Main » Files » Nəsihətlər |
Entries in section: 68 Shown entries: 1-50 |
Pages: 1 2 » |
Digər tərzdə olan hədislər ◘Allah-təala Peyğəmbərə (s) vəhy edib buyurdu: "Ey Məhəmməd! Dünyada Məndən ötrü sevimli olan üç şey var; şakir qəlb, zakir qəlb, bəla və müsibətlər qarşısında sabir olan bədən.”
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 1003 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-08-14
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Üç şey insanı xarab edər; əhd-peyman sındırmaq, sünnəyə müxalif olmaq və müsəlmanlardan uzaq gəzmək.Üç şey də insanın nicat tapmasına səbəb olar; dili saxlamaq, günahlardan ötrü ağlamaq və fitnə zamanı evdə oturmaq. ◘Üç dəstə insan var ki, sən onlara əziyyət etməsən də onlar sənə əziyyət verərlər; (ləyaqətsiz) qadınlar, nökərlər,
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 899 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-08-14
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri ◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 938 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-08-14
| Reytinq: 0.0/0
| Serhler(0)
|
İmam Sadiqdən (ə) nəql olunan hədislər ◘Üç
kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və
əziz ömrünü Allaha itaətdə keçirən qoca. Üç kəs də ki, hesabsız
cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca. ◘Qiyamət
günü Allah mömindən üç şeyin hesabını çəkməz: Yediyi yeməyin, geyindiyi
paltarın və həyatı boyu ona kömək edən və onu haramdan qoruyan qadının.
(Əlbəttə, bunların halaldan olduğu halda.)
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 841 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiə və sünnilərin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər ◘Mədinənin
fəqihi olan Malik ibn Ənəs (Əhli-sünnənin dörd məzhəbindən birinin
imamı) deyir: "Mən İmam Sadiqin (ə) xidmətinə gedirdim. O, mənim üçün
mütəkkə qoyur və ehtiram edərək deyirdi: "Mənim səndən xoşum gəlir.” Mən
bu lütfdən çox xoşhal olur və Allaha şükür edirdim. O Həzrət həmişə üç
haldan birində olurdu; ya oruc tuturdu, ya namaz qılırdı, ya da zikr
edirdi.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 787 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sair imamlardan (ə) nəql olunan hədislər ◘İmam
Riza (ə) buyurur: "Bir gün Əbu Hənifə (Əhli-sünnə məzhəblərindən
birinin imamı) İmam Sadiqin (ə) hüzurundan qayıdırdı. Yolda Musa ibn
Cəfər ilə (ə) rastlaşdı. Ərz etdi: "Oğul! Günah kimin tərəfindəndir?”(Bu
sual "cəbr və ixtiyar” məsələsi barəsində idi. Bu mövzu əsrlər boyu
İslam mütəkəllimlərinin mübahisəli məsələlərindən biri olmuş, bir qrup
mütəkəllim Allaha layiq olmayan şeylər aid etmiş, bir qrupu da Allahın
bəndələrin işlərinə müdaxiləsini tamamilə inkar etmişdir.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 773 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Peyğəmbər
(s) buyurub: "Qiyamət günü mən bütün insanların günahlarını etmiş
olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən
kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən
kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə
onları müdafiə edən kəsə.” Bu hədisi Əli (ə) nəql edib.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 824 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər ◘Sözlərin ən yaxşısı dörddür: "Sübhanəllah” ; "Əl-həmdu lillah”, "La ilahə illəllah”, "Allahu əkbər.” ◘Mənim
və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz "la ilahə illəllah”
kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, təzim, şirinlik və
ehtiramla yanaşı tələffüz etməlidir. ◘Allah dörd şeyi dörd şeydə qərar
verib:
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 732 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Əmirəl-möminindən (ə) nəql etdikləri hədislər ◘Dinin
möhkəm qalması dörd kəsdən asılıdır: Öz elminə əməl edən dilli-dilavər
alim, öz var-dövlətindən qohum-əqrəbasına paylayan dövlətli, öz
axirətini dünyasına satmayan fəqir və elm öyrənməkdən ötrü təkəbbür
etməyən cahil. Bəs elə isə alim öz elmini yaymasa, dövlətli xəsislik
etsə, fəqir axirətini dünyasına satsa və cahil də elm öyrənməyə təkəbbür
etsə dünya geri dönər (yəni, cahiliyyət dövrü yenidən başlayar). Həmin
zaman məscidlərin çoxluğuna və orada olan qəlbləri bir-birindən uzaq
olan insan kütlələrinə aldanmayın.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 743 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-29
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər ◘Hər
kəsə dörd tövfiq verilsə dörd şeydən məhrum olmaz: Hər kəsin dua etməyə
halı olsa duanın müstəcab olmasından naümid olmaz. Hər kəs istiğfar
etmək tövfiqi qazansa tövbədən bəhrələnər, hər kəs şükür etmək səadətinə
qovuşsa nemətin çoxluğundan məhrum edilməz və hər kəs səbirli ruha
malik olsa əcr və savabdan binəsib olmaz.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 791 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər ◘İmam
Məhəmməd Baqir (ə) buyurub: "Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil,
günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri
odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət
etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında
və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi
və övladlarına qarşı xoş xasiyyət olsun.”
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 868 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Alim və hikmət sahiblərinin dediklərindən ◘Hamid
deyir: "Dörd şeyi dörd yerdə axtardıq tapmadıq, sonradan başqa dörd
yerdə tapdıq: Ehtiyacsızlığı sərvətdə axtardıq, qənaətdə tapdıq, izzəti
əsil-nəcabətdə axtardıq, təqvada tapdıq, rahatlığı var-dövlətdə
axtardıq, az malda tapdıq, neməti paltar, yemək və s. istəklərdə
axtardıq, bədənin sağlamlığında tapdıq.”
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 831 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 2.0/1
| Serhler(0)
|
Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər ◘Ərəblə
əcəm dörd şey barəsində müttəfiqdirlər; ürək tab gətirmədiyi şeyi öz
üzərinə alma, var-dövlətə görə məğrur olma, qadına arxayın olma və bir
də bihudə iş görmə. ◘Alimlər
dörd kitabdan dörd cümlə seçiblər; Tövratdan "Qənaətcil adam tox olar”,
Zəburdan "Sükut edən salamat qalar”, İncildən "Çəkilib bir küncdə
oturan nicat tapar”, Qurandan "Allaha tərəf gedən hər bir kəs hidayət
olub.”
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 736 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Fars filosoflarının hikmətli sözləri ◘Dörd
şey dörd şey almamış yoluna düşməz; səltənət ədalət olmazsa davamlı
olmaz, dost olmadan düşməni məhv etmək olmaz, camaatın sevgisini
qazanmaq təvazödən başqa bir şeylə müyəssər olmaz, hədəflərə çatmaq da
səbirdən başqa bir şeylə mümkün olmaz.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 834 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Beş
şey əməl tərəzisini qat-qat ağırlaşdırar: "Subhənallah”, "Əlhəmdu
lillah”, "La ilahə illəllah”, "Allahu Əkbər” və Allah xatirinə saleh
övladın ölümünə səbr etmək. ◘İslamın əsası beş şeydən ibarətdir: "La ilahə illəllah”, namaz, zəkat, həcc və Ramazan ayının orucu.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 746 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Hər
kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz gəlməyən
dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz gəlməyən
mənafeyini, qohumlarla düz gəlməyən alicənablığını, həyat yoldaşı ilə
düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 708 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-07-18
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri hədislər ◘Əli (ə) barədə mənə beş imtiyaz verilib ki, onları dünyadan və dünyada olanlardan daha artıq sevirəm: 1) Bəndələrin əməl və xüsusiyyətləri barədə olan Allahın kitabı bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır. 2) Qiyamət günü həmd bayrağı onun əlində olacaq. 3) "Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə sirab edəcək.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 782 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-06-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Həzrət Əlidən (ə) nəql olunmuş hədislər ◘Beş
şey olmasaydı, insanlar hamısı saleh və ləyaqətli olardılar; nadanlıq
və savadsızlığa qane olmaq, dünya hərisliyi, bolluqda simiclik, riya və
ikiüzlülük, öz rəy və fikirlərində xudpəsəndlik. ◘Mən
dili saxlamaqdan gözəl dostluq, təqvadan gözəl libas, qənaətdən dəyərli
dövlət və mərhəmətli və mehriban olmaqdan gözəl ehsan və səbrdən də
dadlı yemək görmədim.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 974 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-06-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
İmam Sadiqdən (ə) nəql olunan hədislər ◘Beş
şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən
mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət. ◘Beş
şeyə heç kəs etiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt
ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi,
ağılsızın da alicənablığı olmaz.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 760 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-06-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sair imamlardan (ə) olan hədislər ◘İmam
Məhəmməd Baqir (ə) buyurub: "İslamın beş əsası var; namaz, zəkat, həcc,
ramazan ayının orucu, biz əhli-beytin vilayətini və dostluğunu qəbul
etmək. Bunlardan dördü müəyyən hallarda rüsxətlidir. Yəni, fəqirə zəkat
düşmür, imkanı müəyyən həddə çatmayan həccdən azaddır, xəstə adam
namazını oturduğu halda da qıla bilər və oruc tutmaya bilər. Lakin
vilayət heç kəsin boynundan götürülmür. Bu xəstəyə də, sağlama da,
varlıya da, yoxsula da vacibdir.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 740 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-06-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Dahilərdən mənalı sözlər... "Yaxşı adam" dediyimiz, özümüzə ən çox bənzəyəndir. ******* İnsan heyrəti, ölçüsündə müdrikdir. ******* Elmsiz din kor, dinsiz elm isə topaldır.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 1447 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-06-03
| Reytinq: 5.0/1
| Serhler(0)
|
Meracnamədən olan hədislər ◘Allah-təala Peyğəmbərə (s) xitab etdi: "Ey Əhməd! Bilirsənmi ki, bir bəndə Allaha nə vaxt həqiqi ibadət edir? " Peyğəmbər (s) ərz etdi: "Xeyr, Pərvərdigara!” Allah-təala buyurdu: "Yalnız beş xüsusiyyətə yiyələndiyi halda; onu günahdan qoruyan təqvaya, boş-boş sözlərdən çəkindirən sükuta, hər gün ağlamağını artıran qorxuya, təklikdə onu
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 756 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-05-07
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Alimlər, zahidlər və filosofların dediklərindən ◘Bir alim deyib: "Təqvalı insanın beş əlaməti var: 1) Dinini islah etməkdə ona kömək edənlərdən başqa heç kəslə oturub-durmaz. 2) Öz dilini və şəhvətini idarə edər. 3) Dünyanın böyük bəla və müsibətlərini günahın cəzası bilər və dinə aid olan kiçicik bəlaya görə qəmgin olar.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 787 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-05-07
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Müxtəlif məsələlər ◘Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı: 1) Oğlu olmayanın gözünün nuru yoxdur. 2) Qardaşı olmayanın bazu sümüyü yoxdur. 3) Evlənməyən ləzzət nə olduğunu bilməz. 4) Pulu olmayanın məqamı olmaz.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 819 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-05-07
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Dini aforizmlər Dua etdiyinizdə çox şey istəyin, çünki, verəcəyi heç bir şey Alllaha ağır gəlməz… Ağıl kamillik mərtəbəsinə çatanda danışıq qısalar. "İmam Əli" Yalan bu dünyada rüsvayçılıq, axirətdə isə günahdır. "İmam Əli"
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 1032 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-04-19
| Reytinq: 5.0/1
| Serhler(0)
|
Peyğəmbərdən (s) nəql olunan hədislər ◘Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 749 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Beş dəstə insan beş əmələ görə cəhənnəmə gedər; padşah zülmünə görə, çöl-biyaban camaatı təəssübünə görə, kənd sahibləri yalanlarına görə, tacirlər xəyanətlərinə görə, kəndlilər nadanlıqlarına görə və mütəfəkkirlər paxıllıqlarına görə.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 673 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Peyğəmbərin (s) Əliyə (ə) nəsihətləri ◘Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol. Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 863 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Əmirəlmöminindən (ə) nəql olunan hədislər ◘Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar; Allahı tanıyıb ona itaət etmək, şeytanı tanıyıb ona qarşı müxalifətçilik etmək, haqqı tanıyıb ardınca getmək, batili seçə bilib ondan uzaq gəzmək, dünyanı tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 752 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Sair imamlardan (ə) nəql olunan hədislər ◘İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar. Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə yalandan tərifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər, əslində isə onların içində imandan əsər-əlamət yoxdur.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 781 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Hikmət sahiblərinin, zahidlərin və abidlərin dediklərindən ◘Bir hikmət sahibi deyib: Altı şey nadanlıq əlamətidir; yersiz qəzəb, boş-boş danışmaq (yəni, faydasız sözlər işlətmək), yersiz bəxşiş, sirri açmaq, hər kəsə etibar etmək və dostu düşməndən seçə bilməmək. ◘Loğman öz oğluna vəsiyyətində deyib: Ey oğul! Sənə altı şey vəsiyyət edirəm. Bu altı şeydə əvvəldəkilərin və axırdakıların elmi xülasələnib:
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 797 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-03-16
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Peyğəmbərdən (s) nəql olunan hədislər ◘Əbuzərə nəsihətində buyurur: "Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa da haqqı de, qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə, Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma, "La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 799 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-02-10
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Peyğəmbərdən (s) nəql olunan əhli-sünnə hədisləri ◘Allah yolunda öldürülənlərdən başqa yeddi qrup insan da şəhid hesab olunur; ürək xəstəliyinə tutulan, yanmış, uçqun və dağıntı altında qalmış, suda batmış, plevrit (ağ ciyər qabığının iltihabı) xəstəliyindən ölən, vəba xəstəliyindən ölən və doğuş zamanı ölən qadın. (Yəni, Allah bu kəslərə şəhid olanların savabını əta edər.)
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 781 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-02-10
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Həzrət Əmirəl-möminindən (ə) olan hədislər ◘Mömin o kəsdir ki, qazancı halal, xasiyyəti gözəl, qəlbi sağlam olsun, malının artığını bağışlasın, artıq sözü saxlasın, camaat onun şərindən amanda olsun və özü də başqaları barədə insaflı davransın.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 793 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-02-10
| Reytinq: 0.0/0
| Serhler(0)
|
İmam Sadiqdən (ə) hədislər ◘Müəlla ibn Xənis deyir ki, bir gün Həzrət Sadiqdən (ə) soruşdum: Möminin mömin boynunda nə haqqı var? Buyurdu: Möminin mömin boynunda yeddi vacib haqqı var ki, əgər o bunlardan birini yerinə yetirməsə, Allahın vilayətindən xaric olmuş və Allaha itaətdən boyun qaçırmış hesab edilir.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 796 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-02-10
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Xatimə ◘Həzrət Riza (ə) buyurur: "Yeddi nəfər özünü məsxərəyə qoyub: Dildə istiğfar edib qəlbində peşman olmayan, Allahdan tövfiq istəyib özü isə çalışmayan, behişt arzusunda olub çətinliklərə səbr etməyən, cəhənnəm odundan Allaha pənah aparıb dünya ləzzətlərindən əl çəkməyən,
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 787 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-02-10
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Peyğəmbərdən (s) hədislər ◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız vermək, fəryad çəkənin dadına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, aca yemək vermək, susuza su vermək və yayın isti günlərində oruc tutmaq.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 848 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Həzrət Əmirəl-möminindən (ə) hədislər ◘Qəlbi aramlıqlar və ruhi hazırlıqla qılınmayan namazda xeyir yoxdur. Boş-boş və faydasız şeylərdən çəkindirməyən orucun da faydası yoxdur. Təfəkkür və düşüncəsiz oxunan Quranın faydası yoxdur. Təqvasız elmin heç bir xeyri yoxur. Eləcə də, səxavətsiz dövlət, günahdan çəkinilməyən xəlvət, davamsız nemət, ixlassız duanın heç bir faydası yoxdur.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 762 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-23
| Reytinq: 1.0/1
| Serhler(0)
|
İmam Sadiqdən (ə) hədislər ◘Bir nəfər Həzrət Sadiqə (ə) ərz etdi: "Siz bütün insanları adam surətində görürsünüzmü? " Həzrət cavab verdi: "Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır: 1. Dişlərini yumayan. 2. Dar yerdə bardaş qurub oturan. 3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən. 4. Heç bir məlumatı olmadan mübahisə edən.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 898 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-23
| Reytinq: 5.0/1
| Serhler(0)
|
Zahidlərin dediklərindən ◘Bir zahid bir qaziyə deyir: "Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: Danlaqdan qorxma, tərifə ürək bağlama, işdən çıxarılmaqdan qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə məlum olsa, onu bəyan etməkdən ötrü bir
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 735 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Dili qorumaq barədə ◘Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Quran oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 793 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-23
| Reytinq: 0.0/0
| Serhler(0)
|
İslam Peyğəmbər (s) Əbuzərə: "Əgər bu nəsihətə əməl etsən, dünya və axirət xeyri sənə təqdim edilər” İslam Peyğəmbərindən (s) bizə qalan dəyərli nəsihətlərdən biri də Əbuzərə etdiyi nəsihətdir. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "Sənə moizəni tövsiyə edirəm, intizarım budur ki, onu hifz edəsən, ona əməl edəsən. Çünki bu moizə bütün xoşbəxtlikləri əhatə edir. Əgər sən bu nəsihətə əməl etsən, dünya və axirət xeyri sənə təqdim edilər.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 776 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-22
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər ◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 786 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-02
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Əmirəl-möminindən (ə) hədislər
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 782 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-02
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Həm şiələrin, həm də sünnilərin nəql etdikləri hədislərdən ◘Həzrət Sadiq (ə) buyurub: "İslam Peyğəmbəri (s) doqquz şeydən ötrü zəkat qərar verib: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, inək, qoyun və dəvə.” ◘Harun ibn Həmzə deyir ki, bir gün həzrət Sadiqdən (ə) soruşdum: "Həzrət Musanın (ə) doqquz möcüzəsi hansılar idi?” Həzrət (ə) buyurdu: "Çəyirtkə, gənə, qurbağa, qan, tufan, dərya, daşı çatlatmaq, əsa və öz əli.”
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 758 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2013-01-02
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) ümmətə vəsiyyətləri Həzrət Peyğəmbər (s) buyurur: "Ya Əli! Sənə elə şeyləri sifariş edirəm ki, əgər onları yerinə yetirsən, davamlı olaraq, xeyir və xoşluqda olarsan. Ya Əli! Hər kim qəzəbini yatızdırar, h
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 907 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2012-12-26
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Peyğəmbərdən (s) hədislər ◘Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdıra
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 854 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2012-12-24
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər ◘Misvakı (dişlərinizi fırçalamağı) unutmayın. Çünki misvak on xüsusiyyətə malikdir: ağızı tər-təmiz və pakizə edər, Allahı razı salar, Şeytanı qəzəbləndirər, insana təhkim olunan mələklərin məhəbbətini cəlb edər, dişin ətini möhkəmləndirər, bəlğəmi dəf edər, ağızı xoş iyli edər, üzün sarılığını aparar, gözün nurunu artırar, dişlərin ağarmasına səbəb olar. Başqa bir hədisdə gəlmişdir ki, dişin çirkini aradan aparar və bu iş, Peyğəmbərin (s) sünnəsindəndir.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 800 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2012-12-24
| Reytinq: 0.0/0
| Serhler(0)
|
Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər ◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət etmək olmaz. Mömin də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini az olsa da, çox hesab etsin,
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 826 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2012-12-24
| Reytinq: 0.0/0
| Serhler(0)
|
İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqdən (ə) hədislər ◘Peyğəmbər (s) şərab barəsində on kəsə lənət edib: (şərab əldə etmək məqsədi ilə) ağac əkənə, ona qulluq edənə, üzümünü sıxana, şərabı içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu yeyənə.
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Baxis: 933 |
Yukle: 0 |
Elave etmis: Ənfal |
Tarix: 2012-12-24
| Reytinq: 0.0/0
| Serhler(0)
|
1-50 51-68