Cümə günü, 2024-11-22, 10:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Oruclar
2013-07-07, 5:33 AM
Oruclar

Orucu tərk etmək məndən deyil, göz və qulaqlarınla da tut (yəni günahlardan uzaq ol)
4 vacib, haram, məkruh və müstəhəb

NİYYƏT
İnsanın oruc tutmaq niyyətini qəlbindən keçirməsi, yaxud sabah oruc tutaram" deməsi vacib deyil. Hətta əgər Allahın əmrini yerinə yetirmək üçün sübh namazından məğrib (şam) namazına qədər orucu batil edən işlərdən çəkinərsə, kifayət edər. Və belə olduqda oruc düzgündür.

   1. Vacib oruclar
 * Mübarək Ramazan ayının orucu
 * Qəza orucları
 * Kəffarə orucları (andı pozmaq və s. səbəblərüzündən insana vacib olan oruclar)
 * Nəzr, əhd, and və s. vasitəsilə vacib olan oruclar
 * Atanın böyük oğula vacib olan qəza orucu
 * Oruc tutmaq üçün muzdla tutulan şəxsin orucu
 * Təməttö həccində qurbanlıq əvəzinə tutulan oruc

   2. Haram oruclar
 * Fitr bayramı günü tutulan oruc
 * Qurbanlıq bayramı günü tutulan oruc
 * Şaban ayının axırı, yaxud Ramazan ayının əvvəli olduğu məlum olmayan gündə Ramazan ayı niyyəti ilə tutulan oruc
 * Övladın valideyn narahatlığına səbəb olacaq tutulduğu müstəhəb oruc
 * Qadının ərinin narahatlığına səbəb olacaq tutduğu müstəhəb oruc
 * Susmaq orucu
 * Minada olan şəxsin təşriq günlərində tutduğu oruc
 * Zərər verəcəyi təqdirdə xəstə şəxsin tutduğu oruc
 * Gecə-gündüz tutulan oruc (iftar və imsak olunmadan tutulan oruclar)

   3. Müstəhəb oruclar
 * Məkruh və haram günlərdən başqa, ilin bütün günlərində oruc tutmaq müstəhəbdir.Bəzi günlərdə isə oruc tutmaq daha çox tövsiyyə olunur
 * Hər hicri-qəməri ayının birinci və sonuncu cümə axşamı günləri tutulan oruc
 * Hicri-qəməri ayının 10-undan sonra olan 1-ci çərşənbə günü tutulan oruc
 * Hər hicri-qəməri ayının 13, 14, 15-ci günləri tutulan oruc. Rəcəb və Şəban ayının bütün və bəzi günlərində tutulan oruc
 * Novruz bayramı günü tutulan oruc
 * Zilqədə ayının 25-ci və 29-cu günləri tutulan oruc. Zilhiccə ayının 1-dən 9-na kimi tutulan oruc
 * "Ərəfə" günü tutulan oruc. Bununla belə, əgər zəiflik üzündən zəvvar "Ərəfə" gününün dualarını oxuya bilməsə, o gün tutulan oruc məkruhdur (bəyənilmir).
 * Həzrət Muhəmmədin (s.ə.s) doğum günü (Rəcəb ayının 17-si) və Bəsət (Peyğəmbərlik verildiyi gün - Rəcəb, 27) tutulan oruc
 * "Qədir-xum" bayramı günü tutulan oruc
 * Məhərrəm ayının 1-ci və 3-cü günləri tutulan oruc

   4. Məkruh oruclar
 * "Aşura" günü tutulan oruc
 * "Ərəfə", yaxud Qurban bayramı olduğu məlum olmayan gündə tutulan oruc
 * Ev sahibinin izni olmadan qonağın tutduğu oruc.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 758 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]