Şənbə günü, 2024-04-27, 3:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yeniyetmənin daxilində olan burulğanlar: valideyn nə etməlidir?
2013-01-22, 11:34 AM
Yeniyetmənin daxilində olan burulğanlar: valideyn nə etməlidir?
 Hər bir şəhərin öz xəritəsi vardır, insan bu xəritə ilə tanış olmadan bu şəhərdə yaşaya bilməz. Yeniyetmə dövrünə giriş də bu şəhərə bənzəyir. Bu şəhərdə çox qəribə və rəngarəng şeylər vardır.

Yeniyetmələrin bəzi fikri səhvləri olur. Bu dövrdə olan uşaqların ətrafında olanlarla problemləri olur. O, belə düşünür: "mən artıq böyümüşəm və başqalarının sözünə qulaq asmamalıyam. Mən gərək bu evdən uzaqlaşam ki, onlar mənim böyüdüyümə inansınlar. Heç kim mənim işlərimə qarışmamalıdır. Mən hamıdan yaxşı bilirəm ki, nə etməliyəm. Atam və anam artıq mənə qarışmasınlar, çünki onlar məni başa düşmürlər”.

Həddi-büluğ elə bir çağdır ki, uşaq bu dövrdə dəyişir, həm batini və həm də zahiri cəhətdən. Onun cismində və ruhunda bəzi dəyişikliklər yaranar.

Büluğun növləri:

Bədən büluğu: Bədəni get-gedə böyüyər və dəyişər. Bədən büluğunun son həddi 23-25 yaşlarında bitir.

Cinsi büluğ: Uşaq hərtərəfli inkişaf etidiyi kimi, cinsi cəhətdən də inkişaf edir.

İctimai büluğ: Bu dövrdə yeniyetmə ailə məsələlərində məsləhət verməyə qadir olur.

İqtisadi büluğ: Cavan gəlir qazanmaq qüdrətini əldə edir və öz qabiliyyətlərini dəyərləndirir. Öz malını xərcləyə bilir və ailə dolandıra bilir.

Sevgi büluğu: Bu dövrdə yeniyetmə uşaqlıq dövründən çıxır və böyüklərin sevgisi kimi sevgi büruzə verməyə başlayır.

Dini büluğ: Yeniyetmə büluğa çatan kimi dini vəzifələrə əməl etməyə başlayır.

Psixoloqların nəzərinə görə, bu dövrdə bir sıra dövrlər keçilir:

Keçid dövrü: Uşaqlıq dövründən böyüklük dövrünə keçiddir, bu zaman daha çox müstəqil olur.

İztirab dövrü: Yeniyetmə dövrünün xüsusi şəraitinə görə vəzifələrlə üzləşir.

Əsəbi və itaətsizlik dövrü: Bu yaşda uşaqlar azadlıq tələbində olduğu üçün müstəqil olmağa can atırlar. Özlərini tapmaq istəyirlər. Təkbaşına şəxsiyyətlərini formalaşdırmaq istəyirlər.



Bu dövrlə bağlı tövsiyələr:

- Bu, yeniyetmənin təbii haqqıdır ki, müstəqil olmağa can atsın. Çünki, o, böyüklərin həyatına hazırlaşır. Valideynlər də gərək yeniyetmənin bu halını başa düşsünlər. Ancaq bu, o demək deyildir ki, yeniyetmə tərslik etsin və onlara qarşı hörmətsiz davransın.

- Yeniyetmənin də sevgiyə ehtiyacı vardır. Cəmiyyətdə iştirak edib, dost qazanmaq istəyər. Yaxşı dostlar onun şəxsiyyətinin formalaşmasına müsbət təsir qoyar. Ona görə də bu dövrdə dost seçiminə xüsusi diqqət etmək lazımdır.

- Bu dövr xəyal qüvvəsinin güclənən dövrüdür. Çalışın ki, uşağın boş vaxtını idman və ya incəsənət fəaliyyətləri ilə doldurasınız. Çünki yanlış tərəflərə gedə bilər.

- Dini məsələlərdə problemlə üzləşən zaman özünə inamı əldən verməməlidirlər. Bu yolda onlara valideyn yardım etməlidir.

Bu yaşda olan uşaqlar Allahı tanımağa çalışırlar. Amerikalı psixoloq Arnold Gizel deyir ki, həddi büluğ çiçəklənmə dövrüdür. Yeniyetmə əqli, məzhəbi və incəsənət məsələlərinə diqqət edir.

Bu dövrdə fitrəti o qədər oyaq olur ki, zehni və ruhu Allaha diqqət edər. Bu dövrdə yeniyetmə həm düz yolu seçə bilər, həm də əyri yolu. Bu yolda da ona valideyn yardım etməlidir. O kəs ki, düzgün tərbiyə edilmişdir, bu dövrü asanlıqla arxada qoya bilər.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]