Çərşənbə günü, 2024-04-24, 6:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Duanın yerinə yetməsi üçün şah açar
2013-01-13, 8:07 PM

Duanın yerinə yetməsi üçün şah açar

(Tebyan saytına istinadən)
Bəzən dualarımızın qəbul olmamasını hiss edirik. Hər nə qədər duanın şəraitinə əməl etməyə çalışırıqsa, yenə də duamızın qəbul olmamasının şahidi oluruq. Bunu yaddan çıxartmamalıyıq ki, dualarımızın qəbul olması üçün ilk növbədə maneələri aradan qaldırmaq lazımdır.



Günah

Bəzən günahların nəticəsində elə kin və küdurətlər yaranır ki, dualarımızın yerinə yetməməsi üçün səbəbə çevrilir. Günah - dualarımızın yerinə yetməsinə mane olan amillərdən biridir. İmam Baqir (ə) buyurur: "İnsanın bəzən hacəti olur və Allahdan onu istəyir. Allah onun yerinə yetməsini münasib bir zamana saxlayır. Ancaq bəndə bu müddətdə günah işlədir. Allah da duasını yerinə yetirən məmura əmr edir ki, istəyini yerinə yetirməsin. Onu bu lütfdən məhrum etsin ki, Onun qəzəbimizə tuş gəlmişdir. Laqeydliyə layiq olmuşdur”.



Qeyri-mümkünü istəmək



Allahın qüdrəti sonsuzdur, hər bir işi xəlq etdiklərinə uyğun həll etmək istəyər. Əgər duanın mahiyyəti dünya qanunlarının əksinə olarsa, Allah onu yerinə yetirməkdən üzrlü olar.

İmam Əlidən (ə) sual olunur: "Hansı dua yolunu azmaqdır?” Buyurdu: "Dua edən zaman qeyri-mümkün şeyləri istəmək”.



Məsləhət olmayan dualar

Allah heç bir zaman duanı yerinə yetirməkdə əcələ etməz, onu bəndəsinin həyat nəzmini bir-birinə qatmağa fəda etməz. Bu cür duaların forması əvəz olar, ya təxirə düşər və ya sonraya saxlanılar. Allah buyurur: "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.” ("Bəqərə” 216).



Şərait hazır olmayan zaman

Bəzi dualar vardır ki, onlar tez bir zamanda həyata keçmir. Onun üçün xüsusi zaman və şərait lazımdır. Yəni, bəzən edilən duaların yerinə yetməsi elə həmin an insanın ziyanına ola bilər. Yaxşı olar ki, öz münasib vaxtında yerinə yetsin. Ona görə də bir qədər geriyə atılır.



"Məni səslə”

Allahla söhbət etmək, dərdləşmək insanın ən mühüm ehtiyaclarından biridir. Allah Quranda dua etməyə əmr etmişdir.

Həzrət Yunusun (ə) dastanında Allah onun balığın qarnına düşməsi və oradan nicat tapması haqqında bizə ətraflı məlumat verir və sonda bildirir ki, onun nicat tapamsına səbəb olan amil qəlbinin dərinliyindən dua etməsi olmuşdur. "Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk”. ("Ənbiya” 88).



Şah açarı itirməyin

Allah yuxarıdakı ayədə duanın şah açarını insana verir və buyurur ki, harada və nə zaman Məni yada salsan, Mənim rəhmətimə qoşulsan, nicat taparsan. Nicat tapmaq duanın təsiri ilə olur. "Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar.» ("Ğafir” 60).



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]