Cümə günü, 2024-04-26, 8:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həqiqi ariflərin 33 xüsusiyyəti
2013-01-30, 7:05 PM
http://gunahkar-bende.ucoz.org/_ld/16/74749585.gifHəqiqi ariflərin 33 xüsusiyyəti
İmam Əli (ə) "Nəhcul-bəlağə”də ariflərin 33 xüsusiyyətini bəyan etmişdir ki, onlara işarə edək:



1. Allahın ən sevimli abidi o kəsdir ki, Allah ona özünü tanımaqda və özünü qurmaqda yardım etmişdir.



2. Allahın sevimli olan insanın paltarı qəmdən və Allah qorxusundan olan libasdır.



3. İnsanın özünü tanıması və qurması onu Allahın ən sevimli məqamına çatdırar. Hidayət nuru batinlərində olar.



4. Bu Allah bəndəsi onu qabaqda gözləyən günə hazırlaşar.



5. Ona uzaq görünəni, özünə yaxınlaşdırar.



6. Ruzigarın rəngarəng müsibətlərini asan hesab edər.



7. Bu dünyaya olan baxışı güclüdür.



8. Allahı çoxlu zikr edər.



9. Haqq və həqiqət həyatının bulağından su içər.



10. Bu həyat suyuna girişi hamar edər.



11. Bu həyat bəxş edən sudan içdiyi ilk qurtum yolunu aydınlandırar.



12. Şəhvət libasını əynindən çıxardıb atar.



13. Hər bir qəmdən uzaq olar.



14. Məhvedici baxışlardan nicat tapar.



15. Həyatda havapərəstlərlə şərik olmaz.



16. Allahın bu sevimli bəndəsi hidayət qapısını açan və həlakət qapılarının qıfılıdır.



17. Getməli olduğu yolu bəsirət gözü ilə müəyyən edər, yollarının üzərinə sancılan İlahi məşəlləri tanıyar, yolunun eniş və yoxuşlarını arxada

qoyar.

18. Bu cür insan insani və İlahi dəyərlərə qarşı müharibə elan etmişdir.



19. Batinində yaranan yəqinlik günəş nuruna bənzəyir. Hər şeyə nur saçıb, aydınlandırar.



20. Nəfsi ancaq Allaha aid olan işlərlə məşğul olar. Nəticədə əməli onunla bağlı olan hər bir hadisədə kamala çatmağını biruzə verər.



21. Allahın bu bəndəsi dünyanın zülmətində nurlu çıraq və qaranlıqları açandır.



22. O, müşkülləri açmaq üçün açardır.



23. Həyat karvanına rəhbərlik edər.



24. Dediyi sözü hamı başa düşər.



25. Sükut etməli olduğu yerdə susar.



26. Rübubiyyət məqamında ixlaslı olar.



27. Allahın bu bəndəsi İlahi din mədənidir.



28. O, yer üzündə insanlıq dəyərlini qoruyandır.



29. Haqqı və həqiqəti yayar, özü ona əməl edər.



30. Ədaləti nəfsinə hakim etmişdir, ilk ədaləti və qəzavəti nəfsindəki çikin havayi-nəfsi aradan qaldırmaqdır.



31. Xeyir və kamal üçün heç nəyi əldən verməz.



32. İlahi cazibəyə o qədər bağlıdır ki, güman və ehtimal halında ona qovuşmaq üçün hərəkət edər.



33. İpini Allah Kitabına vermişdir. O, İlahi kitabı özünə rəhbər və yol göstərən seçmişdir.



Ey Allahım! Sən bütün xəlq etdiklərinə qarşı çox mehriban və qayğıkeşsən! Bir iradənlə hər şeyə qadirsən! Bu aciz yer əhlinə inayət et, cəhalət,

günah və üsyan zillətindən bizlərə nicat ver!



(Erfan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 700 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]