Cümə günü, 2024-04-26, 8:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Günahı etiraf etməyin nə faydası var?
2013-07-10, 5:31 PM

Günahı etiraf etməyin nə faydası var?

 

 Bir Allah bəndəsi Allaha 70 il bəndəlik edir. Gündüzləri oruc tutur və gecələri ibadət edərdi. Allah Təaladan nə istəyirsə, yerinə yetmir. Sonra nəfsinə diqqət edir və deyir: "Bu, sənin pisliyinə görədir. Əgər sənin yanında xeyir və yaxşılıq olsaydı, duam qəbul olardı”. Allah onun yanına mələk göndərir və o, bəndəyə nida edir: "Ey Adəm övladı! Bu bir saat nəfsini xar görməyin, bundan əvvəl gördüyün ibadətlərindən daha yaxşıdır”.

 

Günahı etiraf etmək iki cürdür: 1. Allahın yanında. 2. Allah bəndəsi yanında.

Allah yanında günahları etiraf etmək çox bəyənilən bir əməldir. Əzabın azalmasına, günahın bağışlanmasına və nemətin artmasına səbəb olan amillərdən biri də günahı Allah dərgahında etiraf etməkdir. İnsan bu yolla nəfsini xar və dəyərsiz hesab edər. İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki, Allah insanlardan iki şeydən başqasını istəməmişdir:

1. Allahın nemətlərini (dildə və əməldə) etiraf etməkdir ki, bu halda Allah nemətlərini artırar.

2. Günahi etiraf etməkdir ki, bu halda Allah onu bağışlayar”.

 

İmam Sadiqdən (ə) nəql edilir ki, o zaman ki, Həzrət Adəm (ə) səhvinə görə behiştdən xaric edilir, Məkkə diyarına gəlir. Minada, Ərəfatda həcc mərasimini yerinə yetirməklə məşğul olur. Kəbəni təvaf edəndən sonra dua edir. Cəbrayil (ə) nazil olur və ona deyir: "Bu məkanda günahlarını etiraf et”. Adəm dayanır və deyir: "Pərvərdigara! Əməl edən üçün mükafat vardır. Mən də əməl etmişəm (tövbə etmişəm), mükafatım nədir?”. Allah ona vəhy edir: "Ey Adəm! Sənin övladlarından hər kim bu məkana gələr və günahını etiraf edərsə, günahlarını bağışlayaram”.

 

Həzrət Yunus (ə) da balığın qarnında olan zaman günahını etiraf edir və deyir: "(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam”. Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk” ("Ənbiya” 87-88).

 

Allah bəndəsi qarşısında günahı etiraf etmək.

Bu etiraf əgər təhqir və zillətə səbəb olmazsa, günah deyildir. Məsələn, insan günah işlətmiş və bu günahını Allah bəndələrinin yanında etiraf edər. Ya da haqqun-nasa görə halallıq istəyər: qeybət və malı tələf etmək kimi.

Ancaq Allah Təala, bəndənin başqaları yanında günahını etiraf etməsini bəyənmir, çünki sirrini ifşa etmiş olar.

Bəs niyə başqalarının yanında günahı etiraf etmək olmaz?

 

1. İnsanın abır və dəyəri o qədər böyükdür ki, Allah insanın ancaq Allah dərgahında günahını etiraf etməsini istəyir. İnsan Allah qarşısında günahını etiraf edərsə, dəyər və abır əldə etmiş olar. Çünki Allahdan başqa heç kəs sirr saxlaya bilməz. Hətta sirr saxlamağı bacaran bir insan olsa belə, həmin insanın abırı əldən getmiş olar.

2. İslamın nəzərinə görə varlıq aləmindəki tək təsir etmək qüvvəsinə malik olan qüvvə - Allahdır. Allahdan başqası Allahın izni olmadan başqalarına təsir edə bilməz.

3. Sübhan Allah insanla rabitədə olmaq istəyir. Bəndəsi bu fikirdə olmalıdır ki, bütün hər şeyi Allahdandır.

4. Gələcəkdə onun üçün başağrısı ola bilər. Qəlbində bütün hər şeyi Allaha aça bilərsən, çünki Allah Səttarul-uyubdur. Ancaq xəlqə deyil.

 

Günahlardan bu cür xaric olaq.

İmam Sadiq (ə) buyurur: "İbadət, ilk olaraq, Allah Təalaya sitayişdir, ondan sonra isə Allahı həmd etməkdir. Sonra günahı etiraf etmək və sonra hacət istəməkdir. Allaha and olsun ki, bəndə günahından xaric olmaz, məgər o halda ki, günahını etiraf edər”.

 

Günahı etiraf etməyin beş faydası vardır:

 

1. Yaranmışlardan əl çəkib, Allah Təalaya qovuşmaq.

2. Ümidsizlikdən qurtulmaq.

3. Qəlbin riqqəti ixlas və dua ilə yerinə yetər.

4. Baxmayaraq ki, ağlayar, bu dua ədəbinin qaydasıdır.

5. İtaət. İmam Əli (ə) Allah dərgahında buyurur: "Həqiqətən mən Sənin yanında günahı etiraf etməyi öz vasitəm qərar verdim ki, məni qəbul edəsən”.

İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki, günahdan xilas olmaz, məgər o kəs ki, onu etiraf edər”.

 

(Tebyan/ deyerler)

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 879 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2013-07-16 5:57 AM) [Daxil et]
ALLAH RAZI OLSUN
ALLAHUMMƏ-ĞFİR  LİL  MU`MİNİNƏ VƏL  MU`MİNAT  ƏL ƏHYAYİ MİNHUM VƏL ƏMVAT !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]