Cümə günü, 2024-11-22, 9:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Ramazan ayında…
2013-07-07, 5:21 AM
Ramazan ayında…
Hər gün Günəş şərqdən doğur və öz istiliyini bütün insanlara verər. Ancaq bütün insanlar günlərinə müxtəlif cür başlayırlar. Bəziləri gün çıxan kimi xoşbəxtlik və müvəffəqiyyət pənəcələrini açarlar. Ona görə də Günəş batana qədər də bu pəncərənin müvəffəqiyyət stimulu daha da artar. Xoşbəxtlik dayanacağına kilometrlərlə yaxınlaşarlar. Ancaq bunun əksinə olaraq, bəziləri Günəş çıxan kimi sınmış pəncərələrini açarlar. Gün ərzində baş verənlər bu pəncərənin sınıqlarını daha da artırar.
Siz hansı dəstədənsiniz? Əgər hər gün sınmış pəncərəsi olanlardansınızsa, onda bu Ramazan ayında edəcəkləriniz əməllərlə bu sınmış pəncərələri üzünüzə möhkəm bağlaya bilərsiniz.
Allah Təala ”Ənam” surəsinin ilk ayələrində insanları ziyana uğradan pəncərələrdən söz açmışdır. Əgər bu pəncərələri bir anlığa üzümüzə açsaq, həm bu dünyada və həm də axirətdə çox sayda ziyana uğrayacağıq.
Bu pəncərələrdən biri Qiyaməti inkar etməkdir. Bunun nəticəsində insan həyatda çox sayda günahlar işlədər. Elə günahlar ki, Qiyamət günü insana götürə bilməyəcəyi yükləri yükləyər. Bu zaman deyəcəyik ki, ey kaş həmin bu pəncərəni bağlı saxlayardıq...
Allah buyurur: "Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!” ("Ənam” 31).
Həyatda ziyana uğramamaq üçün bu pəncərəni bağlamaq məsləhətdir. Çünki bu pəncərənin bağlı olması bizim üçün çox əhəmiyyətlidir. Belə ki, Allah buyurur: "Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik”. ("Sad” 46).

 

Şeytanla dostluq pəncərəsi

 

Çalışaq ki, həyat pəncərəmizi heç bir zaman şeytanın üzünə açmayaq. Çünki şeytan Allah dərgahından qovulandan sonra and içdi ki, hər kim pəncərəsini mənim üzümə açarsa, onu yolundan azdıracağam.
Əgər belə olarsa, şeytanın pəncələrindən qurtulmaq çətin olacaqdır. «Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər; Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.” ("Nisa” 119).
Ona görə də Ramazan ayı bu pəncərəni necə bağlı saxlamağımızı bizə təmrin etdirəcək və əməllərimiz bizi şeytandan uzaqlaşdıracaqdır.
Quran, bəzi ayələrində elə insanlardan söz açır ki, həyat pəncərələri yarıya qədər açıq olur. Əgər onların mal-dövlətləri, məqamları varsa, Allaha pərəstiş edər və mömin olarlar. Ancaq həyatlarında kiçik bir müsibət baş verərsə, küfr edərək, kafir olarlar. "İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, cansağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!” ("Həcc” 11).

 

Kin və nifrət pəncərəsi

 

Ramazan ayı kin və nifrət pəncələrini bağlayıb mehribanlıq pəncələrini açmaq üçün gözəl fürsətdir. Bu pəncələrin açıq olmasına görə uzun müddət qohumlarla və dostlarla əlaqəni kəsmişdik. Əgər həyatda müvəffəqiyyət qazanmaq istəyiriksə gərək bu pəncərə bağlı olsun. Allah buyurur: "Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. ("Bəqərə” 27).
Ümid edirik ki, bu mübarək Ramazan ayındakı fürsətlərdən yaxşı şəkildə bəhrələnəcək və bu günah pəncələrini bağlı saxlayacağıq. Heç bir zaman da onu açmağa cəhd etməyəcəyik.

Deyerler (Tebyan)
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 719 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]