Cümə günü, 2024-11-22, 1:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

DUA ETMƏYİN 5 QAYDASI
2013-01-22, 11:44 AM
DUA ETMƏYİN 5 QAYDASI


(Tebyan saytına istinadən)
 Hər bir ibadətin öz qayda-qanunları vardır. Duanın da öz qayda-qanunları vardır. Duanın qaydalarına əməl etmək - onun yerinə yetməsi üçün çox mühümdür.

İmam Sadiq (ə) buyurur: "Allahdan bir şey istəyən kəs ilk növbədə Allahı mədh edər, Peyğəmbərə (s) və onun Alisinə (ə) salavat göndərər, günahlarını etiraf edər və sonra Allahdan bir şey istəyər”.

Hədislərin bir çoxunda duanın ədəbinə işarə edilmişdir:



1. Allahı mübarək adları və sifətləri ilə çağırmaq.

Allah Təala Quranda möminə dua etmək qaydasını öyrədir. «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!». ("Ğafir” 7). Əvvəl Allahı çağırır və Allahın adına söykənir. Sonra Onu Camal adı ilə mədh edir və sonra dua etməyə başlayır.

Quranı mütaliə edən zaman görürük ki, peyğəmbərlər (ə), mələklər, saleh bəndələr dua edən zaman "Allahım!”, "Pərvərdigara” kəlməsi ilə başlayırlar. Həzrət Adəm (ə) buyurur: "Pərvərdigara! Mən və həyat yoldaşım özümüzə zülm etmişik”. Həzrət Nuh (ə) buyurur: "Pərvərdigara! Məni, atamı, anamı bağışla!”. Həzrət İbrahim (ə) buyurur: "Pərvərdigara! Məni, atamı, anamı və bütün möminləri hesabın bərpa olduğu günü bağışla”. Həzrət Yusif (ə) buyurur: "Pərvərdigara! Hökumətdən bəhrələnməyi mənə rəhmət etmisən”. Həzrət Musa (ə) buyurur: "Pərvərdigara! Mənə əta etdiyim nemətə xatir cinayətkarların arxası olmayacağam”. İslam Peyğəmbəri (s) buyurur: "Pərvərdigara! Mən şeytanın vəsvəsələrindən Sənə pənah aparıram”.



2. Peyğəmbərə (s) və ali-Peyğəmbərə (ə) salavat göndərmək.

İslam Peyğəmbərinə (s) və onun ailəsinə salavat göndərmək duanın qəbul olmasında mühüm rola malikdir. İmam Sadiq (ə) buyurur: "Nə zaman insanın Allah-Təalaya hacəti olar, gərək onu Peyğəmbərə (s) və onun Alisinə (ə) salavat göndərərək, başlasın. Sonra hacətini istəsin və sonda da Peyğəmbərə (s) və onun Alisinə (ə) salavat göndərək, sona çatdırsın. Allah bundan Kərimdir ki, duanın hər iki tərəfindəkini qəbul etsin, ancaq ortasındakını saxlasın.”



3. Yalvarış.

Duanın qaydalarından biri də Allahı yalvarışla və xəlvətdə çağırmaqdır. "Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir”. ("Əraf” 55).

İmam Sadiq (ə) Əbu Bəsirə buyurur: "Əgər nəyinsə həyata keçməsindən qorxun varsa, ya hacətin varsa, Allahın adı ilə duanı başla. Onu Ona layiq olan halda mədh və sitayiş et. Peyğəmbərə (s) salavat göndər və hacətini istə. Özünü ağlamağa vadar et, hətta əgər milçəyin başı qədər də olsa belə. Atam həmişə buyurardı: "Bəndənin Allah-Təalaya ən yaxın halı o zamandır ki, səcdədə olan zaman göz yaşı tökər””.



4. Ümumi dua və başqalarına dua etmək.

Duanın qaydalarından biri də budur ki, ümumi təşkil edilsin. Cümlələri də ümumi olsun, başqa insanlara şamil edilsin. İmam Sadiq (ə) buyurur: "Dörd nəfər bir yerdə dua üçün əllərinin açarlarsa, ayrılan zaman duaları qəbul olar”. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz dua edər, gərək ümumi dua etsin”.

Həmçinin möminin başqalarına görə etdiyi dua da qəbul olar. Qohumlarına, qardaşlarına, valideynlərinə, qonşularına, din qardaşlarına aid etdiyi dualar qəbul olar.



5. Duanın zaman və məkanına riayət etmək.

Duanın qaydalarından biri də onun zaman və məkanına riayət etməkdir. Bəzi dualar vardır ki, xüsusi zaman və məkan üçün nəzərdə tutulmuşdur. Məsələn, Rəcəb, Şəban, Ramazan aylarına aid olan dualar. Bəzi zaman və məkanlar da vardır ki, o zaman dualar qəbul olar. Misal üçün, cümə gününün gecəsini və gündüzünü göstərmək olar. Kərbəla xüsusi məkanlardan biridir ki, orada edilən dualar qəbul olar.

Beləliklə, deyə bilərik ki, əgər bu deyilən şərtlərə və qaydalara riayət etsək, dualarımızın qəbul olma şansı daha çox olar.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1121 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]