Cümə günü, 2024-11-22, 10:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Səfər orucu
2013-07-12, 5:58 AM
Səfər orucu

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.("Bəqərə"184)

Oruc tutmağı nəzil edən və gügünü müəyyən etməyən şəxslər həmin günü səfərdə keçirə bilməzlər. Müəyyən gündə oruc tutacağını nəzir edən şəxslər həmin gün səfər etməli olsalar, oruclarını tutmalıdırlar. Mədinə şəhərində on gündən az qalmalarına baxmayaraq, burada səfərdə olan şəxslər müstəhəb orucları tuta bilərlər.

Oruclardan qaçmaq məqsədilə edilən səfərlər haram olmasa da, məkruhdur. (bəyənilmir).
Gündəlik 4 rükətlik vacib namazları iki rükət olan şəxslər oruc tutmalı, Ramazan ayı qurtardıqdan sonra tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar.
Səfərdə olan və ya işi səfər etməklə bağlı olan şəxslər isə səfər etdikləri yerlərdə 10 gündən az qalsalar belə, orucları tutmalıdırlar.

Ramazan arının orucundan qeyri-vacib oruc (nəzir orucu və s.) tutmalı olan şəxslər yalnız zəruri hallarda səfərə çıxa bilərlər. Səhər etmək məcburiyyətində qaldıqda isə səfər etdikləri yerdə 10 gün və ya on gündən artıq qalmalı olsalar, qurclarını tuta bilərlər.

Şam namazından sonra başa düşsə, tutduğu oruc düzgündür. Səfərdə olduğu nu və ya səfərdə olan şəxsin oruc tuta bilmədiyini unudan şəxs səfərdə oruc tutarsa, orucu batil olar.

Günorta namazından sonra səfərə çıxan şəxslər həmin günün orucunu tamamlamamalıdırlar. Sübh namazından sonra səfərə çıxan şəxslər isə zöhr namazına qədər yaşadıqları yerə qayıtdıqda oruclarını tutmalıdırlar.

Səfərdə olan şəxs getdiyi yerdə on gündən az qalacağı təqdirdə orucunun batıl olduğunu bilməyib gün ərzində məsələ ilə tanış olarsa, orucu batil olur.

Səfərə çıxan şəxslər orucu 24 km qət etdikdən sonra pozmalıdırlar, orucunu bir müddət əvvəl pozan şəxslər ehtimala əsasən, həmin günün kəffarəsini verməlidirlər.
Zöhr namazından əvvəl vətəninə, yaxud on gündən artıq qalmaq istədiyi yerə çatan şəxslər orucu pozan məqamlarından birini yerinə yetirmədikdə həmin günün orucunu tutmalıdırlar.

Zöhr namazından əvvvəl səfərə çıxan, amma 24 km-dan uzaq getmək niyyətində olmayan şəxslər həmin məsafəni qət etdikdən sonra orucu pozmalıdırlar.

Orucu pozan işlərdən birini yerinə yetirdikdə isə oruc tutmaq vacib deyil. Zöhr namazından sonra vətəninə, yaxud on gündən artıq qalmaq istədiyi yerə çatan şəxslər oruc tutmalıdırlar.

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 712 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]