Çərşənbə günü, 2024-04-17, 2:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

3 gecənin sirri qədr gecələrinin əməlləri
2013-07-02, 6:02 AM
3 gecənin sirri qədr gecələrinin əməlləri

Qədr - Quranın nazil olduğu gecələrə deyilir. Qurani-kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum İmamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21və 23-cü günlərinə təsadüf etdiyi göstərilir.
Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyrulur:Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! ("Qədr" 1)
Qədr gecələrinin daha dəqiq olaraq hansı günə təsadüf etdiyini bildirməməkdən məqsəd müsəlmanların Qədr gecələrinə daha çox önəm vermələri, onun həsrətində olmaları, eləcə də onları ibadələ mümkün qədər çox məşğul olmağa sövq etmək olmuşdur."
Bəqərə" surəsi, ayə 185, "Duxan" surəsi, ayə 3-də də Qədr gecələrinin əzəmətinə işarə olunur.

Qədr gecələrinin Quran və hədislərdə əzəməti"
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! " ("Qədr" surəsi, ayə 2 və 3).

Günlərin biri Peyğəmbər (s.ə.s) səhabələrinə İsrail tayfası barədə söhbət edərkən onlar yəhdilərin uzunömürlülüyünə qibtə edərək dedilər:" İlahi, nə  olardı, biz də uzun ömür əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə həsr edərdik". Bu əhvalatdan sonra Allah-Təala Öz Peyğəmbərinə (s.ə.s) "Qədr" surəsini nazil etdi:"(Qədr gecəsi min aydan daha xeyrlidir)".Yəni müsəlmanın bütün vücudi ilə Qədr gecəsini dərk edib ibadətlə məşğul olması onların yəhudilərtək min il yaşamalarından üstün və bərəkətlidir.

Qədr gecələrinin əməlləri
19-cu gecə
1. Şam namazından bir qədər əvvəl qüsl alınıb namaz qesl ilə qılınır;
2. İki rükət namaz qılınır, hər rükətdə "Həmd" ("Fatihə") surəsindən sonra yeddi dəfə İxlas surəsi oxunur. Namazdan sonra 70 dəfə "Əstəğfürullahə Rəbbi və ətəbu iləyh"("Allahdan bağışlamaq diləyirəm və ona tərəf qayıdıram") zikri deyilir. Daha sonra Quran açılaraq qarşıya qoyulur və bu dua oxunur: "Allahummə inni əsəlukə bikitabikəl munzəl və ma fihi ismukəl əkbəri və əsmaukəl husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minənnar".
3. 100 dəfə "Allahummələn qətələtə Əmiril-möminin".("İlahi, Əmirəl-möminin qatillərinə lənət et!) təkrar edilir;
4. 100 rükət (50 iki rükət) namaz qılınır. Bunun yerinə altı günün qəza namazlarını da yerinə yetirmək olar. Aşağıdakı dua oxunur:" Allahummə bihəqqi hazal quran və bihəqqi ərsəltəhu bihi və bihəqqi kulli muminin mədəhtəhi fihi və bihəqqikə ələyhim fəla əhədun ərəfi bihəqqikə minkə" - "

İlahi, Səni and verirəm bu Quranın haqqına, Sənə and verirəm onu nazil etdiyin şəxsin haqqına ki, bu Quranı ona göndərmisən. Səni and verirəm hər mömin şəxsin haqqına ki, onları Quranda məhd (tərif) etmisən və Səni and verirəm Sənin onlar üzərindəki haqqına, Sənin haqqına Səndən artıq daha agah olan bir kəs yoxdur!".   Bundan sonra Quran başa qoyulur. Allahın, daha sonra 14 məsumun hər birinin adı 10 dəfə çəkilərək deyilir:"
Bikə ya Allah, bi Muhəmmədin, bi Əliyyin, bi Fatimətə, bi Həsəni, bil Hüseyni, bi Əliyyibni Husəyn, bi Muhəmməd ibni Əliyyin, bi Cəfər ibni Muhəmmədin, bi Musəbni Cəfərin, bi Əliyyibni Musa, bi Muhəmməd ibni Əliyyin, bi Əliyyibni Muhəmmədin, bil Həsən ibni Əliyyin, bil Huccəti.

21-ci gecənin əməlləri
21-ci gecənin fəziləti 19-cu gecənin fəzilətindən artıqdır. Bu gecədə qüsl edilir, gecəni əhya saxlanılır, ziyarətnamələr oxunur, 7 "Qul huvəllah" ilə 2 rükət namaz qılınır, Quranı başa tutma əməli duaları ilə birlikdə yerinə yetirilir, 100 rükət namaz qılınır,
"Cövşən kəbr" duası və s. dualar oxunur.Ramazan ayının gündəlik duasıBismillahir rəhmanir rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəssəmiul bəsir. Haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztəsiyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Quran. Hudən linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər rahimin.

Tərcümə:(Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. O Allah ki, Ona bənzəri yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun 1 aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyrli etdin.

Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qiy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin mərhəmətlisi!).23-cü gecənin əməlləri1 - "Ənkəbut" surəsi oxunur;
2 - "Ha min" ("Duxan") surəsi oxunur;
3. "Qədr" surəsi min dəfə oxunur;4 - "Fərəc" duası oxunur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər
.سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ

O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 895 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]