Cümə günü, 2024-04-26, 0:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əmr be-məruf və nəhy-əz-munkərin əhəmiyyəti barədə
2013-01-22, 7:29 PM
Əmr be-məruf və nəhy-əz-munkərin əhəmiyyəti barədə


(İslami saytlara istinadən)

 Hər bir müsəlmanın müəyyən öhdəlikləri vardır. Belə ki, müsəlman gərək ətrafında baş verənlərə qarşı bəsirətli olsun. Əmr be-məruf və nəhy-əz-munkər müsəlmanın ictimai təfəkkürünün mühüm hissəsi hesab edilir. Bu mühüm dini vacibatlarındandır ki, müsəlman ona əməl etməlidir.

Quran ən üstün möminin sifətlərini bəyan edərkən, buyurur: "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər”. ("Tövbə” 71).

Bu ayədən göründüyü kimi, müsəlmanlar bir-birinin vəziyyəti ilə maraqlanmalı və bir bədən halına gəlməlidirlər. Bir müsəlmanın yolunu azması bütün cəmiyyətə təsir qoyur. Necə ki, bir xəstəlik əgər müalicə olmazsa, cəmiyyətə sirayət edər, onun sağlamlığını təhlükəyə salar.

Həzrət Peyğəmbər (s) bu hadqa buyurur: "İnsanların arasında olan bir günahkar ona bənzər ki, agahsız bir gəmiyə minmişdir və bu gəmi dənizin ortasında dayanmışdır. Beli götürüb öz yerində deşik açmaq istəyir. Ona etiraz edənlərin cavabında deyir ki, mən öz payım olan yerdə bu işi görürəm. Əlbəttə, bu ağılsızcasına bir söz olardı. Əgər başqaları onu bu təhlükəli işdən saxlamasalar, çox çəkməyəcəkdir ki, hamı batacaqdır”.

Əmr be-məruf və nəhy-əz munkər bir-birinin əksi olan iki sözdür. O işlər ki, ağıl və din vasitəsilə tanınmışdır, məruf və munkər adlandırılır. Yəni dinin olmalı və olmamalıları. İnsanın pak fitrəti məruf işlərlə tanış, çirkin əməllərə isə biganədir. Ona görə də mərufun və munkərin mənası genişdir. Bir neçə kəbirə günahlara sığmır. Məruf: etiqad, əxlaq, ibadət, hüquq, iqtisadi, hərbi, siyasi və mədəni məsələlərə şamil edilir. Munkər də bu saydıqlarımızın munkərinə şamil edilir.

Əmr be-mərufun və nəhy-əz-munkərin şəraiti:

1. Əmr be-məruf və nəhy-əz-munkər edən bilməlidir ki, əgər bu əməli qarşı tərəfə təsir etmirsə, onu etməyi vacib deyildir.

2. Məruf və munkər edən bilməlidir ki, qarşı tərəf hələ də öz günahında sabit qalmışdır. Əgər bilsə ki, günahını tərk etmişdir, onu təkrar etməyəcəkdir, ona məruf və munkər etməsi vacib deyildir.

3. Məruf və munkər edən bilməlidir ki, qarşı tərəfdən ona və ya qohumlarına bir zərər toxunmayacaqdır. Ancaq əgər munkər etdiyi bu iş İslamın müqəddəs məsələlərindən olsa, dini hifz etmək, müsəlmanın namusunu və ya canını qorumaq kimi - o zaman onu etməlidir.



Əmr be-mərufun və nəhy-əz-munkərin növləri:

1. O şey ki, ağıl və dini cəhətdən yerinə yetməsi vacibdir və tərk edilməməsi isə çirkin və bəyənilməyəndir. Onu etmək vacibdir.

2. Məruf və ya munkər etdiyin əməl əgər müstəhəblərdəndirsə, bu zaman onu etməyin müstəhəb olar.



Onu da qeyd etmək lazımdır ki, bu vacibatı yerinə yetirən zaman qəsdi qürbət niyyəti etmək vacib deyildir. Ancaq qəsdi qürbət etməyin xüsusi savabı vardır.



Əmr be-mərufun və nəhy-əz-munkərin mərhələləri

Bu əməlin ilk təsirli yolu məruf və munkər edənin özünün təqvalı və əxlaqlı bir insan olmasıdır. "Cəvahir”in sahibi yazır: "Əmr be-mərufun və nəhy-əz-munkər edənlərin ən təsirlisi odur ki, gözəl əməl libasını geyinsin, vacib və müstəhəb işlərdə qabaqda gedənlərdən olsunlar. Çirkin əməl libasını bədənlərindən çıxartsınlar. Nəfsini ali əxlaqla təkmilləşdirsin və çirkin əxlaqdan pak olsun ki, bunun özü insanların mərufa və munkərə qarşı meyl etməsi üçün ən kamil səbəbdir”.

Bu mühüm vəzifə üçün üç mərhələ nəzərdə tutulmuşdur:

1. Qəlbi ikrahı bəyan etmək. Məruf və munkər edən insan qəlbindəki narahatlığını bəyan etməlidir. Qarşı tərəf bilməlidir ki, hansısa mərufa əməl etməli, hansısa munkəri tərk etməlidir. Bunun üzün mimikaları, arxa çevirmək kimi hərəkətlərlə bəyan edə bilər. Ya get-gəli kəsə bilər.

2. Əmr və nəhyi sözlə bəyan etmək. Əgər birinci mərhələdən nəticə alınmırsa, bu zaman ikinci mərhələdən istifadə etmək lazımdır. Əgər insan ehtimal versə ki, moizə edərək, nəticə ala biləcək üçüncü mərhələyə keçməsin.

3. Əməl təsiri etmək. Əgər əvvəl bəyan edilən iki mərhələ nəticə vermirsə, bu zaman əməldən istifadə etmək olar. Yəni, onu günahdan saxlamaq üçün hərəkət etmək olar. Bu mərhələdə də ən yüngülündən başlamaq lazımdır.

Sonda deyə bilərik ki, əmr be-məruf-nəhy-əz-munkər dinin bədənində cərəyan edən qana bənzəyir. İslam dininin həyatına zəmanət verən bir əməldir. Bunun bariz nümunəsi İmam Hüseyndir (ə).

Allah Təala bizləri səmimiliklə əmr-be-məruf və nəhy-əz-münkər edənlərdən qərar versin.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]