Şənbə günü, 2024-04-20, 3:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
2013-07-12, 5:21 AM


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi


Rəcəb və şaban aylarında Ramazan ayına özünü hazırlaya bilməyənlər Ramazan ayı ərəfəsində bu duanı oxusun: Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.

 

15 Şaban İmam Zaman (ə.f) mövludu keçəndən sonra Ramazan ayının ayaq səsləri daha artıq eşidilməyə başlayır, belə bir ayda bəndələrə İlahi rəhmət süfrəsi salınır və hər bir insan özünü bu aya hazırladığı qədər bu İlahi süfrədən istifadə edə bilər.

Məşhurdur ki, alim və ariflər bu ziyafət ayında iştirak etmək üçün bir il özlərini hazırlayırlar. Bəziləri də rəcəb və şaban aylarını seçir və Ramazan ayına tədarük görürlər. Rəvaytdə var ki, həzrət Peyğəmbər (s) şaban ayını oruc tutub ibadət etməklə məşğul olardı; şaban ayının orucunu Ramazan ayının orucuna birləşdirərdi və buyurardı şaban, mənim ayımdır.

İlahi ziyafət ayı xas bir insanlara aid deyil, əksinə hər bir şəxs öz qabiliyyəti həddində bu süfrədən istifadə edib bəhrələnə bilər. Elə buna görə, bu müddət ərzində özünü hazırlaya bilməyən şəxslər üçün nemətlə dolu rəcəb və şaban ayları qərar verilib ki, Ramazan ayına hazırlaşa bilsinlər.

Amma bu iki aydan da istifadə edə bilməyən şəxslər isə göstərişə əsasən, Ramazan ayına az qalmış bir ərəfədə bu duanı oxusunlar: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh". İmam Rza (ə) buyurur: "Allah-Təala mübarək Ramazan ayının hörmətinə çoxlu bəndələri şaban ayında cəhənnəm odundan azad edər".

Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:

1- Çox dua etmək

2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)

3- Çox Quran oxumaq

4- Günahlardan tövbə etmək

Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.

5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq

6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq

7- Qəlbdən bütün günahların kökünü kəsmək

8- Təqvalı olmaq

9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək

10- Bu duanı çox oxumaq: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh."

ihq.az


Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 783 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-07-15 6:16 AM) [Daxil et]
SALAM ALEYKUM 
ALLAH RAZİ OILSUN.
BİSMİLLAHİR-RAHMANİR-RAHİM
ŞABAN  - SÖZÜNÜN AÇİQLAMASİ ; ŞABAN  5 hərifdən VARDİR. 
1 ŞİN - ŞƏRƏFLİ 
2. ƏYİN - ÜLVİ 
3. BƏ - BƏRAƏT 
4. ƏLİF -  İLAHİ EHSAN 
5. NUN - İLAHİ NURA NALİYYƏTDİR . BU NUR KAFİRLƏRƏ ZÜLMƏT VƏ  İLAHİ QƏZƏBDİR !
    BİZİM PEYQƏMBƏRİMİZƏ(s,ə,s)  MƏXSUS OLAL SİFƏTLƏR


(dua və ibadətlər kitabindan ) Fezilet nəşriyat ve ticarət

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]