Cümə axşamı, 2024-03-28, 1:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Nə vaxt hüsnü-zənn, nə vaxt sui-zənn?
2012-12-29, 9:21 PM
Nə vaxt hüsnü-zənn, nə vaxt sui-zənn?
İslam dinində sui-zənlə hüsnü-zənnin böyük əhəmiyyəti vardır. Müsəlmanlar gərək bir-birinə qarşı hüsnü-zənn etsin. Ancaq bu məsələnin istisnası da vardır. İmam Əli (ə) bu mövzuya işarə etmişdir. İmam (ə) buyurur: "O zaman ki, dövrünün insanları arasında yaxşılıq artar, bu zaman əgər kimsə başqasına bəd güman edərsə, halbuki o, bu günahı etməmişdir - ona zülm etmiş olar. O zaman ki, dövründə fəsad artar, hər kəs bir-birinə yaxşı güman edərsə, özünü aldatmış olar”.

Bu mövzu o zamana aiddir ki, İslam dini cəmiyyətdə nümayiş etdirilər və insanların çoxu haqq yolunda irəliləyər. Ancaq o zaman ki, fəsad artar, insanların bəzisi yanlış tərəflərə gedər, bu zaman başqalarına hüsnü-zənn etmək insanın özünü aldatmasına gətirib çıxardar. Belə olan halda insan öz ehtiyatını saxlamalıdır.

Bu, o mənada deyildir ki, insan öz sui-zənnini başqalarına hiss etdirsin, onları ittiham etsin. Bəlkə məqsəd odur ki, möminlərə edilən xəyanətin səbəbi zahir edilsin. Əməldə ehtiyatı əldən verməsin.

Müxtəlif dövrlərdə yaşayan insanlar bir-birindən fərqlidirlər. Bəzilərinin keçmişi yaxşıdır ki, onlara hüsnü-zənn edilməlidir. Ancaq bəzilərinin keçmişi qaranlıqdır ki, onlara qarşı ehtiyatı əldən vermək olmaz. Ona görə də meyar Yer üzərindəki bütün insanların törətdiyi fəsaddır.

Bu mövzu dövlətlər və millətlərə də aiddir. O zaman ki, zalım dövlət öz mənafeyini qorumaq üçün xalqı əzir, ondan ehtiyat etmək lazımdır.

"Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. ("Hucurat” 12).

İmam Əli (ə) buyurur: "Müsəlman qardaşının əməlini ən yaxşı tərəfə yoz, məgər o halda ki, onun günahkar olmasına dair dəlil olsun. Heç bir zaman müsəlman qardaşından eşitdiyin sözə pis güman bəsləmə”.

Həzrət (ə) başqa yerdə buyurur: "İnanılmış insanlara görə qərar qəbul edən zaman gümana söykənmək - ədalətdən uzaqdır”. İmam (ə) buyurur: "Şərəfli bir insana bəd güman etmək - ən pis günah və ən çirkin zülmdür”.

Bədgümanlıq qəlbin pisliyindən xəbər verir. O qəlbdə ki, paxıllıq, təkəbbür vardır, başqalarına qarşı necə hüsnü-zənn edə bilər ki? Təkəbbürlü qəlb mömin qardaşlarına qarşı hüsnü-zənn edə bilməz. Bunun əksi də - o qəlbdə ki, iman vardır, heç bir zaman başqalarına qarşı bəd güman edə bilməz.

Həzrət Peyğəmbər (s) öz həyat yoldaşı - Hey ibni Əxtəbin qızı Səfiyə ilə söhbət edirdi. Bu zaman ənsardan olan bir kişi onların yanından keçirdi. O, kişi Həzrətə (s) qəribə şəkildə baxır. Həzrət Peyğəmbər (s) onu çağırır və buyurur: "Bu qadın - mənim həyat yoldaşım Səfiyədir”. Kişi dedi: "Məgər kimsə sizə qarşı hüsnü-zəndən başqasını edə bilərmi?” Həzrət (s) buyurur: "Şeytan insan bədənində axan qan kimidir, Adəm övladlarının vücudunda cərəyan edir. Qorxdum ki, sənin də vücuduna daxil olsun”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 774 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]