Cümə axşamı, 2024-04-25, 12:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili
2013-01-27, 0:43 AM
İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili

(Tebyan saytına istinadən)



1. Allaha, Peyğəmbərə (s) və Əhli-beytə (ə) mərifət əldə etmək.



İmam (ə) buyurur: "Bu, həqiqətən, belədir ki, sizlərdən biri Allahın, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) haqqına tanış olan halda ölərsə, dünyadan şəhid getmişdir. Şəhidlərin savabına malik olar. Onun mükafatı Qiyamət günü Allahın öhdəsindədir. O yaxşı əməlin ki, niyyətini qəlbində etmişdir, onun savabına çatacaqdır”.



İmamın (ə) buyurduğu yaxşı əməl o qəsd və iradədir ki, əgər əməl zamanı gəlsəydi, insan onu etməkdən çəkinməzdi. Ona ancaq iradəsindən və ixtiyarından xaric olan şeylər mane olarsa, o, həmin işində qalar. Belə bir iradə sahibini o qədər yuxarıya qaldırar ki, əgər yatağında adi ölümlə ölsə belə şəhid kimi sayılar. Bir şərtlə ki, Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) haqqını tanıyar. İmam (ə) buyurur: "Behiştə daxil olmaz, məgər o kəs ki, İmamları tanıyar”.



2. Əhli-beytin (ə) dostu olmaq və yardım etmək.



İmam (ə) buyurur: "O kəs ki, bizə yardım edər və bizi sevər, Allahın rəhməti onun intizarında olar”.



3. Dindarlıq.



İmam (ə) buyurur: "Həqiqətən, dindarlıq bu gün dünya həyatı üçün pənah, axsamalar və günahlar qarşısında sipər, Qiyamət gününün sabahısı günü behiştə olan yoldur”.



4. Əməlin əqidəyə uyğun gəlməsi.



İmam (ə) buyurur: "Allah düz yol göstərən kitab göndərib ki, orada pis və yaxşısı yazılmışdır. Ona görə yaxşı yolu seçin ki, hidayət olasınız. Pislikdən uzaq olun ki, müstəqim və düzgün yolu gedə biləsiniz. Vacibatlara riayət edin! Onları bəyənilmiş halda yerinə yetirin! Allahın haqqını verin. Vacibata və Allahın haqqına riayət etmək sizi behiştə çəkər”. İmam (ə) buyurur: "Behişt - İslamın mükafatıdır ki, İslam müsabiqəsində qələbə çalan insanlar üçün nəzərdə tutulmuşdur”.



"Onlardan olma ki, yaxşı əməl görmədən yaxşı axirətə ümidvar olasan. Həyatda olan uzun arzularına görə tövbəni təxirə salasan. Düzgün insanları sevər, ancaq onların əməllərinə malik olmazsan. Günahkarlara kin bəsləyəsən, halbuki özün onlardan biri olarsan. Çoxlu günahlarına görə ölüm gözündə xoşagəlməzdir. Tövbə üçün bu gün-sabah edərsən. İnsanların qorxusundan elə bir iş görərsən ki, onu Allah bəyənmir. Allahdan qorxmadan insanlara ziyan vurarsan”.



5. Allah yolunda cihad etmək.



İmam (ə) buyurur: "Həqiqətən, bu, belədir ki, cihad behişt qapılarından biridir ki, Allah bu qapını xüsusi dostları üçün açar”.



6. Xalis niyyət.



İnsan əməllərinin zahiri və batini vardır. Əgər insan əməli düzgün olarsa, bütün işlərini Allahın göstərişlərinə, Peyğəmbərin (s) və İmamların (ə) buyurduqlarına uyğun edərsə, onların qadağan etdiyi işlərdən uzaqlaşarsa, demək olmaz ki, o, behiştə layiqdir. Çünki bir çox münafiqlər vardır ki, zahirdə özlərini mömin kimi göstərərlər. Həqiqətdə isə batində Allaha inanmır və Onun buyurduqlarını yerinə yetirmirlər. İnsan ancaq o zaman behiştə layiq olar ki, niyyəti xalis olsun.



İmam Əli (ə) buyurur: "Allah niyyətində sədaqətli və düzgün olan bəndələrindən kimi istəsə behiştə daxil edər”.



Bunu yaddan çıxartmayaq ki, behişt asan əldə edilmir. Belə bir məsəl var ki, qızıl gülü dərən, tikanlarına da dözməlidir. O kəs ki, behişti istəyir, ona çatmaq üçün gərək səy göstərsin. Əgər həyat çətinlikləri ona hücum edərsə, müqavimət göstərsin.



İmam (ə) buyurur: "Behişt ox və nizə sayəsində hazır olar”.



Allah Təal bizə behişt əhli olmağı nəsib etsin!



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 774 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]