Bazar günü, 2024-12-22, 11:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq

Entries in section: 599
Shown entries: 551-599
Pages: « 1 2 ... 10 11 12

NƏFSİN NÖVLƏRİ (ƏMMARƏ, LƏVVAMƏ, MÜTMƏİNNƏ)
Sual oluna bilər: Nəfs elə əql deyilmi? Yoxsa nəfs və əql ayrı-ayrılıqda mövcuddur? Nəfslə əql arasında mübarizə dedikdə nə başa düşülür? Nəfsin növləri var, yoxsa elə bir növdür? Nəfs insanın özüdür, yoxsa ayrı bir varlıqdır?
"Nəfs” sözü də "təzkiyə” sözü kimi, ərəb dilinə məxsus sözdür.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 811 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-31 | Reytinq: 0.0/0 | Serhler(0)

Bəşərin böyük müəllimi
Bizin yaşadığımız bu əsr - əxlaqdan dərs almaq əsridir. İnsanın bu gün ictimai həyatda ən çox ehtiyac duyduğu şey - gözəl əxlaqa malik olmasıdır. Əxlaqı da əxlaq müəllmindən öyrənmək lazımdır. Həmin müəllim özü də gərək gözəl əxlaqa malik olsun. Bu zaman həmin əxlaq müəllmindən öyrəndiklərimizin əhəmiyyəti daha böyük olar. Həm əxlaq müəllimi və həm də əxlaq nümunəsi olan insan - əziz Peyğəmbərimiz Həzrət Muhəmməddir (s).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 761 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Həqiqi ariflərin 33 xüsusiyyəti

İmam Əli (ə) "Nəhcul-bəlağə”də ariflərin 33 xüsusiyyətini bəyan etmişdir ki, onlara işarə edək:

1. Allahın ən sevimli abidi o kəsdir ki, Allah ona özünü tanımaqda və özünü qurmaqda yardım etmişdir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 739 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Müqəddəs dinimizdə nə zaman lənət deyilir?

(Tebyan saytına istinadən)

 Allah Təala Quranda buyurur: "Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” ("Bəqərə” 161).

Lənət və nifrin ümumilikdə bəyənilməyən əməllərdəndir, ancaq bəzi hallarda bunu etmək caizdir. 19 halda müsəlman başqasına nifrin və lənət edə bilər.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 835 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəbrin qaranlığında münisimiz nədir?

1. Qəbir evində müsəlmanın munusu Quran qiraətidir.

Həzrət Peyğəmbər (s) buyurur: "Qəbir hər gün beş cümləni fəryad çəkər: Mən tənha bir evəm, ona görə mənə gələn zaman munisinizlə gəlin”. (Quran qiraəti).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 891 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-30 | Reytinq: 5.0/1 | Serhler(1)

Özünü tanımanın yolları nədir?
Nəfsi islah etməyin və gözəl əxlaqa bürünməyin yollarından biri də insanın özünü tanımasıdır. Özünü tanıyan insan nəfsinin kəramətini, Xaliqin əzəmətini, ruhun əhəmiyyətini dərk edər. Özünü tanıyan insan öz Xaliqini də tanıyar. İmam Əli (ə) buyurur: "Hər kim özünü tanıyarsa, Pərvərdigarını tanımış olar”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 946 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-28 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili

İmam (ə) buyurur: "Bu, həqiqətən, belədir ki, sizlərdən biri Allahın, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) haqqına tanış olan halda ölərsə, dünyadan şəhid getmişdir. Şəhidlərin savabına malik olar. Onun mükafatı Qiyamət günü Allahın öhdəsindədir. O yaxşı əməlin ki, niyyətini qəlbində etmişdir, onun savabına çatacaqdır”.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 811 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-27 | Reytinq: 5.0/1 | Serhler(0)

Sileyi rəhim (Qohumluq əlaqələri)

Əxlaq nişanələrindən, islami və insani dəyərlərdən, insanlarla xoş davranmağın əlamətlərindən biri də sileyi-rəhimdir, yəni qohumluq əlaqələrini bərpa etməkdir. Sileyi-rəhim, insanın öz yaxınlarına, qohum əqrabasına baş çəkməsi, onlarla sıx əlaqə saxlamasıdır. Bir sözlə, sileyi-rəhim sözünün mənası qohumluq əlaqəsidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 847 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-25 | Reytinq: 1.0/1 | Serhler(0)

Əsəbləşən zaman nə etməli? Məsumlarımızdan (ə) tövsiyələr

İblis lənətliyin insanı ən çox saldığı tələlərdən biri qəzəb tələsidir. Qəzəb insan vücudundakı nuru söndürər, Allahı narazı edər.

Müasir tibb əsəbi insanlar üçün çox sayda müalicə yolları təklif edirlər. Bəs Quranda və hədislərdə necə bu haqda bir şey yazılıbmı?
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 692 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Hacətlərimiz üçün ən gözəl vasitələr

(Tebyan saytına istinadən)

Hər bir Məsum (ə) biz müsəlmanlar üçün Allaha yaxınlaşmaq vasitəsidir. Baxmayaraq ki, hər bir Məsuma (ə) təvəssül edib, bütün hacətlərimizi istəyə bilərik, ancaq hədislərdə hər biri üçün müəyyən xüsusiyyətlər bəyan edilmişdir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 802 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-23 | Reytinq: 5.0/1 | Serhler(0)

Vəsvəsə ilə mübarizə aparmaq lazımdır

O kəs ki, ibadət, qeyri-ibadət, ictimai və fərdi məsələlərində mötədillik həddini aşarsa, vasvasıdır. Bu, müsəlman üçün təhlükəli bir vəziyyətdir. Bu da xəyal qüvvəsinin güclü olmasından irəli gəlir. Ağıl ona hakim olmaq yerinə, xəyal qüvvəsi fəaliyyətə başlayır. Belə olan halda şeytan onu ələ keçirir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 748 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Əmr be-məruf və nəhy-əz-munkərin əhəmiyyəti barədə


(İslami saytlara istinadən)

Hər bir müsəlmanın müəyyən öhdəlikləri vardır. Belə ki, müsəlman gərək ətrafında baş verənlərə qarşı bəsirətli olsun. Əmr be-məruf və nəhy-əz-munkər müsəlmanın ictimai təfəkkürünün mühüm hissəsi hesab edilir. Bu mühüm dini vacibatlarındandır ki, müsəlman ona əməl etməlidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 684 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-22 | Reytinq: 0.0/0 | Serhler(0)

DUA ETMƏYİN 5 QAYDASI

(Tebyan saytına istinadən)
 Hər bir ibadətin öz qayda-qanunları vardır. Duanın da öz qayda-qanunları vardır. Duanın qaydalarına əməl etmək - onun yerinə yetməsi üçün çox mühümdür.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1123 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Yeniyetmənin daxilində olan burulğanlar: valideyn nə etməlidir?
 Hər bir şəhərin öz xəritəsi vardır, insan bu xəritə ilə tanış olmadan bu şəhərdə yaşaya bilməz. Yeniyetmə dövrünə giriş də bu şəhərə bənzəyir. Bu şəhərdə çox qəribə və rəngarəng şeylər vardır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 795 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Yersiz danışmağın 10 mənfi nəticəsi

(Tebyan saytına istinadən)

Yersiz danışmaq dilin bəlalarından biridir ki, dünya və axirətdə bizim üçün çox ziyanlar gətirir. Yersiz danışmağın bir çox mənfi nəticələri vardır ki, onlardan bir neçəsinə nəzər salaq:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 789 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Qidalanmanın əxlaqa birbaşa təsiri var

Lap qədim zamanlardan qidalanmanın insan əxlaqına təsir etdiyi sübut edilmişdir. Qan tökməyi qəlbin daşlaşması ilə bağlayırdılar. Bu əqidədə idilər ki, sağlam ağıl ancaq sağlam bədəndə olur. Quranda da buna aid ayələr vardır. Belə ki, Allah buyurur: "Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir”. ("Maidə” 41).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 687 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Kobudluq insanı cəhənnəm əhli edər
Kobudluq elə rəzil bir sifətdir ki, bizim dünya və axirətimizi bada verər. Məsumlar (ə) həmişə bu xislətə qarşı çıxmış və onu tənqid etmişdilər. Müasir dövrdə "hövsələm yoxdur” cümləsinə tez-tez rast gəlmək olur. Bəzən yorğunluq və ya çox məşğul olduğumuz üçün ətrafdakıları bu cümlə ilə incidir və qəlblərinə toxunuruq. Halbuki bunun kimi cümlələrin bizi cəhənnəmə aparacağını bilmirik.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 924 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Duanın yerinə yetməsi üçün şah açar
(Tebyan saytına istinadən)
Bəzən dualarımızın qəbul olmamasını hiss edirik. Hər nə qədər duanın şəraitinə əməl etməyə çalışırıqsa, yenə də duamızın qəbul olmamasının şahidi oluruq. Bunu yaddan çıxartmamalıyıq ki, dualarımızın qəbul olması üçün ilk növbədə maneələri aradan qaldırmaq lazımdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 702 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Oğrunu düz yola hidayət edən ayə

Fəzil adlı bir ərəbin əsl işi oğurluq idi. Ticarət karvanları onun əlindən xilas ola bilmirdilər. Yolu bağlayıb, karvanları soyardı.

Bir gecə evlərin damına çıxdı ki, oğurluq etsin və o zaman insanların bir çoxu yatmışdı. Möminlərdən biri ibadətlə məşğul idi və Quran oxuyurdu. O, həzin bir səslə bu ayəni tilavət edirdi:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 734 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Səhər tezdən durmaq ruha şəfa bəxş edər

Hüccətil-İslam Cavidanın əxlaq dərsindən: "Peyğəmbərin (s) zamanında gecə oyaq qalan möminlər bütün gecəni oyaq qalmağa çalışardılar. Bəzən ayaqları şişərdi və ona görə də Allah bu ayəni nazil edir: "Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 791 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsanı izzətli edən və zəlil edən amillər
(Tebyan saytına istinadən)
İbadət, təqva, cihad, təvəkkül, əhkama əməl etmək, təvazökarlıq, əfv, dili hifz etmək, səbir, qənaət, qəzəbə göz yummaq - izzət və əzəmətin amilləridir. Mühüm olan budur ki, insan daima izzətli və şəfərli olmalıdır. Özünü kamala çatdırmaq üçün çalışmalıdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 655 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-09 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsan bu kainatda tək deyil

Yer kürəsi kainat ökeanının çox kiçik bir zərrəsini təşkil edir. Təntavi öz təfsrində dünyanın əzəmətini bəyan edəndən sonra yazır: "Elə bir kitabxana təsəvvür edin ki, orada 500 000 kitab vardır. Hər bir cildində 270 səhifə və hər səhifəsində 30 sətr, hər sətrində də 40 söz vardır. Bu kitabxana varlıq aləmidir ki, hər ulduz buradakı kitabların bir hərfini təşkil edir. Bizim Yer kürəsi bu kitabxanada çox kiçikdir. Hətta "nun” hərfinin nöqtəsi qədər deyildir”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 903 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-09 | Reytinq: 0.0/0 | Serhler(0)

Problemlərdən necə azad olaq?

Hər bir insan bu dünyada kiçikli böyüklü problemlərlə üzləşir. Ola bilsin ki, bu problemlər ona ruhi xəstəliklər yaratsın. Ancaq imanlı insanlar təqvalı olduqları üçün bu problemləri həll etmək onlara asan olur. Allah buyurur: "Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.” ("Təlaq” 4).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 983 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-01-02 | Reytinq: 0.0/0 | Serhler(2)

Söyüş...

İmam Sadiq (ə): Söyüş söymək zülmdür və zalım cəhənnəm oduna daxil olar.
Həzrət Peyğəmbər (s): Allah behişti haram edib söyüş söyən həyasıza – nə dediyinə, nə də ona deyilənə narahat olar!
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 857 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Özümüzü hesaba çəkək ki, böyük hesabımız asan olsun

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü sizi hesaba çəkməmişdən qabaq siz özünüzü hesaba çəkin. Qiyamət günü sizi ölçməmişdən qabaq özünüzü ölçün ki, nə qədər mənəvi yükə malik olduğunuz məlum olsun. Özünüzü əkbər Qiyamətə hazırlayın”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 749 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Xoşbəxtliyə mane olan ən böyük amil
Dünya o qədər vəfasızdır ki, daima insanı tələyə salmağa çalışır. Onun qəflət anını yaxalayan kimi, qılıncını çıxarır və onu ləl-cəvahirat silahı ilə zərərsizləşdirir.

İmam Əli (ə) "Nəhcul-bəlağə”də buyurur: "Həqiqətən dünya, məhv olmaq, çətinliyə düşmək və ibrət götürülməli bir evdir. Ruzigar öz kamanın simini sazlayır və atışı xataya düşməz.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 797 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə vaxt hüsnü-zənn, nə vaxt sui-zənn?
İslam dinində sui-zənlə hüsnü-zənnin böyük əhəmiyyəti vardır. Müsəlmanlar gərək bir-birinə qarşı hüsnü-zənn etsin. Ancaq bu məsələnin istisnası da vardır. İmam Əli (ə) bu mövzuya işarə etmişdir. İmam (ə) buyurur:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 810 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Yalan danışmağın zərəri

Yalan dedikdə, həqiqət olmayan əsassız danışıqlar və davranışlar başa düşülür. Deməli, yalan həm dildə, həm də əməldə özünü büruzə verə bilir.

Yaşadıqımız cəmiyyətdə problemlər həddindən artıq çoxdur. Həm mənəvi, həm də maddi.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1397 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-25 | Reytinq: 0.0/0 | Serhler(1)

Dinimizin nəzərində yaxşı dostun xüsusiyyətləri

(Tebyan saytına istinadən)

Mühüm ictimai məsələlərdən biri də insanların arasındakı rabitə və münasibətdir. İnsan elə bir varlıqdır ki, dosta ehtiyacı vardır, əslində dosta möhtacdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 799 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-24 | Reytinq: 5.0/1 | Serhler(0)

"Dünya işlərində tənbəl olanlara nifrət edirəm...”

İmam Baqir (ə) buyurur: "Mən o kişiyə ki, dünya işlərində tənbəl olar, nifrət edirəm. O kəs ki, dünya işlərində tənbəl olar, axirət işlərində daha tənbəldir”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 788 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Ağlın kamil olmasının nişanəsi nədir?

 Kamil İslam dini insana xəlq aləmində çox böyük əhəmiyyət və dəyər verir. Onun üstün xüsusiyyəti kimi ağlı göstərmişdir. Belə ki, səadəti təfəkkürdə, bədbəxtliyi bunun əksində bilir.


İmam Rza (ə) buyurur: "Heç bir şəxsin ağlı kamil olmaz, məgər o halda ki, onda bu on imtiyaz olar:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 707 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Ananın haqqı atanın haqqından 2 dəfə çoxdur
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman müstəhəb namazda olursan, atan səni çağırsa, namazını kəsmə, ancaq əgər anan səni çağırırsa, namazını kəs!”.

Valideynə ehtiram göstərmək - Allaha itaət etməkdən sonra gələn mühüm vəzifələrdən biridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 751 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-19 | Reytinq: 3.0/1 | Serhler(1)

Qənaət etməyi bacarmaq
İnsanlar hər gün iqtisadi sahədə çoxlu səylər edirlər. Evdən bayıra çıxan andan iş həyatına atılarlar. Ancaq bu fəaliyyətlərinin bir çoxu həqiqi deyildir, insanın tamah hissindən qaynaqlanır. Əgər bir an təfəkkür etsə görər ki, insan qənaət edərək, daha rahat və sakit bir həyata malik ola bilər.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 843 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Kim zina etsə, bir gün onun öz namusu ilə də zina ediləcək

Belə rəvayət edilir. Həzrət Davudun (ə) dövründə fasiq bir kişi varmış
Günlərin birində bu fasiq kişi yoxsul birinin arvadıyla yaxınlıq edir. Qadınla əlaqədə olduğu vaxt başqa bir kişinin onun arvadıyla zina etdiyi gözləri önünə gəlir. Həmin fasiq kişi tez evinə dönür. Arvadının doğrudan da yad kişi ilə zina etdiyini görür. Kişini cəzalandırmaq üçün Davudun (ə) yanına aparır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 856 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-17 | Reytinq: 5.0/2 | Serhler(0)

Dinə söykənən əxlaqın mənası

Əxlaq, bütün dünya xalqının dilində məşhur bir sözdür, lakin əxlaq təyin olunarkən ən çətin və ipham daşıyan sözlərdən biri halına gəlir. Əxlaq haqqında alimlər və alimlər arasında görüş birliyi azdır; çünki fəlsəfi, dini və ictimai hər baxış və hər qrup sahib olduğu dünya görüşü ilə əxlaq və əxlaqi hərəkət haqqında xüsusi bir tərif irəli sürmüşdür.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 732 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyyəti pak etmək lazım

İslam dini insandan istəyir ki, bütün niyyətlərini pak və Allah üçün etsin. İslam istəyir ki, insan bütün işlərində: maddi-mənəvi, dünya-axirət, fərdi-ictimai, yuxu-yeməyindən belə niyyətini pak etməlidir. Niyyətini Allah üçün etməlidir. Yaxşı iş görən zaman niyyətini Allah üçün etməlidir, hətta nəhayətdə əgər onu yerinə yetirə bilməsə belə.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 882 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-02 | Reytinq: 5.0/1 | Serhler(0)

İnsanların Ən Pisi

Təklik, tək yaşamaq və yardan uzaq dayanmaq bir çox problemlərin, əldən düşmüşlüklərin, ürəklərin ölməsinin, ruhi həyəcanların, əsəbi xəstəliklərin, ruhi və bedensel hər cür xəstəliyin ortaya çıxış səbəbidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 915 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-21 | Reytinq: 0.0/0 | Serhler(3)

Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi (3)
 
Düz danışmaqğın təsirləri

İctimai nöqteyi-nəzərdən düz danışmaq və doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai yaşayışının nailiyyətləridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 2535 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi (2)
 
Düz danışmağın təsirləri

İctimai nöqteyi-nəzərdən düz danışmaq və doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai yaşayışının nailiyyətləridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 808 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi-1

Şübhəsiz, doğruluq və düz danışmaq (sözdə sadiqliq və əmanətdarlıq) sifətləri insan şəxsiyyətinin ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə həqiqi insan adını vermək olmaz və hər ikisi də müştərək bir kökdən qaynaqlanır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 782 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Haqqun-nasın pozulmasının Qiyamət əzabına təsiri

 Haqqun-nas dedikdə başqalarının sənin boynunda olan

bütün haqları nəzərdə tutulur. Haqqun-nas iki hissəyə bölünür: maddi tərəf və abır-şəxsiyyətlə əlaqədar. Maddi haqqun-nas dedikdə, insanların malını məhv etmək, qəsb etmək nəzərdə tutulur. 

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 778 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Salam verməyən şəxsə cavab vermə!

Peyğəmbər (s) və imamların (ə) rəftar və buyruqlarında salam verməyin ədəb və təsirləri
Salam:
Bir nəfər ərəb məscidə daxil oldu. Əvvəlcə Həzrət Əliyə (ə) salam verdi. Ondan sonra Peyğəmbərə (s) salam verdi. Məsciddə olanlar ona dedilər: Niyə əvvəlcə Peyğəmbərə (s) salam vermədin? Cavabında dedi:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1301 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-09 | Reytinq: 5.0/1 | Serhler(0)

Əməlsiz alim şeytan kimidir.....

İslam alimlərə böyük dəyər verdiyi kimi onların xətalarının da təhlükəsi haqda hədislərə malikdir
Hәzrәt Pеyğәmbәr (s) buyurub: "Аlimin хәtаsı tәbil sәsi kimidir ki, tеzliklә cаmааtа yеtişәr. Аmmа cаhilin хәtаsını оnun nаdаnlığı örtәr.”
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 760 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

Uzun arzular
Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyrulur:
"Sizin üçün ən çox qorxduğum həvayi-nəfsinizə tabe olmanız və uzun arzulara qərq olmanızdır" ("Nəhcul-bəlağə" səh . 98, xütbə: 28)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1427 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-24 | Reytinq: 0.0/0 | Serhler(1)

Ədəbsizliyin müalicə yolu -2

Ədəbsizlik, insanların haqq, şəxsiyyət və möhtərəmliyinə etina etməməkdir. Əgər bir şəxs asqırma əsnasında süfrə və bir başqasının yüzünə bir şey sıçratsa və iyrəndirici bir şəkildə yemək yesə və yaxud bir məktub və ya vasitəsi iki əllə təqdim etmək yerinə onu atsa 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 824 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Ədəbsizliyin müalicə yolu -1
Ədəb əxlaqi və ictimai bir dəyərdir. Həm uşaqlar və həm də onların vəli və müəllimləri üçün dəyər təşkil edər. Ədəb hər kimdə və hər harada olsa, üzərində bir sevgi və çəkiliş dairəsi meydana gətirər və ədəbli insanı şərəfli və sevimli edər. Hər şeyin bəzəyi bir şeylədir və soyun şərəfi və ailənin etibarı da ədəblədir
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 847 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Ədəb-1
İnsan həyatının ən qiymətli sərmayələri və miraslarından biri, ədəbdir. Hətta sərvət və sərmayədən də əhəmiyyətlidir. (Adamın ədəbi, hökumətindən daha yaxşıdır.)
Qarşılaşılan heç bir şey ədəb qədər gözəl və cazibədar deyil. İnsanların arasında əlaqələrin möhkəm, salam və davamlı ola bilməsi üçün bunun öyrənilməsi və tətbiq edilməsi lazımdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 815 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Dinimizin nəzərində cavanlarla ünsiyyət üslubu

  İmam Əli (ə) cavanların tərbiyəsi haqqında buyurur: "O zaman ki, cavanı danlayırsan, ona xatasından qayıtmaq üçün yol qoy ki, dava etməyə vadar olmasın”.
Cavanlar cəmiyyətin mühüm üzvləridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 785 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-21 | Reytinq: 5.0/1 | Serhler(1)

Fəqirlik
    Ey fəqir, fəqr olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və at  yüyəninin zinətindən yaxşıdır.   bütün insanlar Cənnət arzusunda olduğu ki, Cənnətdə fəqirləri arzulayır.("Biharul-Ənvar" c.72, səh.48)
    Fəqir qəbin asudə olması ilə kifayətlənir. Belə ki, Rəsulullah (s) buyurub:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 762 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-10-20 | Reytinq: 0.0/0 | Serhler(1)

1-50 51-100 ... 451-500 501-550 551-599