Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Qidalanmanın əxlaqa birbaşa təsiri var
2013-01-15, 6:45 PM | |
Lap qədim zamanlardan qidalanmanın insan əxlaqına təsir etdiyi sübut edilmişdir. Qan tökməyi qəlbin daşlaşması ilə bağlayırdılar. Bu əqidədə idilər ki, sağlam ağıl ancaq sağlam bədəndə olur. Quranda da buna aid ayələr vardır. Belə ki, Allah buyurur: "Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir”. ("Maidə” 41). Sonrakı ayədə buyurur: "Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir”. (42). Bu ayələrdən görünür ki, qəlblərinin çirkinliyi İlahi ayələri inkar etdiklərinə və haram mal yediklərinə görə olmuşdur. Ona görə də deyə bilərik ki, haram mal yemək qəlbi qaraldar və insana rəzil xüsusiyyətləri aşılayar. Allah Təala buyurur: "Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm”. ("Muminun” 51). Alimlərin nəzərinə görə pak yemək yeməklə gözəl əməllər görmək arasında rabitə vardır. Pak yeməklər ruhu da pak edər. Napak olan qidalar isə ruhu qaradar və xoşagəlməz əməllərə səbəb olar. Hədislərə müraciət edən zaman da bunun şahidi oluruq. Bu hədislərdə deyilir ki, insanın duadan uzaqlaşmağının səbəblərindən biri də qidalanma tərzidir. Yəni, yediyi qidaların halal olmamasıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Yeməyini pak et və haram yeməkdən çəkin”. Haram tikə qəlbin qəsavətinə, namazın qəbul olmamasına, duanın qəbul olmamasına səbəb olar. Bu elə məsələlərdəndir ki, insanın mənəvi inkişafı ondan asılıdır. Məsumlardan (ə) nəql edirlər: "O kəs ki, 40 gün ət yeməyi tərk edər, əxlaqı pis olar”. Bu hədisdən görmək olur ki, ətdə elə maddə vardır ki, əgər insan uzun müddət onu yeməsə, ruhuna və əxlaqına mənfi təsir qoyar. Əlbəttə heyvan ətindən çoxlu istifadə edilməməsi də tövsiyə edilir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Siz lazımdır ki, zeytun yağından istifadə edəsiniz, çünki insan əxlaqını gözəl edir”. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "O kəs ki, qəzəbinin az olmasını istəyir, turac əti yesin”. Bu hədisdən aydın görmək olur ki, qidalanma ilə əxlaqın birbaşa rabitəsi vardır. İmam Sadiqdən (ə) soruşurlar ki, niyə Allah qanı haram buyurmuşdur? Həzrət (ə) belə cavab verir: "Allah ona görə qanı içməyi haram buyurmuşdur ki, dəliliyə, qəlbin daşlaşmasına, mehribançılığın az olmasına səbəb olar. Hətta mümkündür ki, övladını və valideynlərini qətlə yetirsin”. Həzrət (ə) başqa yerdə buyurur: "Amma Allah şərabı fəsad təsirinə görə haram buyurmuşdur. O şəxs ki, həmişə şərab içir - bütpərəst kimidir. Bədəni titrəyər, mənəviyyat nuru aradan gedər, şəxsiyətini viran edər”. İmam Sadiqdən (ə) gələn bu hədisdə oxuyuruq: "İlahi peyğəmbərlərdən (ə) biri qəm-qüssədən Allaha şikayət edir. Allah ona əmr eidr ki, üzüm yesin”. Həzrət (ə) başqa yerdə buyurur: "O kəs ki, ac qarına bir narı yeyər, 40 gün qəlbi nurani olar”. Həzrət Peyğəmbər (s) Cəfərə (ə) buyurur: "Ey Cəfər! Heyva ye ki, qəlbi inkişaf etdirər və qorxağı şücaətli edər”. İmam Əli (ə) buyurur: "Bal - bütün xəstəliklərin şəfasıdır. Qəlbə səfa bəxş edər”. Ona görə də deyə bilərik ki, yediyimiz yeməklərə diqqət edək və Allah Təalanın Məsumlar (ə) vasitəsilə bizə məsləhət bildiyi yeməklərdən və meyvələrdən bəhrələnək və istifadə edək ki, həm qəlbimiz səfalı olsun və həm də əxlaqımız gözəl olsun. (Tebyan/Deyerler.org) | |
Views: 688 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |