Mübarək
Ramazan ayı insanın mələklərlə müsabiqə ayıdır. Çətin gəlir bu bir ayı
Allahın məhdudiyyətlərinə riayət etmək. Amma Allahın aşiq bəndələri
ruyazətdən, nəfsi incidərək tərbiyələndirməkdən ləzzət alıblar.
Mərhum
Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay günü
mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su
gətirməyə gedirlər. Şeyx su gələnədək iki rəkət namaz qılmaq qərarına
gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin
50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu
təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda
Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi
dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.
Bəli! Şeyx Ənsari
kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz
alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir,
Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət!
Belə
bir mənəviyyatdan pay almaq üçün Allaha dua edək. Belə olsa ömrümüzün
qədrini bilər, Əhli-beyt (ə) yolu ilə Allaha yaxınlaşar və onların
şəfaətinə nail olarıq.
haqyolu.com