Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Ramazan və Quran
2013-07-12, 5:52 AM | |
Nə
üçün Quranın nazil olduğu günü oruc tutmaqla qeyd edirik? Məgər Quranın
nazil ayı daha çox Quran oxumaq, daha çox namaz qılmaq, daha çox sədəqə
vermək və s. ibadətləri yerinə yetirməklə qeyd edə bilməzdikmi? Quranla
orucluq arasında hansı bağlılıqlar var? Şüur sahibi
İnsan şüurlu varlıq olaraq, həqiqəti dərk etmək və ona dəyər vermək
üçün yaradıldı. Həqiqəti dərk etmək üçün onun sağlam düşüncəyə, Quran
təbiri ilə d3esək, düşünən beyinə sahib olması ən ba.lıca şərtdir. Bir
anlığa ruh və cisimdən ibarət olan insanın cisminə nəzər salaq. O,
bədənin hansı üzvünə daha çox diqqət yetirilirsə, bütün fikir və
düşüncəsi də ona tərəf yönəlir. Bütün orqanlar mədəmizdən asılı
vəziyyətə düşür və onun tələblərini ödəmək üçün gərgin iş rejiminə
keçir. Başqa sözlə desək, mədə bədənin mərkəzinə çevrilir. Belə olduğu
halda ağıl nə işə yarayar?! Mədəsi ağlına hakim olan insandan nə
gözləmək olar? İnsan ağlının özü ilə Allah arasında vasitəçi olduğunu
bilib onu mədəsinə təslim etməklə nə qazanmış olur? Qazandığı ona nələr
verir? Nəfsi ağlına hakim olan insandan hansı mənəvi dəyərlər gözləmək
olar? Quran nazil olduğu halda insana ağlıq nemətini dərk etdirməklə
yanaşı, onu yaradılış, Yaradan barədə düşünməyə, ağlını işə salmağa,
daha dəqiq desək, bütün gücünü ağlına istiqamətləndirməyə şərait
yaradır. İlahi ismarış Quran Ramazan ayında nazil olmaqla insana bu ismarışı verir:
Ey insan! Sən mədəni doyurduğun qədər deyil, zehninə və qəlbinə
doldurduğun qədər insansan. Səni insan olaraq yaradıb insan olaraq da
hüzuruma dönməyi istəyirəm. Səndən tək istəyim budur. Amma bir yada sal.
Bir ömür yaşadın, Məndən nələr istəmədin. Mən isə sənə nəinki
istədiklərini belə verdim və hüç nəyi səndən əsirgəmədim. Bəndəm
Muhəmmədə (s) nazil etdiyim vəhy ilə sənin ölümlü tərəfinə deyil,
ölümsüz tərəfinə xitab etdim. Çünki onunla səni ölümsüz etmək
istəyirəm. Elə isə nəfsinə hakim olub ruhunu Mənə təslim et. Mənə
güvən,, çünki Mən güvənənlərin ən xeyirlisiyəm. Mən ixlasla yerinə
yetirdiyin ibadətlərlə ruhunu sirab edib onunla yaşayıb, sonrada sənə
əmanət olaraq verdiyim ruhu Özümə qaytarmanı istəyirəm. Bu istəyi Mənə
çox görmə. Ey
iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi
kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz! (Bəqərə - 183) | |
Views: 660 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |