Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Ramazan ayında ruhumuza necə enerji verək?
2013-07-12, 5:54 AM | |
Ramazan
ayı ruhumuzun və cismimizin enerji alması və güclənməsi üçün gözəl
fürsətdir. 11 aydan yığılmış qabarlar, kin-küdurət, nifrətdən qurtulmaq
üçün bu ay qızıl fürsətdir. Bu, elə bir enerjivericidir ki, bir ay bizə
bu enerjini verir və 11 ay bizə kifayət edir. Yəni, həqiqi
ehtiyaclarımızı ödəyə bilir. İnsan iki
hissədən ibarət olan bir canlıdır: ruhdan və bədəndən. Əgər insan hər
ikisini inkişaf etdirə bilsə, dünya və axirət səadəti nəsibi olar. Əgər
bu iki hissədən biri ayrı-ayrılıqda inkişaf edərsə və bir yerdə olmazsa,
həqiqi səadətə çata bilməyəcəkdir. İnsanın
ruhu cismi kimi üç cür ola bilir: sağlam, xəstə və ölü. Ancaq əgər ruha
enerji versək, onu pak və təharət halında saxlamış olarıq. Yəni bu
zaman ruh bütün çirkinliklərdən və günahdan uzaq olmağa çalışacaqdır.
Ruh kamala və qüdrətə çata bilir. Günahlar ruhu zəiflədir. Günah
işlətməkdən özünü saxlayan ruh qüdrətə və əzəmətə çata bilər. Bəs əgər ruhumuza enerji və qüvvə versək, hansı təsiri göstərəcəkdir? 1. Nəfsə hakim olmaq. İnsan
ibadət və mənəviyyat nəticəsində ruhunu gücləndirər və bu zaman insan
öz nəsfinə hakim ola bilər. Bu zaman öz eyblərini də görməyə başlayar.
Allah buyurur: "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. ("Təlaq” 2). 2. İradəsi güclənər. O insan ki, öz nəfsinə hakimdir, iradəsi nəfsinin heyvani istəkləri qarşısında güclənər. "Ey
iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc
yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi
istəklərdən) çəkinəsiniz”. ("Bəqərə” 183). 3. Xəyal qüvvəsinə hakim olar. Bizim
zehnimiz quş kimi oradan-ora həmişə uçmaqdadır. Xəyal qüvvəsi qəlb
hüzurunu bizdən alar. Ona görə də namaz zamanı diqqətimizi cəmləyə
bilmərik. Bu bizim zəif olduğumuzu göstərir. Ancaq Allah yolunun
yolçuları daima öz xəyal qüvvələrinə hakimdirlər. O zaman ki, ruhları göylərdə seyr etmək istəyər, bu qüvvə öz oyunçuluğu ilə onlara mane ola bilməz. 4. Cisminə rəhbərlik edə bilər. Bu zaman insan bədəni tamamilə ruhun rəhbərliyi və kontrolu altında olar. 5. Təbiətə rəhbərlik edə bilir. Təbiətin
özü insan iradəsinin nüfuzu altında olar. Peyğəmbərlərin (ə),
övliyaların möcüzə və kərəmati də belə olmuşdur. Allah Təala
Qurani-Kərimdə bəzi bəndələrinin kainatı necə fəth etdiyinə işarə
etmişdir: "Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi”. ("Sad” 36). Ruha
enerji vermək dedikdə yəni, ibadət etmək, dua və isteğfar etmək, Allaha
yaxınşacaq işlər görmək və fitrətimizin əvvəlki pak halına qayıtmaq
deməkdir. Bunun üçün də Ramazan ayı ən gözəl fürsətdir. Çünki, bu ayda
bir etdiyimiz on hesab edilir və bu da ruhumuza daha çox enerji
qazandırır. Allah bəşəri hidayət edən rəhmət kitabını Ramazan ayında
Peyğəmbərin (s) qəlbinə nazil etmişdir. Bu ayı Allaha qoşulmaq ayı qərar
vermişdir. Bu ayda ibadət etmək, haramdan uzaq olmaq və halala yaxın
olmaq nəticəsində insan öz Məbdəsinə, Allahına yaxınlaşar. Ruhu, iradəni
gücləndirməklə yanaşı ruhumuzdakı süstlüyü də aradan qaldırır və
cismimizi qüvvətləndirər: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. ("Bəqərə” 185). Bu
ayda behiştin qapıları açılar və cəhənnəmin qapıları bağlanar. Şeytanı
zəncirə vurarlar. Zaman insana yardım edər ki, səhərdən axşama qədər
insanın tək hədəfi Allahla olsun və Ona çatmaq olsun. Peyğəmbərimiz (s)
öz "Şəbaniyyə” xütbəsində Ramazana ayının fəziləti haqqında belə
buyurmuşdur: "Ey Allahın bəndələri! Bərəkətli və rəhmətli Allah
ayı sizə üz tutmuşdur. Bu ay Allah yanında ən gözəl aylardandır.
Gündüzləri ən gözəl gündüzlər, gecələri gözəl gecələr və saatları ən
gözəl saatlardır. Allahın qonaqlığına çağırılmısınız. Kəramət əhlindən
olmusunuz. Bu ayda nəfsləriniz sizi təsbih edər, yuxularınız ibadətdir,
əməlləriniz və dualarınız qəbul olar”. Bu
aydan ən gözəl şəkildə bəhrələnmək o deməkdir ki, istiğfar edək, tövbə
edək, Quran oxuyaq, başqalarına yaxşılıq edək, sileyi-rəhm edək. Ona görə də bu aydakı fürsətləri əldən verməyək. Bu ayın axırına qədər ibadət müsabiqəsində qələbə çalanlardan olaq. Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın
qapıları Ramazan ayının birinci gecəsi açılar. Axırıncı gecəsinə qədər
də bağlanmaz. Ey insanlar! Əgər kimsə bu ayda Qurandan bir ayə oxuyarsa,
savabı Ramazandan qeyri vaxtlarda xətm edilən bir Quran qədərdir”. İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayında sədəqə verər, Allah 70 növ bəlanı ondan uzaq edər”. Qarşıdan gələn əhya gecələrinə hazırlaşaq və bu bərəkətli gecələrdən bağışlanmış halda çıxmağa çalışaq. (Tebyan/ Deyerler.org) | |
Views: 637 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |