Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Orucu batil edən 9 əməl
2013-07-07, 5:19 AM | |
1. YEYİB_İÇMƏK
Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya
içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur.
Oruc vaxtı ağız boşluğuna daxil olan bəlğəmi udmaqolmaz. Dişin dibində
qalan yemək qalıqlarını bilərəkdən udmaq orucu pozur. 2. CİNSU YAXINLIQ
Oruc tutulan müddətdə sübh namazından şam namazına qədər cinsi
yaxınlıqda olmaq olmaz. Oruc olduğunu unudaraq cinsi yaxınlıqda olan
şəxs bu göstərişi xatırladığı zaman dərhal dayanmalı və cinsi yaxınlığa
davam etməməlidir. 3. İSTİMNA - ONANİZM (spermanın xaric olması)
Sevişmək və müxtəlif yollarla spermanın xaric olunması orucu pozur.
Yuxuda və qeyri-ixtiyari olaraq spermanın xaric olması orucu pozmur.
Yuxuda ikən spermanın xaric olduğunu hiss edən şəxsin oyandıqdan sonra
bunun qarşısını alması vacib deyil. Sübh namazından sonra yuxuda və ya
adi halda spermanın xaric olması orucu pozmur. 4.YALAN
Allahın, Onun peyğəmbərinin (s) və məsum imamların adından yalan
danışmaq, yəni aid olmayan hər hansı sözü onlara aid etmək orucu pozur.
Düz bildiyi hər şeyi söyləmək, amma sonradan səhv olduğu məlum olan hər
hansı bir söz orucu pozmur. 5. TOZUN BOĞAZDAN KEÇMƏSİ
İstər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün
boğazdan keçməsi orucu pozur. Lakin bu, qeyri-ixtiyari hallara aid
deyil. Unutqanlıq üzündən olduqda isə orucu pozmur. 6.BAŞI BÜTÜNLÜKLƏ SUYA SALMAQ
Oruclu ikən bilərəkdən başı bütünlüklə suya salmaq orucu pozur.
Deməli, orucluq vaxtı hamamda, dənizdə, hovuzda çimərkən başı suya
salmaq orucu batil edir. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur. 7. İMALƏ Müalicə məqsədilə olsa belə, orucluq vaxtı imalı etmək orucu pozur. 8. CÜNUB HALINDAN SÜBH NAMAZINA QƏDƏR QALMAQ.
Orucluq vaxtı şam namazından sonra cinsi yaxınlıqda olanlar və ya
yuxuda cünub olan şəxslər sübh namazında qədər qüsl alıb oruc
tutmalıdırlar. Səhlənkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə
qalmaq orucu pozmuş olur. 9. QUSMA
İstər xəstəlik üzündən, istərsə də adi halda insan oruclu ikən
bilərəkdən qusmaqla orucunu pozmuş olur. Qeyri-ixtiyari və unutqanlıq
üsündən qusduqda isə oruc pozulmur. | |
Views: 688 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |