəxs isə yalnız bir kəffarə verməlidir. Kəffarəni vermək vacibdir, imkan olmadıqda isə gözləmək lazımdır.

    Kəffarə verməli olan şəxs bunu təxirə salmamalıdır, lakin onu dərhal verməsi də vacib deyil.

    Kəffarə verməli olan şəxs imkansızlıq üzündən bir neçə il verə bilməzsə, onun üzərinə heç bir əlavə olunmur.

    İki ay oruc tutmaq istəyən şəxs bir ayını ardıcıl tutmalıdır. İkinci ayı ardıcıl tutmasa da olar. Ardıcıl olaraq oruc tutduğu zaman boynuna heyz, nifas qüsulu gələrsə və zəruri olaraq səfərə çıxmalı olarsa, tutmadığı günlərin qəzasını tutmaq lazım deyil. Səfərdən qayıqdıqdan və ya qüsl aldıqdan sonra orucunu davam etdirməlidir.

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 696 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]