Şənbə günü, 2024-04-20, 9:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Kobudluq insanı cəhənnəm əhli edər
2013-01-14, 7:28 PM

Kobudluq insanı cəhənnəm əhli edər

 Kobudluq elə rəzil bir sifətdir ki, bizim dünya və axirətimizi bada verər. Məsumlar (ə) həmişə bu xislətə qarşı çıxmış və onu tənqid etmişdilər. Müasir dövrdə "hövsələm yoxdur” cümləsinə tez-tez rast gəlmək olur. Bəzən yorğunluq və ya çox məşğul olduğumuz üçün ətrafdakıları bu cümlə ilə incidir və qəlblərinə toxunuruq. Halbuki bunun kimi cümlələrin bizi cəhənnəmə aparacağını bilmirik.

Həzrət Peyğəmbər (s) buyurur: "Pis əxlaqlı olmaq və kobud xasiyyət əməli fasid edir, necə ki, sirkə balın şirinliyini edir”.



Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlmana iki sifət rəva deyildir: paxıllıq və pis əxlaqlı olmaq”.



Hədislərin birində deyilir: "O günahlar ki, pərdəni paralayar: qaytarmaq niyyəti olmadan borc almaq, xərcləyən zaman israf etmək, ailədə,

qohumlar arasında paxıllıq və pis əxlaqlılıq, səbirsizlik, süstlük və dindarları yüngül insan hesab etmək”.



İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "Allahın pis əxlaqa malik olan insanın tövbəsindən kərahəti olar”. Soruşdular ki, bu necə ola bilər? Həzrət (s) buyurdu: "(Çünki) o zaman ki, günahdan tövbə edər, əvvəlki günahdan da böyük günahda olar””.



Həzrət Peyğəmbər (s) buyurur: "Sizə hüsnü əxlaqı tövsiyə edirəm, çünki xoş əxlaq şübhəsiz behiştdədir. Pis əxlaqlı olmaqdan çəkinin ki, şübhəsiz cəhənnəmdədir”.

Peyğəmbərimizin (s) bu xəbərdarlığını ciddi qəbul edək. Əgər biz gün ərzində ətrafdakılarımıza etdiyimiz kobud rəftardan əl çəkməsək, şübhəsiz ki, cəhənnəmdə özümüzə yer hazırlamış olarıq.

Hər bir rəzil sifətin əksi olan xoş əxlaq sifətləri vardır. Əgər cəhənnəmdən qurtulmaq istəyiriksə, xoş əxlaqa tərəf meyl edək və yolumuzu behiştə salaq.

İmam Sadiqin (ə) tərəfdaşlarından biri sual verir ki, xoş əxlaq nə deməkdir? Həzrət (ə) belə cavab verir: "İnsanlarla yumşaq və mehribancasına rəftar edəsən, sözünü pakizə edəsən. Qardaşını xoş üzlə qarşılayasan”.



Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin çox hissəsinin behiştə daxil olmasının səbəbi - təqvası və xoş əxlaqıdır”.



İmam Əli (ə) buyurur: "Sizlərdən iman baxımından ən kamili o kəsdir ki, əxlaqı gözəl olsun”.



Həzrət Peyğəmbər (s) buyurur: "Pis əxlaqdan çəkin ki, bu əməl sahibini cəhənnəm atəşinə giriftar edər”.

Bəziləriniz deyə bilər ki, indiki zamanda insanda əsəb qalır ki, səbrli olsun?! Xoş əxlaq olsun. Bəli, bəzi şəraitlər insan ruhuna və canına əziyyət verir və onu rahat buraxmır. Ancaq bu məsələyə diqqət etməliyik ki, bu xoşagəlməz hadisələrə dözmək və səbir etmək bizim üçün İlahi bir imtahandır. Qarşıda bizi axirət gözləyir. Biz əgər bu xoşagəlməz hadisələrə qarşı səbirsizlik edib, axirətimizi yandırarıqsa, onda müsəlman olmağımızla fəxr edə bilmərik. Biz müsəlmanıq və xoş əxlaq bizə Peyğəmbərimizin (s) yadigarıdır. Biz bu yadigara və Həzrətin (s) qoyub getdiyi məktəbə arxa çevirsək, özümüzə zərər vurmuş olarıq.



Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Sənə bir şeyi tövsiyə edirəm ki, onu hifz et. Əgər bu tövsiyəmi hifz etsən, daima xeyr və yaxşılıqda olarsan. Ey Əli! O kəs ki, qəzəbini yatızdırar, Allah Qiyamət günü ona təhlükəsizlik və iman verər ki, dadını hiss edər”.



Həzrət (s) başqa yerdə buyurur: "O zaman ki, əsəbləşdin, sükut et”.

Əgər əziz Peyğəmbərimizin (s) bu tövsiyəsinə əməl etsək, şübhəsiz ki, xoş əxlaqa malik ola bilərik.

Həzrət (s) başqa yerdə başqa bir tövsiyə verir: "O zaman ki, sizlərdən biri qəzəblənər, soyuq su ilə dəstəmaz alsın, çünki qəzəb atəşdəndir”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 884 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]