Cümə günü, 2024-04-19, 6:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Yemək, amma ifrat etməmək
2013-07-02, 5:34 AM

Yemək, amma ifrat etməmək

 

 Qida qəbulu - hər bir insanın təbii ehtiyaclarını təmin etmək deməkdir. Bu məsələdə ifrat və təfrit etmək, ruh və bədəndə problemlər yarada bilər. İslam bizə mötədil olmağı tövsiyə edir.

Həzrət Peyğəmbərin (s) səhabələrinin bir neçəsi qərara alır ki, Allaha yaxınlaşmaq üçün oruc tutsunlar. Gecələri isə oyaq qalıb, ibadət etsinlər. Ət yeməsinlər, xoş iydən və gözəl paltarlardan uzaq olsunlar.

Əziz Peyğəmbər (s) onlara buyurdu: "Sizin cisminizin üzərinizdə haqqı vardır. Ona görə də həm oruc tutun və həm də iftar edin. Gecələri isə həm ibadət edin, həm də yatın. Mən sizin Peyğəmbərinizəm. Həm gecələri oyaq qalıram, həm istirahət edirəm. Həm oruc tuturam, həm iftar edirəm. Ət yeyir, həyat yoldaşlarımın yanına gedirəm. Hər kim mənim yolumdan üz çevirər, məndən deyildir”.

Çox yemək Məsumlar (ə) tərəfindən həmişə məzəmmət edilmişdir. İmam Əli (ə) buyurur: "Toxluq və çox yemək günah üçün necə yaxşı bir yavərdir”.

Quran buyurur: "Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun”. ("Maidə” 88).

 

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim 40 gün ət yeməzsə, gərək ət yesin”.

"Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm”. ("Muminun” 51).

 

Peyğəmbərlər (ə) də başqa insanlar kimi yeməyə ehtiyac duyurlar. Bir fərqlə ki, onlar yeməyi təkamülə çatmaq üçün vasitə kimi istifadə edirlər. Ancaq bir çox insan üçün yemək hədəfdir.

Quran ayələrinin bəzisində pak yeyəcəklərə işarə edilmişdir. Haram yeyəcəklər insanın həm ruhuna və həm də cisminə zərər vurar.

Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, istəyirəm dualarım qəbul olsun. Həzrət (s) buyurur: "Yeməyini pak et və hər cür haram yeməkdən çəkin”.

 

"Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir). ("Bəqərə” 172).

"Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. ("Bəqərə” 168).

 

"Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin”. ("Həcc” 28).

 

"(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (Əraf” 31).

«Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin». ("Bəqərə” 60).

"Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır”. ("Taha” 81).

Beləliklə, deyə bilərik ki, Allah Təala bizə halal ruzilərindən yeməyi tövsiyə edir, ancaq bir şərtlə ki, israf və ifrat etməyək. Allahın bizə verdiyi bu qədər nemətə görə şükür edək və bu nemətlər qarşısında məsuliyyət daşıdığımızı bilək. Yemək üçün yaşamayaq, yaşamaq üçün yeyək.

 

(Tebyan/Deyerler)

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]