Cümə günü, 2024-11-22, 10:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Orucun intim həyatı
2013-07-07, 5:41 AM
Orucun intim həyatı
Oruc gecəsi 
qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). ("Bəqərə" 187)

Peyğəmbər (s.ə.s) buyurur: "Qadınlarınızla yaxınlıq etməyiniz sədəqədir. Oradakılar soruşdular: "Ey Allah elçisi, şəhvətimizə görə savab da qazanırıq?". Həzrət dedi: "Halal yolla söndürülən şəhvət savab qazanar!".

* Sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz.

* Orucluq müddətində sevişmək orucu batil etməsə də, bəyənilmir. Bir qədər hövsələli olmaq məsləhət görülür.

* İftardan sonra cinsi yaxınlıqda olmaq olar. Bir şərtlə ki, sübh azanına qədər hər iki tərəf cənabət qüsulu alsın.

* Cənabət qüsulu ala bilməyənlər qüsl əvəzinə təyəmmüm etməlidirlər. Lakin hər iki tərəf bir-birinin vəziyyət və şəraitini nəzərə almalı, anlaşıqlı olmalıdır.

*  Tərəflərdən biri xəstə və ya həvəssiz olarsa, qarşı tərəf təmkinli olmalı və nəfsə hakim olmağı bacarmalıdır.

* İlin bütün günlərində olduğu kimi, Ramazan ayında da qadınlar aybaşı olduqları günlərdə cinsi yaxınlıqdan uzaq olmalıdırlar.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 785 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]