Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
2013-07-07, 5:23 AM | |
Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan
ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli
(ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə
başqa aylarda fərq yoxdur». Həzrət (ə)
zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə
baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış
vəziyyətdə görürsən». İbn Əbil-Hədid
deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi,
bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk
etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar,
gecə ibadətləri öyrədirdi». Həzrət Əli
(ə) namaz zamanı Allah qarşısında pak qəlb, tam diqqətlə dayanırdı. Onun
ibadət-itaəti başqalarınınkı kimi deyildi. Əgər başqaları hansısa bir
xüsusi məqsədlə ibadət edirsə, həzrətin məqsədi bambaşqa idi. O özü bu
barədə belə buyurur: «Bə’ziləri Allaha rəğbətlə (behişt ne’mətləri üçün)
bəndəlik edirlər. Bu növ ibadət tacirlərin ibadətidir. Başqa bir dəstə
isə Allaha (cəhənnəm odundan) qorxudan ibadət edirlər. Bu qulların
ibadətidir. Üçüncü qrup isə Allaha təşəkkür üçün ibadət edir. Bu
azadələrin ibadətidir». Həzrət (ə) Allah dərgahına belə ərz edir:
«Pərvərdigara, mən sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan
ibadət edirəm. Əksinə, səni pərəstişə layiq bildiyim üçün ibadət
edirəm». Hər bir fərd fitri olaraq
zərərləri özündən uzaqlaşdırmaq, xeyir əldə etmək məqsədində olur.
Yalnız həzrət Əli (ə) behişt təmənnası və cəhənnəm qorxusu olmadan, sırf
Allah üçün ibadət edirdi. Belə bir xalislik həzrətin yəqinliyindən
qaynaqlanırdı. Hər şeydən uca bir yəqin! Çünki həzrət yəqinliyin ən son
mərhələsinə çatmışdı. O özü belə buyurur: «Əgər pərdələr qaldırılsa,
mənim yəqinliyimə bir şey əlavə olunmaz». Həzrət
Əli (ə) bir dalğa tək həqiqət okeanında qərq olmuşdu. Onun bütün
düşüncələri, hərəkətləri həqiqətə bağlılığından danışırdı. Həzrət nəfsin
paklanması və tərbiyəsi baxımından misilsiz idi. O nəyə baxırdısa,
Allahı görürdü. Həzrət buyurur: «Nəyi gördümsə, ondan qabaq, onunla bir
vaxtda və ondan sonra Allahı gördüm». Başqa bir rəvayətdə isə belə nəql
olunur: «Görmədiyim Allaha ibadət etmədim». Həzrətdən soruşurlar ki, o,
Allahı necə görür? Həzrət buyurur: «Zahiri gözlə yox, bəsirət gözü ilə». Zahir gözlər ilə görünməyənlər, Könül gözləri ilə seyr edilər. Həzrət
Əli (ə) Allahın əzəməti qarşısında təvazönü özünə borc bilirdi. Onun
dua və minacatlarında təvazö səviyyəsi aşkar görünür... sibtayn | |
Views: 679 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |