Cümə günü, 2024-04-26, 4:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam
2013-07-10, 5:35 PM

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam

 

  Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.

Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir.

 

1. Dua.

Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: "Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: "Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”.

 

Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: "Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. "Allahummədxil əla əhlil quburis- surur”.

 

2. Quran qiraət etmək.

Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır.

 

3. Zikr və istiğfar.

Bu ayda zikr etmək və istiğfar etmək çox bəyənilən əməllərdəndir. Həmçinin "Lə iləhə illəllah” zikrini demək çox savaba malikdir. Hədislərdə oxuyuruq ki, o zaman ki, mübarək Ramazan ayı gələrdi, İmam Səccad (ə) dua, təsbih və istiğfardan başqa bir söz deməzdi.

 

4. Namaz.

Ramazan ayının hər gecəsində iki rükətli namaz qılmaq müstəhəbdir. Hər rükətdə "Həmddən” sonra "Tövhid” ("İxlas”) surəsini üç dəfə oxumaq lazımdır. Salamdan sonra isə 10 dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılarsa, Allah günahlarını bağışlayar.

 

İmam Sadiqdən (ə) nəql edilir ki, hər kim Ramazan ayının hər gecəsində müstəhəb namazda "Fəth” surəsini oxuyarsa, həmin il bəladan hifz olunar.

 

Hədislərdə oxuyuruq ki, iftar zamanı sədəqə verin. Oruc tutanlara iftar verin. Əgər gücünüz çatmırsa, bir xurma və su ilə də olsa, iftar verin. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, hər kim bu ayda oruc tutan möminə iftar verərsə, qul azad etməyin savabına malik olar. Həmçinin günahlarının bağışlanmasına səbəb olar. Səhabələri soruşur ki, əgər bu işi görməyə gücümüz çatmırsa, nə edək. Buyurur: "O kəsin ki, gücü çatmır, bir qədər süd, bir qədər su və bir qədər də xurma versin”.

 

(Tebyan/deyerler)

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 836 | Downloads: 0 | Comments: 5 | Rating: 5.0/1
Total comments: 5
0  
5 GADİR   (2013-07-15 6:35 PM) [Daxil et]
ALLAH RAZI OLSUN SIZDƏN 
TƏŞƏKKÜR EDİRƏM .

0  
4 Ənfal   (2013-07-15 2:43 PM) [Daxil et]
GADİR 
Aleykum salam. Allah sizdən də razı olsun.
Cavab:

 
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan! (İsra-29)
Allahın Peyğəmbəri (s): «Sədəqə verməkdə həddini aşan, sədəqə verməyən şəxs kimidir.» 
  İmam Kazim (ə): «Özündən heç nəyi qardaşlarına bağışlama ki, onun sənə olan ziyanı, onlara olan xeyrindən çoxdur.»
Bu haqda Quranda müxtəlif nəzəriyyələr vardır. (Zəkat, xüms, sədəqə)

0  
3 GADİR   (2013-07-15 5:58 AM) [Daxil et]
Salam aleykum 
ALLAH RAZİ OLSUN TƏŞƏKKÜR EDİRƏM ALLAH-TƏALA SİZƏ  RAMAZAN AYİNİN FƏZİLƏTLİ SAVABLARİNDAN  NƏSİB EDSİN ! 

Hər millətin bir adəti var Azərbaycanda olan bəzi millətlərin adətində bu əməl gəpik-quruşla bitir, Dərbəntdə deyilənlrə əsas olaraq adətlərində açilan süfrədən əlavə sadaqa ərzaqla verilir hüzürlərdə, paylaşma mallarin miqdari  oprta yük  maşinin ölcüsüilə gütürülür və bu forma adətə riayət etmək vacibdir. Şükürlər olsunki bizdə hələ yüngül xərc kimidir  məclislər, və  əsas odurki adimiz batmasin).
Allah keçələrə rəhmət eyləsin !

Ehsan və esan miqdari barədə Qur-ani Kərimda anlatma varmi ?
 

0  
2 Ənfal   (2013-07-14 9:36 AM) [Daxil et]
Allah sizdən də razı olsun.
Sədəqə kimə verilər?

Quran:
«Bu sədəqələr Allah yolunda çətinliyə düşənlər, iş və qazanc məqsədilə
səfərə çıxa bilməyənlər üçündür. Tanımayan, onları çox həyalı
olduq¬ların¬dan varlı hesab edər. Sən onları üzlərindən tanıyarsan.
Onlar insanlardan israrla heç bir şey istəməzlər.»
Hədis:
Allahın Peyğəmbəri (s): «Miskin, küçələri dolanan dilənçi və iki parça çörəklə iki xurma dənəsini əlinə alıb gedən şəxs deyil. Əslində, miskin
həyasına və nəfsinin izzətinə görə kömək əlini insanlara açmayan
yoxsuldur. Heç kəs onun yoxsul olduğunu başa düşməz ki, ona sədəqə
versin.»

İmam Sadiq (ə) («Evin qapısını döyən dilənçilərə sədəqə vermək olarmı, ya bu işdən çəkinmək və sədəqəni möhtac olan qohumlara vermək lazımdır?»
sualının cavabında): «Xeyr, dilənçilərə vermək lazım deyil. Ehtiyacı
olan qohumlara göndərsinlər ki, bu işin savabı daha çoxdur.»


İmam Sadiq (ə) («dilənçi və məhrum üçün..»ayəsi barədə): «Məhrum alverdə, ticarətdə əli gətirməyən bəxtsiz və ruzisiz bir
şəxsdir.»

P;S əgər belə bir hallar baş verərsə verilən sədəqəni kiməsə ünvanlamaqda olar.
Aleykum salam və rəhmətullah və bərəkatuh!

0  
1 GADİR   (2013-07-14 8:29 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN 

Məsləhətiniz lazimdir ; 
Helə hallar olurki  məclislərdə  sədaqa verilir adətləri belədir, o sadaqani götürə bilərik  ya yox? 
1. imkanin  varsa .
2. götürüb  və verənin adindan kiməsə yolda dilənənə vermək. 
Və şəxsən mən özüm sixinti keçirirəm, götürməmək olmur xətirlərinə dəyir, götürəndədə dər hal istərəm onu ehtiyaci olna çatdirim.

Sizin Baci, fikrinizi geniş bilmək istərdim, Sizə əziyət olmamaq şərtiilə.
Allah razi olsun 
Salamun aleykum və rəhmətullahi və bərakəyuh

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]