Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Problemlərdən necə azad olaq?
2013-01-02, 3:55 PM | |
Hər bir insan bu dünyada kiçikli böyüklü problemlərlə üzləşir. Ola bilsin ki, bu problemlər ona ruhi xəstəliklər yaratsın. Ancaq imanlı insanlar təqvalı olduqları üçün bu problemləri həll etmək onlara asan olur. Allah buyurur: "Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.” ("Təlaq” 4). "Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.” ("Təlaq” 2). Peyğəmbər (s) buyurur: "Hər kim dünyaya rəğbətsiz olar, çətinliklər ona asan olar”. Əbu Zər Ğəffari Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Mən elə bir ayə bilirəm ki. əgər insanlar ona çəng vursalar, onlara kifayət edər. Bu ayə belədir: "Hər kim təqvalı olar, Allah onun üçün nicat yolu hazırlayar”. ("Təlaq” 4). Təfsirçilərin bəziləri deyirlər ki, bu ayə Ouf ibni Malik haqqında nazil olmuşdur. O, Peyğəmbərin (s) tərəfdaşlarından idi, İslam düşmənləri onu əsir tutmuşdular. O, Peyğəmbərin (s) xidmətinə gəlir və bu macəraya görə şikayət edir. Peyğəmbər (s) buyurur: "Təqvalı ol və səbirli ol və bu zikri çox de: «لاحول ولا قوه الا بالله» ". O, bu işi görür və evdə oturduğu yerdə övladı evə gəlir. Düşmən bir an qəflətdə olduğu üçün qaçmışdı. Ancaq bu o demək deyildir ki, mömin çətinliyə düşən zaman bir kənarda oturub gözləməlidir. Əksinə insan bu sahədə son səylərini etməlidir. Eyni zamanda da Allahdan yardım diləməlidir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ” O zaman ki, bu ayə nazil olur, Allah Rəsulunun (s) tərəfdaşları qapılarını bağladılar və ibadət etməyə üz çevirdilər. Dedilər ki, Allah bizim ruzimizi öhdəsinə götürübdür. Bu məsələ Peyğəmbərin (s) qulağına çatır və bir nəfəri onların yanına göndərir ki, niyə belə edirlər? Dedilər: Ey Allahın Rəsulu! Allah bizim ruzimizi öhdəsinə götürmüşdür və biz də ibadətlə məşğuluq. Peyğəmbər (s) buyurur: "Hər kim belə edər, duası qəbul olmaz. Allah bu ayə ilə yanaşı başqa bir ayədə də buyurmuşdur: "Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa Və Allahın vədlərini təsdiq etsə Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).” ("Ləyl” 5-7). Ona görə də deyə bilərik ki, hər kimin çətinliyi varsa, ilk növbədə Allahdan yardım diləməli və sonra isə əlindən gələni etməlidir. ("Tebyan" saytına istinadən)-Deyerler.org | |
Views: 984 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0 |