Cümə axşamı, 2019-08-22, 2:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Səhər tezdən durmaq ruha şəfa bəxş edər
2013-01-11, 8:27 AM
Səhər tezdən durmaq ruha şəfa bəxş edər

 Hüccətil-İslam Cavidanın əxlaq dərsindən: "Peyğəmbərin (s) zamanında gecə oyaq qalan möminlər bütün gecəni oyaq qalmağa çalışardılar. Bəzən ayaqları şişərdi və ona görə də Allah bu ayəni nazil edir: "Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (Yerin Günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O, bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O, bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır”. ("Muzzəmmil” 20).


Allah bunun səbəbi kimi xəstələnməyi, cihadı və səfərə çıxmağı göstərmişdir. Bəndələrini məğfirətə dəvət etmişdir. "Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar). Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrətdoğurucu bir əvəzetmə ilə əvəz edərik”. ("İnsan” 27-28).

İnsanın səhər tezdən durması ən yaxşı ibadət əməlidir. Bu insan üçün dərman kimidir. Çünki insan ruhunu müalicə edər. Əgər insan kimdənsə qorxarsa, ona ümidvar olar və ona ürək bağlayarsa, onu Allahın yerinə qoymuş olar. Bu cür hadisələr biz insanların həyatında çox baş verir. Bütün bunlar şirkin bir növüdür. Buna xəfif şirk deyərlər. Əmr-be-məruf və nəhy-əz-minkər səbəb olar ki, insandakı bu qorxunun bir hissəsi aradan getsin. Həmçinin bu şirkin qarşısını səhər dua edərək, Allaha təvəkkül edərək, ala bilərik.

Paxıllıq insanın ən çirkin əxlaqi xüsusiyyətlərindəndir. Bu ayədə oxuyuruq ki: "Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman” ("Adiyyat” 10). Qiyamət günü insanın sinəsi açılacaq və orada olan bütün pis və yaxşı sifətlər: o cümlədən paxıllıq, həsəd, qorxu, kin və bunların əksi aşkar olacaqdır. İnsanın Qiyamət günü sərmayəsi bu yaxşı sifətləri olacaqdır.

İnsan fitri cəhətdən paxıllığa, həsədə meyl edər. Bu sifətləri müalicə etmək üçün İmamların (ə) buyurduqlarına əməl etmək faydalı olar. O zaman ki, insan Quran və Məsumların (ə) buyurduğuna əməl edərək, müalicə olarsa, onu sağlam adlandırmaq olar.

İmam Hadi (ə) buyurur: "Allahın bəndəsi gecə yuxudan durar, yuxusu gələr, sağa və sol tərəfə çevrilər. Allah əmr edər ki, səmanın qapıları açılsın. Mələklərə buyurar: "Bəndəmə baxın, vacib buyurmadığım əmələ görə özünü bu qədər əziyyətə salır. Üç hacətinə ümid edilir: O günahdır ki, bu bəndəmə görə bağışlayaram. O tövbədir ki. ona görə təzələyərəm. Ya da ruzisini artıraram. Ey Mənim mələklərim! Agah olun ki, hər üçünü onun üçün rəva etmişəm””.

İmam Baqir (ə) buyurur: "Allah bəndələri içərisindən ən çox dua edənləri sevər. Ona görə də səhərdən gün çıxana qədər dua edin, çünki bu elə zamandır ki, səma qapıları açıq olur, insanların ruzisi paylanır. Böyük və mühüm hacətlər həyata keçir”.

Allahın ən fəzilətli zaman saydığı səhər çağı dua etməyi, istiğfar etməyi və Allahı zikr etməyi yaddan çıxartmayaq. Gecə ibadətinin də öz yeri vardır. Məsumlarımızın (ə) heç biri gecə namazını tərk etməmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç qrup vardır ki, şeytanın (vəsvəsəsindən) pakdırlar: O kəslər ki, Allahı yada salırlar. O kəslər ki, Allahın qorxusundan ağlayarlar. O kəslər ki, səhər çağı istiğfar edərlər".

İmam Sadiq (ə) gecə namazı haqqında buyurub: "Möminin gecə namazı gündüzün günahlarını aradan aparar".



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 476 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]