Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Başqa dinlərdə oruc varmı?
2013-07-07, 5:17 AM | |
Başqa dinlərdə oruc varmı? Başqa
dinlərdə də oruc vardır. Ancaq günlərinin sayı və necəliyi ilə
bir-birindən fərqlənirlər. Hər bir dində oruc tutmağın əsl hədəfi -
nəfsi tərbiyə etmək, mənəvi paklıq yaratmaq və bəlaları dəf etməkdir.
Allah qüdsi hədisində buyurmuşdur: "Oruc Məndəndir və Mən ona görə
mükafat verirəm”. Əgər
bütpərəstliyə nəzər salsaq, görərik ki, heç bir bütpərəst oruc tutmur.
Namaz qılır, ibadət edir, ancaq oruc tutmur. Ona görə də oruc ancaq və
ancaq Allaha aiddir. Heç bir müşrik öz bütünə yaxınlaşmaq üçün oruc
tutmamışdır. Çünki oruc - İlahi bir əmrdir. Allah orucu Özünə aid
etmişdir. Orucun mükafatını da Özü verir. Yəhudilik dini. Yəhudilik
dinində oruc tutmaq bir yəhudinin bədənini zəlil etməsi, incitməsi
deməkdir. Yəhudi qövmünə aid olanlar öz acizliyini təzahür etmək istəyən
zaman oruc tutardılar. Bu yolla günahlarını etiraf edər və orucun
vasitəsilə Allahın rizasını qazanardılar. Xüsusilə də ümümi müsibət baş
verən zaman oruc tutardılar. Onlar südəmər körpələri və hətta heyvanları
belə ac saxlayardılar. Bundan başqa hər kəs ayrı ayrılıqda oruc tuta
bilər. Məsələn, Davud (ə), İlyas (ə), Daniyal (ə) və başqa peyğəmbərlər
fərdi oruc tutardılar. Misal üçün, onların dini kitabında oxuyuruq:
"Davud Allahdan uşağın sağalmasını dua etdi və oruc tutdu və bütün
gecəni torpağın üzərində yatdı”. Tövratda belə yazılır ki, oruc hədəf
deyildir. Bəlkə insanın öz günahını etiraf etməsi üçün bir vasitədir.
İnsan öz qəlbini Allah üçün təvazökar etmişdir. Rəftar və əməlində
dəyişiklik edərək, həqiqi tövbə edər. Oruc tutan zaman tövbə etməmək
dəyərsiz olar. Yəhudilər üç halda oruc tutardılar: 1. Ümumi bəlanı və müsibəti dəf etmək üçün oruc tutardılar. 2. Düşmən tərəfindən bir hücum təhlükəsi olarsa, ümumi oruc tutardılar. 3. Ölülərin ruhları ilə görüşmək üçün oruc tutardılar. Xristian dini. Orucluq
kilsa təqvimində də qeyd edilmişdir. İncildə deyilir: "O zaman ki, İsa
Ruhun qüvvəti ilə İblisin onu imtahan etməsi üçün aşağı aparılan zaman
40 gecə-gündüz oruc tutmuşdu. Nəhayət ac olmuşdu”. İncildə
oruc vacib bir əməl kimi vurğulanmış və təriflənmişdir. Yəhudi dinində
oruc müxtəlif cür tutulurdu. Yeməkdən çəkinmək, söz danışmaqdan çəkinmək
və sair kimi olmuşdu. İsa (ə) peyğəmbərin zamanında da həvarilər oruc
tutardılar və hətta bu İsanın (ə) davamçılarının xüsusiyyətinə
çevrilmişdi. Bu onu göstərir ki, Həzrət İsa (ə) özü oruca xüsusi
əhəmiyyət verirdi. Şagirdləri də ona baxıb bu vacibatı yerinə
yetirərdilər. Xristian dinində həm oruc var və həm pəhriz. Pəhriz zamanı
ancaq ətdən çəkinirdilər. Ancaq oruc zamanı ətdən çəkinməklə yanaşı,
yemək vədələrini də məhdudlaşdırırdılar. Xristian
dinində Pak gün deyilən bir gün vardır. Həzrət İsanın (ə) qiyamı
münasibətilə əziz tutulan bir gündür. Bu gündən əvvəlki həftə müqəddəs
həftə adlandırılmışdır. Bu həftədə oruclar müəyyən edilir. Bəziləri
deyirlər ki, oruc və dua şeytani vəsvəsələrlə mübarizə vasitəsidir.
Həqiqi oruc o orucdur ki, heç bir pisliyə düçar olmayasan. Xalis qəlblə
özünü Allaha vəqf edirsən. Xristianlar bu fikirdədirlər ki, oruc zahiri
bir iş deyildir. Bəlkə batini və mənəvidir. Onun əsl hədəfi odur ki,
təvazökarlıqla Allaha yaxınlaşasan. Xristianların oruc tutmaqda hədəfi: 1. Bu zaman qəlb Allah hüzurunda yumşalır və təvazökar olur. 2. Xristianlar Allah hüzurunda hidayəti hiss edərlər. 3. Üsyankar nəfs zəifləyər. 4. Xristianın pərəstiş və duası güclü və təsirli olar. Sayibilər (Yəhya (ə) peyğəmbərin davamçıları). Sayibilər
ilin bəzi günlərini batil günlər adlandırırlar. Onlar ət, yumurta,
balıq yeməkdən çəkinirlər. Onların dini kitabında yazılır: "Ey möminlər!
Sizə demişəm ki, böyük oruc təkcə yeyəcək və içəcəklərdən imtina etmək
deyildir. Bəlkə baxışlarınızı şeytani baxışlardan və insanların evində
səsləndirdiyi sözlərdən qulaqlarınızı qoruyun. Dillərinizə yalan söz
gətirməyin”. deyerler | |
Views: 600 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |