Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Orucluq ayəsi
2013-07-02, 6:15 AM | |
183. Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! 184. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (2.əl-Bəqərə (İnək) surəsi) Orucluq ayəsi hicrətdən sonra nazil olub. Və bu, təbii idi. Belə ki, musəlmanlar 10 illik Məkkə dövründə dinin əsasını təşkil edən əqidəvi məsələlərə yaxından tanış olmalı və artıq bundan sonra əməli hökümləri qəbul etməli idilər.Oruc fərdi və ictimai islahatlara səbəb olan ilahi göstəriş, eyni zamanda bir sınaq idi. Ayənin əvvəlində orucun tək musəlmanlara deyil, bəlkə əvvəlki ümmətlərə də vacib edirdiyi qeyd olunur:"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! ". Sanki Allah-Təala bununla müsəlmanların könlünü alır və onun qeyi-mümkün olmadıgını onlara təlqin edir. Yəni əgər əvvəlki ümmətlər oruc tutmuş və tuta bilmişlərsə, deməli, siz də tutmalı və tuta bilərsiniz. Bu mənada İmam Sadiq (ə) tərəfindən nəql olunan hədisdə buyrulur: " Ayənin əvvəlində olunan "Ey iman gətirənlər!" xitabı orucun bütün cətinliklərini insana unutdurur". Məşhur və tanınmış bir şəxs tanışlarınız arasında sizi özünüzün ən yaxşn dostu elan etsə qurur hissi kecirməzsiniz? Bəs əgər Allah biz müsəlmanlara " Ey iman gətirənlər!" xitabı ilə müraciət edirsə, bunun ücün sevinməyə, müsbət mənada qürurlanmaga dəyməzmi? İnsanlar təşvişə düşməsinlər deyə, orucun ilboyu deyil, ilin yalnız müəyyən günləri davam etdiyi qeyd olunur. "(Oruc tutmaq) sayı müəyyən bir ay günləridir". Öz bəndələrinə onların özlərindən də mehriban olan Allah xəstə və səfərdə olanlara güzəşt edir, xəstəlik və səfər günləri başa catana qədər üzürlü hesab edir və onların oruc tutmamasına icazə verir: " (Bu günlərdə) sizdən xəstə və səfərdə tutmadıgı günlrin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar". Qocalıq üzündən oruc tuta bilməyənlər də güzəşt olunaraq bunun müqabilində ehtiyacı olanlara maddi yardım etmələri, yeni fidyə vermələri tövsiyyə olunur. Oruc tutmaga taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Bundan daha artıq vermək istəyənlər ücün isə bu daha artıq savabdır. "(Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutar, həm də fidyə verərsə), bu onun ücün daha yaxşı olar)". Ayənin sonunda orucun yalnız insanın maddi və mənəvi həyatına təsir edəcəyi qeyd olunur. 185." İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz. "(2.əl-Bəqərə (İnək) surəsi) BƏHANƏYƏ SON Əslində orucluq müddəyi üc gün olub, amma hansı günlərdə oruc tutmaq məlum olmadıgından bir ay oruc tutmuşlar! Bu yalnış bəhanə yəqin ki, hamıya məlumdur. Quran oruclugun tam bir ay davam etməli oldugunu vurgulayır. Ramazan həm oruclugun, həm də Quranın nazil oldugu aydır. Ayədə oruclugun səbəb və fəlsəfəsi göstərildiyi kimi, Quranın nazil olma səbəbləri acıqlanır. "(İnsanlara dogru yol göstərən, bu yolu acıq dəlillərlə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir)". Ayənin davamında bir daha xəstə və müsafirlərin orucu məsələsinə toxunulur: "(Xəstə və ya səfərdə olanlar isə tutmadıgı günlərin sayı qədər başqa günlərdə tutsunlar)". Bundan məqsəd onların özlərini zəhmətə salmamalı və saglamlıqlarını qorumalı olmasıdır. Cünki Allah öz bəndələrinin cətinliklərini deyil, asanlıqlarını istəyir: " (Allah sizin ücün agırlıq deyil, asanlıq istəyir)". | |
Views: 855 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |