Cümə günü, 2024-11-22, 10:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Orucun kəffarəsi
2013-07-02, 6:06 AM
Orucun kəffarəsi
 
Orucunu bilərəkdən pozan şəxs onun kəffarəsini verməlidir. Yəni ya bir nəfəri azad etməli (yaşadıgımiz dövrdə bir nəfərin borcunu ödəyib həbsdən azad etməli və s), ya iki ay oruc tutmalı, ya da altımış nəfəri doydurmalıdır. İki ay oruc tutmaq istəyən şəxs bir ayını ardıcıl tutmalıdır. İkinci ayı isə ardıcıl tutmasa da olar. Ardıcıl olaraq oruc tutdugu zaman boynunda heyz, nifas qüsulu gələrsə və ya zəruri olaraq səfərə cıxmalı olarsa, tutmadıqların günlərin qəzasını tutmaq lazım deyil. 
 
 Səfərdən qayıtdıqda və ya qusul aldıqdan sonra orucunu davam etməlidir. Orucunu haram işlərdən biri ilə (zina etmək, yaxud şərab icməklə) pozan şəxs   kəffarəni  cəm halda verməlidir. Yəni bir şəxsi azad etməli, iki ay ardıcıl olaraq oruc tutmalı və altımış nəfəri bir gün yeməklə təmin etməlidir.  Buna gücü catmadıqda bunlardan birini verməlidir. Ramazan ayında Allahın və Peygəmbərin (s.ə.s) adından  yalan danışan şəxs də yaxşı olar ki, kəffarəni cəm halda versin.
 
Ramazan ayında bir gündə bir nəcə dəfə cinsi yaxınlıqda olan və ya özündən sperma xaric edən şəxs bir kəffarə verməlidir. Ramazan ayında orucunu cinsi yaxınlıqdan qeyri-işlə pozan və sonradan öz halal qadını ilə cinsi yaxınlıqda olarsa, gördüyü hər bir iş ücün bir kəffarə verməlidir. Orucunu halal, sonra haram işlə pozub şəxs isə yalnız bir kəffarə verməlidir. Kəffarəni vermək vacibdir, imkan olmadıqda isə gözləmək lazımdır.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]