Biz (Quranı) qədr gecəsində nazil etdik.
Qədr
gecəsi nur, rəhmət, Quranın nazil olduğu, səadət, xeyirlərin və
bərəkətlərin nazil olduğu gecədir. Bu gecə bəşər həyatının yeni
başlanğıcı, dəyişiklik mənbəyi və insanlığın kamil olmasıdır.
Əgər bu
gecə olmasaydı və gəlməsəydi, insanın bədbəxt qaranlıq gecələri sona
çatmayacaq, xoşbəxt səhər açılmayacaqdı, əsarətdən və müstəmləkədən azad
olmayacaqdı.
Qədr gecəsi bəşəriyyətin azadlıq və insanın hüququnun elan olunduğu və ədalət hökumətinin bünövrəsinin qoyulduğu gecədir.
Bu
gecədə qəflətdə olan, fəsadlaşmış, çirkinliklər içərisində azmış
millətlər üçün hidayət və oyanış üçün ən böyük və dəyərli səmavi kitab
nazil olmuşdur ki, əbədiyyətə qədər bəşəriyyətin səadətinə zaminidir. Bu
kitab dünyanı şirk zülmətindən, bütpərəstlik, üçlük, yəhudiyyət
xurafatından və s. aydın tovhidə və yeganə Allaha ibadətə yol göstərdi.
Bəli,
Quran batil düşüncələri alt-üst edərək, insan şəxsiyyətini möhtərəm
hesab etdi. Bu gecədə bəşəriyyətin hüququ elan edilmiş, şəxsiyyətə
pərəstişi və şəxsi qüvvələr məhkum edilmiş, hakim heyyətin cah-
cəlalını, imtiyazlarını və israfçılığı məhdudlaşdırılmış və beytul malın
oğurlanmasını və talan edilməsi dayandırılmış və hamı üçün bərabər
hüquqluluq yaradılmışdır..
Belə aydınlaşır ki, qədr gecəsi dəyərli
fürsətlərdəndir. Deməli, biz bu gecədə İslamın bugünki vəziyyəti
barəsində düşünməli və Quran təlimlərinə daha çox diqqət yetirməli və
onu qənimət hesab etməliyik. Quran və onun əhkamı ilə əlaqələrimizi
tamamilə gözdən keçirməliyik. Bu mübarək gecədə ibadət və dua oxumaqla,
oyaq qalaq və bu gecənin fəzilətlərindən istifadə edək. Qədr gecəsində
hər kəs Allahın evinə getməlidirlər ki, orada olmağın səadətindən və
Allaha yaxınlaşma ləzzətinə nail olsunlar.
Quran qədr gecəsini "
mübarək gecə” adlandırmış və onun şəninə bir surə nazil olmuş və bu
gecənin şərəfi min aydan çox olması bildirilmişdir.
Qədr gecəsinin təyini
Qədr
gecəsinin təyinində mübahisə olmağına baxmayaraq, mötəbər rəvayətlərdən
əldə edilmişdir ki, Qədr gecəsi - ramazan ayınmın " on doqquzuncu”, "
iyirmi birinci” və " iyirmi üçüncü” gecələrindən xaric deyil. Daha
etibarlı mənbələrə əsasən qədr gecəsi " iyirmi üçüncü” gecəyə təsadüf
edir. Digər xəbərlərə əsasən isə qədr gecəsi bu üç gecədən biridir.
Qədr gecəsinin gizli olması hikməti
Yəqinliklə
onu qeyd etmək olar ki, qədr gecəsi məlum deyil. Bu gecənin gizli
qalması hikmətli və məsləhətli olmuşdur. Bu ondan ibarətdir ki, bu
gecələrdə müsəlmanlar daha çox ibadət edərək Quran, dualar oxuyub, islam
maarif, təlim və hüquqlarını öyrənsinlər. Müsəlmanlar bu " On
doqquzuncu”, " iyirmi birinci” və " iyirmi üçüncü” gecələrdə tövbə,
istiğfar, əməllərin islahına və Quranın, duaların oxunuşuna ciddi
yanaşsınlar və sübhə qədər oyaq qalsınlar.
Bu gecənin gizli
olmasının səbəblərindən biri də belə nəticəyə gəlmək olar ki, bu gecə bu
uca məqamla bilinsəydi, bir çox insanlar yalnız bu gecəylə
kifayətlənəcəkdilər və digər gecələrdə duaların feyzindən məhrum
olacaqdılar. Bir çoxları bu bir gecədə ibadət etməkləri ilə
qürurlanacaqdılar. Bu gecə naməlum və gizli olduğundan, möminlər ehtimal
olunan gecələrdə Allahı zikr, tövbə və istiğfar edirlər və daha çox
savab əldə edirlər və bunun nəticəsində onların fəzilətləri daha da
artır.
Allah ibadətlərinizi qəbul etsin!
Pərviz Piriyev
haqyolu.org