Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Təzə ay
2013-07-02, 6:12 AM | |
Peygəmbər (s.ə.s) buyurur: "
Ramazan orucunuzu hilalı (təzə ayı) görüncə tutun, hilalı görüncə acın.
Hava buludlu olarsa otuzuncu gündə orucunuzu tamamlayin"
*Ayın görünməsi beş halda sübuta yetir:
*İnsanın özü görüb şahidi olduqda
*Bir dəstə insan Ayın görünməsini xəbər verdikdə
*İki nəfər adil və etibarlı kişi tərəfindən xəbər verildikdə
*Bir-birindən fərqli məlumatların verilməsi ilə Ayın görünməsi sübuta yetmir.
*Səban ayının əvvəlcədən otuz gün kecmiş, Ramazan ayının otuz gün davam
etdiyi və Şəvval ayının əvvəli sübuta yetmiş olduqda.
*Müctəidin verdiyi fətva əsasında sübuta yetmiş olduqda Astronomların
əvvəlcədən verdikləri proqnozlar təzə Ayın görünməsinə dəlil ola bilməz.
Lakin insan onların dediklərində yəqinlik taparsa, əməl etmək olar.
Ayın yuksəkdə olması və gec qürub etməsi əvvəlki gecənin təzə Ayın ilk
günü olmasına dəlalət edə bilməz. İki adil şəxsin Ramazanın başlandıgını
xəbər verməsinə baxmayaraq, oruc tutmayan şəxs həmin günün qezasını
tutmalıdır. Bir şəhərdə Ayın görünməsi ona yaxın olan şəhərin əhalisi
ücün də əsaslı dəlil ola bilər. Ramazan ayının son günü və ya Şəvval
ayının əvvəli oldugunu bilməyən şexs oruc tutmalıdır. Məgrib namazına
bir saat qalmış belə, Şəvval ayının birinci günü olduguna əmin olan şexs
dərhal orucunu pozmalıdır. | |
Views: 696 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |