Cümə günü, 2024-11-22, 10:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Ramazanın ayı
2013-07-12, 5:57 AM
Ramazanın ayı
İKi adil şəxsin Ramazanın başlandığını xəbər verməsinə baxmayaraq, oruc tutmayan şəxs həmin günün qəzasını tutmalıdır.

Bir şəhərdə ayəın görünməsi ona yaxın olan şəhərin əhalisi üçün də əsaslı dəlil ola bilər.
Ramazan ayının son günü və ya Şəvval ayının əvvəli olduğunu bilməyən şəxs oruc tutmalıdır. Məğrib namazlarına bir saat qalmış belə, Şəvval ayının birinci günü olduğuna əmin olan şəxs dərhal orucunu pozmalıdır.

5 tutarlı dəlil
 Peyğəmbər (s.ə.s) buyurur: "Təzə ayı görməyənə qədər oruc tutmayın, yenə təzə Ayı görənə qədər yeməyin (yəni oruc tutun). Hava buludlu olduqda yenə də Ayı nəzərə alın".

1. Şəxsi müşahidə
İnsan özü təzə Ayı görüb özü bunun şahidi olduqda;

2. Xəbərçidən
Bir dəstə insan Ayın göyünməsini xəbər verdikdə;

3. Etibarlı mənbə
İki nəfər adil və etibarlı kişi tərəfindən xəbər verildikdə;
(Bir-birindən fərqli məlumatların verilməsi ilə) Ayın görünməsi sübuta yetmir.

4. Hesablama
 Şaban ayının əvvəlindən otuz gün keçmiş, Ramazan ayının otuz gün davam etdiyi və Şəvval ayının əvvəli sübuta yetdikdə;

5. Fətva
Müctəhidin (fətva vermə səlahiyyətində olan din aliminin) verdiyi fərva əsasında sübuta yetdikdə.
Astronomların əvvəlcədən verdikləri proqnozlar təzə Ayın görünməsinə dəlil ola bilməz. Lakin insan onların dediklərinə yəqinlik taparsa, əməl edə bilər. Ayın yüksəkdə olması və güc qürub etməsi əvvəlki gecənin təzə ayın ilk günü olmasına da dəlalət edə bilməz.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]