Şənbə günü, 2024-04-20, 2:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yersiz danışmağın 10 mənfi nəticəsi
2013-01-16, 5:12 AM
Yersiz danışmağın 10 mənfi nəticəsi

(Tebyan saytına istinadən)



Yersiz danışmaq dilin bəlalarından biridir ki, dünya və axirətdə bizim üçün çox ziyanlar gətirir. Yersiz danışmağın bir çox mənfi nəticələri vardır ki, onlardan bir neçəsinə nəzər salaq:



1. Ömrü hədər edir.

Yersiz danışan insan üçün ən az ziyan odur ki, ömrü hədər gedər. Halbuki, bu, onun ən böyük sərmayəsidir. İnsanın bu dünyada əldə etdikləri - ömrünün hesabına olar. İnsan bu fürsətdən axirəti üçün də istifadə edə bilər, istəsə onu yersiz danışaraq hədərə də verə bilər. Əgər yersiz danışdığı zamanı sükut etsə və sükutu zamanı Allahı xatırlasa, axirəti üçün böyük bir xəzinə hazırlamış olar.

2. Cəmiyyətə həqarət.

Yersiz danışmaq insanın məqamını aşağı salar. Hər bir sözün öz dinləyicisi vardır. O kəs ki, yersiz sözlər eşidər, həmin insana bir daha qulaq asmaq istəməzlər.

3. Üzr istəmək.

Yersiz danışmağın ziyanlarından biri də budur ki, insan dediyi sözlərə görə peşman olar və çarəsiz qarşı tərəfdən üzr istəməyə məcbur olar. Hədislərin birində deyilir: "Mömin danışmaz və ya elə bir iş görməz ki, ondan sonra üzr istəməli olsun”.

4. Dil günahları üçün zəminə yaranar.

Yersiz söz danışmaq insanı dil günahı vadisinə yaxınlaşdırar. Belə ki, yersiz danışmaq qeybət, yalan, batilə batmaq kimi təhlükəli günahlar üçün zəminə yaradar. O insan ki, yersiz danışır, çox danışmağı da çox sevər. Ona görə də danışdığı sözlərin çox az hissəsi doğru olar, qalanları yalan və qeybətlə dolu olar ki, bu da böyük günahlardandır. Peyğəmbərimiz (s) buyurur: "O kəs ki, çox söz danışar, səhvləri çox olar. O kəsin ki, səhvləri çoxdur, yersiz işləri çox olar. O kəsin ki, yersiz işləri çox olar, yalanı da çox olar. O kəsin ki, yalanı çox olar, günahı da çox olar”.

5. İlahi rəhmətdən uzaqlaşmaq.

Yersiz danışmaq - insanı İlahi rəhmətdən uzaqlaşdırar. Peyğəmbərimiz (s) merac hədisində buyurur: "Beşinci cəhənnəmin qapısında yazılır ki, işinə yaramayan şey sənin üçün faydalı deyildir. Çox söz danışma ki, Allahın rəhmətindən enərsən”.

6. Faydalı işləri əldən vermək.

O zaman ki, insan faydasız bir işlə məşğul olar, faydalı olan əməllərdən uzaqlaşar. Yəni, nəinki fayda əldə etməz, bəlkə əlindəki mənfəəti də əldən verər. Həzrət Əli (ə) buyurur: "O kəs ki, işinə yaramayan bir işlə məşğul olarsa, işinə yarayanları əldən verər”.

7. Ağlın məhv olması.

Ağıl insanı kamala çatdırar, faydasız işlərlə məşğul olmaq ağla zidd olduğu üçün, onun məhv olmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Ağıllar, faydasız işlərin axtarışında zay olar”.

8.Yolunu azmaq.

Yersiz danışmaq ağlın məhv olmasına səbəb olar. İnsan ağlını əldən verən zaman səhv işlədər, səadət yolunu itirər.

9. Qəlb qəsavəti.

Allahı yada salmaqdan uzaq olmaq qəlbi daşlaşdırar. Bu da qəlb qəsavətinə gətirib çıxarar. Peyğəmbərimiz (s) buyurur: "Allahdan qeyrisini yada salan zaman çox söz danışmayın. Həqiqətən, Allahdan qeyrisini yada salan çox söz, qəlbi daşlaşdırar. Həqiqətən, Allahdan uzaq olanlar - daş qəlbli insanlardırlar”.

10. Dinləyicini yorar.

Yersiz söz danışmaq dinləyicini yorar. Bu da qarşı tərəfin melysizliyinə gətirib çıxarar. İmam Əli (ə) buyurur: "Çox söz danışmaqdan çəkinin. Süstlük və yorğunluq gətirər”.

Yersiz danışmağı iki yolla müalicə etmək olar: əməli və elmi. Yersiz danışmağın çirkin nəticələrinə diqqət etmək bu nalayiq adəti tərk etməyə gətirib çıxardar. Yersiz danışan insan bilməlidir ki, bu dəyərli həyatına bir daha qayıtmayacaqdır. Ona görə də onu yersiz və faydasız işlərə sərf etməməlidir.

Allahı zikr etməyin ali məqamına diqqət edərək, məad və Qiyamət haqqında düşünərək, insan bu adətinə qalib gələ bilər. Əgər insan söz danışmağın həqiqi dəyərini anlasa, bir daha faydasız sözlər danışmayacaqdır.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, rəftarı arasında danışmağın məqamını tanıyarsa, faydalı işlərdən başqa işlərdə az danışar”.

Faydalı işlərlə məşğul olmaq - yersiz danışmağı tərk etmək üçün zəminə yaradar. Çünki faydasız işlərlə məşğul olmaq insanı faydalı işlərdən məhrum edər. İmam Əli (ə) buyurur: "O kəs ki, işinə yarayanları kənara qoyarsa, işinə yaramayanlarda qərar tutar”.

Allahı zikr etmək, dua, faydalı elmi məsələlərlə məşğul olmaq da insanı bu adətdən uzaqlaşdırar.

Allah Təala bizləri faydalı işlərlə məşğul olanlardan qərar versin, inşəallah.



Hazırladı: Məşhədi Xanım,

Deyerler.org
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 756 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]