Cümə günü, 2024-04-19, 8:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ananın haqqı atanın haqqından 2 dəfə çoxdur
2012-12-19, 2:38 PM

Ananın haqqı atanın haqqından 2 dəfə çoxdur

 Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman müstəhəb namazda olursan, atan səni çağırsa, namazını kəsmə, ancaq əgər anan səni çağırırsa, namazını kəs!”.

Valideynə ehtiram göstərmək - Allaha itaət etməkdən sonra gələn mühüm vəzifələrdən biridir. Bu mövzunun əhəmiyyəti o qədər böyükdür ki, İmam Sadiq (ə) buyurur: "Ey Cabir! Bizim davamçılarımız tanınmazlar, məgər o halda ki, valideynə yaxşılıq edərlər”.

Ananın məqamına diqqət edəndə və övladı üçün çəkdiyi əziyyətlərə nəzər salanda, ananın tutduğu mövqe ilə tanıyarıq. Ona görə İmam Səccad (ə) buyurur: "Ananın haqqı budur ki, o, səni elə daşımışdır ki, heç bir kəs başqasını belə daşımaz. Sənə qəlb səmərəsindən bir şey əta etmişdir ki, heç kəs başqasına vermir. Səni bədən üzvləri ilə mühafizə etmişdir. Nigaran olmamışdır ki, özü acdır, sənə yemək vermişdir, özü susuzdur, səni doyuzdurmuşdu, özü geyimsizdir, səni geyindirmişdir, özü günəş altındadır, səni kölgəyə qoyar. Sənin üçün yuxusundan keçər, səni istidən və soyuqdan qoruyar ki, onun olasan. Bil ki, ona şükür etmək gücündə deyilsən, ancaq Allahın yardımı və tofiqi ilə”.

Ananın haqqı o qədər böyükdür ki, hətta atanın haqqından da üstündür. İmam Baqir (ə) buyurur: "Musa ibni Umran (ə) Allaha üç dəfə buyurur: "Pərvərfiagara! Mənə tövsiyə ver!”. Allah hər üç dəfədə buyurur: "Səni Özümə tövsiyə edirəm”. Yenə buyurur: "Allahım! Mənə tövsiyə ver!”. Buyurur: "Sənə ananı sifariş edirəm”. Musa (ə) buyurur: "Pərvərdigara! Mənə tövsiyə ver!”. Buyurur: "Sənə ananı sifariş edirəm”. Musa (ə) yenə buyurur: "Allahım! Mənə tövsiyə ver!”. Allah Təala buyurur: "Sənə atanı sifariş edirəm””. İmam Baqir (ə) davamında buyurur: "Ona görə deyirlər ki, ananın yaxşılıq etməkdə haqqı üçdə iki və atanın haqqı isə üçdə birdir”.

İmam Rza (ə) buyurur: "Bil ki, ananın haqqı ən lazımlı və vacib haqdır. Çünki o, övladını elə daşıyır ki, heç kəs başqasını belə daşımaz. O, qulağı, gözü və bütün üzvləri ilə övladını qoruyur. O, bu işindən şad halda övladını heç kimin dözə bilmədiyi səbirlə daşıyır”.

Həzrət Peyğəmbər (s) atalar haqqında belə buyurur: "Atanın haqqı budur ki, bilməlisən o, sənin kökün və sən onun budağısan. Bilməlisən ki, o, olmasaydı, sən də olmazdın. Nə zaman özündə elə nemət tapırsan ki, ona şad olursan, bil ki, atan sənin üçün həmin nemətin köküdür. Allaha həmd et və o nemət qədər Ona şüükr et”.

İmam Rza (ə) bu haqda buyurur: "Eşq olsun sənə ki, atana itaət edirsən, ona yaxşılıq edirsən, qarşısında təvazökarsan, onu əziz tutursan, hüzurunda sakit danışırsan. Çünki ata kök və oğlu onun budağıdır. Əgər ata olmasaydı, Allah oğlu da təqdir etməzdi. Malınızı və canınızı onun üçün bəxşiş edin ki, sənin mal və canın atan üçündür. Ona görə də dünyada olan zaman atanıza yaxşılıq edin və ölümündən sonra isə dua et və rəhmət istə”.

Hədis yazan İmam Sadiqdən (ə) soruşur: "Kişinin övladının malında nə qədər haqqı vardır?” Buyurdu: "İsraf etmədən gündəlik yemək qədər. O da çarəsiz qalanda və ehtiyaclı olanda”. Hədis yazan soruşur: "Bəs Peyğəmbərin (s) bu kəlamı haqqında nə deyirsiniz ki, buyurub: "Sən və malın atandandır”. İmam (ə) buyurur: "O kişi atasını Peyğəmbərin (s) yanına gətirir və deyir: "Ya Rəsullah! Atam, anamın mirasında mənə zülm etdi”. Bu, o halda idi ki, atasının yanında heç bir mal yox idi. (Sizin nəzərinizcə) Peyğəmbər (s) atanı övladının faydasına görə zindanlıq etməliydi?”.

İmam Rza (ə) atanın ölümündən sonra dua etməyi tövsiyə edir: "Belə nəql edilir ki, hər kim atası həyatda olan zaman ona yaxşılıq edər, ancaq öləndən sonra ona dua etməzsə, Allah onu "qəti-rəhm” (sileyi-rəhmi kəsən) adlandırar”.

İmam Baqir (ə) buyurur: "Hər kim valideynlərinin hər ikisi həyatda olan zaman onlara yaxşılıq edərsə, ancaq öləndən sonra borclarını verməzsə, onlar üçün tövbə etməzsə, Allah onu ağvalideyn ağ hesab edəcəkdir”.

Əgər valideynlərimiz sağdırsa, onlara yaxşılıq edək, əgər vəfat ediblərsə, onlara dua etməyi yaddan çıxartmayaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 719 | Downloads: 0 | Comments: 1 | Rating: 3.0/1
Total comments: 1
0  
1 EHLI-BEYT_ASIQI   (2012-12-22 7:57 PM) [Daxil et]
allah razi olsun.allah seytana lenet etsin valideynernen bizlerin arasinada tesfis yaradir yeni ara vurur.allah bizleri qorusun seytan hiylesinen inseallah devil devil devil

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]