Cümə günü, 2024-04-19, 7:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Vəsvəsə ilə mübarizə aparmaq lazımdır
2013-01-23, 11:56 AM
Vəsvəsə ilə mübarizə aparmaq lazımdır

 O kəs ki, ibadət, qeyri-ibadət, ictimai və fərdi məsələlərində mötədillik həddini aşarsa, vasvasıdır. Bu, müsəlman üçün təhlükəli bir vəziyyətdir. Bu da xəyal qüvvəsinin güclü olmasından irəli gəlir. Ağıl ona hakim olmaq yerinə, xəyal qüvvəsi fəaliyyətə başlayır. Belə olan halda şeytan onu ələ keçirir. Bu hiss vasitəsilə onu məhvə doğru sürükləyir. Dünya və axirətini bərbad edir. Ona görə də həm ağıl və həm də din bizə deyir ki, şeytanın vəsvəsələrinə qulaq asmayaraq və ona qarşı laqeyd qalaraq, vəsvəsəyə qalib gələk.


Vasvası insan bilməlidir ki, onun iki yolu vardır: biri odur ki, şeytana itaət edər və onun dediklərini edər. Bu zaman dünya və axirətimizi hədərə vermiş olarıq. Biri də odur ki, Mehriban Allaha itaət edər və dünya və axirətdə rahatlıq tapar. Allah buyurur ki, insan şəklərinə etina etməməlidir.

Mərcəyi-təqlidlər bizə məsləhət görür ki, şəklərimizə əməl etməyək. Normal insanlar kimi olaq. Əks halda etdiyimiz ibadətlərimiz batil olar. Bunun da ən faydalı yolu - etinasızlıqdır.

Dünyada olan hər şey pakdır, ancaq dinin buyurduğu bəzi istisnalardan başqa. Vəsvəsə edən şəxs gərək hansısa möcüzəni gözləməsin. Öz səliqə və baxışlarını kənara qoyub, dini hökmlərə əməl etsin. O şeyin ki, nəcis olmasına yəqinliyi yoxdursa, onu nəcis hesab etməsin. Siz haradan bilirsiniz ki, divarlar, qapılar və hətta səccadə belə nəcisdir? Ayağınız və ya əliniz ona dəyən kimi nəcis olur? Bu zaman öz vəsvəsənizə etina etməyiniz caiz deyildir. Bir müddət bu məsələlərə laqeyd qalmağa çalışın və bu, sizə yardım edəcəkdir.

Beləliklə, deyə bilərik ki, əgər müsəlman öz dini vacibatlarını vəsvəsə ilə yerinə yetirirsə, bütün zəhmətləri hədərə gedə bilər. Şeytanın pıçıltılarına qulaq asmaq yerinə, Allahın bizi hidayət etdiyi yolla gedək ki, xilas olmuşlardan olaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 709 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]