Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri hədislər
2013-06-23, 10:22 AM | |
Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri hədislər ◘Əli (ə) barədə mənə beş imtiyaz verilib ki, onları dünyadan və dünyada olanlardan daha artıq sevirəm: 1) Bəndələrin əməl və xüsusiyyətləri barədə olan Allahın kitabı bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır. 2) Qiyamət günü həmd bayrağı onun əlində olacaq. 3) "Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə sirab edəcək. 4) Məni kəfənə büküb, Allaha tapşıracaq (yəni, qəbrə qoyacaq). 5)
Onun paklıqdan sonra çirkaba bulaşacağı imandan sonra küfrə düşəcəyi
barədə zərrə qədər də olsun nə bir qorxum var, nə də bir narahatçılığım. ◘Həzrət
Əliyə (ə) etdikləri nəsihətlərində buyurur: Ey Əli! Beş şey qəlbi
öldürər; çox yemək, çox yatmaq, çox gülmək, çoxlu qəm-qüssə və haram
yemək. Bu, imanı da aradan aparır. ◘Beş
şey unutqanlığa səbəb olar; siçan yeyən bir şeydən yemək, üzü qibləyə
idrar etmək, axarı olmayan suya, yaxud da kül üzərinə idrar etmək, biti
diri halda yerə atmaq və haramçılıqla yaşamaq. ◘Beş şey qəlbi işıqlandırar: "İxlas” surəsini çox oxumaq, az yemək, alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək. ◘Beş
şey qəlbə səfa bəxş edər və qəsavəti aradan aparar; alimlərlə
oturub-durmaq, yetimin başına sığal çəkmək, gecə yarısı istiğfar etmək,
gecə az yatmaq və oruc tutmaq. ◘Ey
Əli! Beş şey gözün nurunu artırar: Kəbəyə baxmaq, Quranın xəttinə
baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir də axar suya
baxmaq. ◘Bir
qurtum şərab içən adamı Allah beş bəlaya düçar edər; qəlb bərkliyi,
Cəbrail, Mikail, İsrafil və bütün mələklərin bezarlığı, peyğəmbərlərin
bezarlığı və cəhənnəm atəşi. ◘Hər
kəs beş yerdə Allaha xəyanət etsə Qiyamət günü Allahın rəhməti ona
nəsib olmaz və aqibəti də cəhənnəm odudur; dəstəmaz, namaz, oruc, həcc
və zəkat. Hər kəs peyğəmbərlərin göstərişlərinə itaət etməsə Allaha
xəyanət etmiş hesab edilir və sonluğu da cəhənnəm əzabıdır. ◘Allah
beş qrup insana görə mələklər yanında fəxr edər; cihad edənlər,
fəqirlər, Allaha xatir alnını torpağa qoyan cavanlar, çoxlu sayda
minnətsiz infaq edən dövlətlilər və xəlvət yerdə Allah qorxusundan
ağlayan kəs. ◘Beş
şey beş kəsdə görünəndə daha gözəl olur; əməl alimdən, ədalət
padşahdan, səxavət varlılardan, səbr fəqirlərdən və həya da qadınlardan.
Əməlsiz elm tavanı olmayan otaq kimidir. Ədalətsiz padşah susuz arx
kimidir. Səxavətli olmayan dövlətli meyvəsi olmayan ağac kimidir. Səbri
olmayan fəqir işıq saçmayan çıraq kimidir. Həyasız qadın da duzsuz xörək
kimidir. ◘Hər
bir müsəlmanın digər müsəlman boynunda beş haqqı var; salama cavab,
xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, dəvətini qəbul
etmək, asqıran zaman ona "yərhəməkumullah” demək. ◘Əbuzər
deyir ki, Peyğəmbər (s) belə buyurdu: "Kimdir ki, mənim sözlərimi
öyrənsin və ona əməl etsin, yaxud da başqalarının əməl etməsindən ötrü
onlara öyrətsin?” Dedim:
"Mən!” Həmin vaxt Həzrət (s) əlimdən tutub mənim üçün beş şey saydı:
"Günahdan çəkin ki, insanların ən abidi hesab olunasan, Allahın
qismətinə razı ol ki, hamıdan daha varlı olasan, qonşuna yaxşılıq et ki,
mömin olasan, özün üçün istədiyin şeyləri başqaları üçün də istə ki,
müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi öldürər. ◘Uşaqları
beş şeydən ötrü çox istəyirəm; çox ağlayırlar, toz-torpağa bulaşırlar
(yəni, təkəbbürdən tamamilə uzaqdırlar), anlaşılmazlıq olanda kin
saxlamırlar, sabahdan ötrü ehtiyat saxlamırlar, tikirlər və sökürlər
(yəni, öz tikdiklərinə qarşı məhəbbətləri yoxdur.” ◘İmam
Hüseynə (ə) buyurub: "Vacibləri yerinə yetir ki, hamıdan təqvalı
olasan, Allahın qismətinə razı ol ki, hamıdan daha ehtiyacsız olasan,
günahdan çəkin ki, hamıdan daha zahid olasan, qonşunla xoş rəftar et ki,
mömin olasan və yoldaşınla da yaxşı davran ki, İslamın
şərtlərindəndir.” ◘Dünyanın
beş çətinliyi var; bir dirhəm də olsa borc, fəraq (uzaq düşmək), bir
xardal qədər də olsa dilənmək, bir mil də olsa səfər və qız, baxmayaraq
ki, bir dənədir. ◘İnsanların
ən simici odur ki, İslamdan simiclik etsin, ən tənbəli odur ki, bekar
oturub Allaha zikr demir, ən oğrusu odur ki, namazdan bəzi şeylər
oğurlayır və bu namazı köhnə əski parçası kimi necə gəldi büküb onun
üzünə vurarlar, ən zalımı odur ki, mənim adımı eşidib salavat demir, ən
bacarıqsızı da odur ki, dua etməkdə aciz olsun. ◘"Layiqli
elm” təhsilindən ötrü sərf olunmayan ömür hədərə gedib, xeyir işdən
ötrü sərf olunmayan elm batil olub, ixlasla yerinə yetirilməyən əməl
bərbad olub, davamlı olaraq qorunmayan ixlas zay olub, aqibəti xeyirli
olmayan davamiyyət də puç olub. Çünki hər bir əməlin xeyirli olub
olmamasının meyarı onun aqibəti ilə ölçülür. ◘Bilin ki, qəbir beş sözlə fəryad edir: 1) Ey Adəm övladı! İndi mənim belimdə gəzirsən, lakin son mənzilin bətnimdədir. 2) Ey Adəm övladı! Belimdə şadsan, lakin, bətnimdə qəmgin olacaqsan. 3) Belimdə günah edirsən, bətnimdə əzaba düçar olacaqsan. 4) Belimdə gülürsən, qarnımda isə ağlayacaqsan. 5) Belimdə haram yeməklər yeyirsən, bətnimdə isə oddan, atəşdən yeməklər yeyəcəksən. ◘Qəbrin beş nidası var: 1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin. 2) Mən ilanlar mərkəziyəm, özünüzlə onları zərərsizləşdirən vasitə gətirin. 3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin. 4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin. 5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin. ◘Nə
qədər ki, bir kəsdə beş xüsusiyyət cəm olmayıb heç vaxt imanı kamil
olmaz; Allaha təvəkkül, Onun qarşısında təslim, bəlaya səbr, Allahın
təqdirinə razılıq və camaatla mehribanlıq. ◘Möminin
beş əlaməti var; xəlvətdə də təqvalı olmaq, kasıb halında da sədəqə
vermək, müsibət və bəla zamanı səbr, qorxu zamanı düz danışmaq, qəzəb
zamanı mülayim olmaq. ◘Mal
toplamağın beş eybi, nöqsanı var; cəm etmək əziyyəti, Allahı yad
etməkdən qəflət, əldə edən zaman onu əldən vermək qorxusu, simiclik,
ləyaqətli və saleh insanlardan uzaq düşmək. Mal-dövləti xərcləməyin də
beş nəticəsi var; can rahatlığı, Allahı yad etməkdən ötrü asudə olmaq,
oğrudan və s. əldən vermə vasitələrindən olan qorxunun olmaması, kərim
və səxavətli insan kimi tanınmaq və saleh insanlarla dostluq. ◘Hər
kəs özünü göstərməkdən ötrü elm öyrənərsə dünyadan cahil kimi gedər,
hər kəs əməldən ötrü yox, danışmaqdan, söhbət etməkdən ötrü elm
öyrənərsə münafiq kimi ölər, hər kəs mübahisə və mücadilə etməkdən ötrü
elm öyrənərsə fasiq kimi can verər, hər kəs var-dövlət toplamaqdan ötrü
elm öyrənərsə dinsiz halda dünyadan gedər və hər kəs əməldən ötrü elm
öyrənərsə arif və Allahı tanıdığı halda dünyadan gedər. ◘Beş
şey axirət müsibətlərindəndir; namazı əldən vermək, alimin ölməyi,
səndən bir şey istəyəni naümid etmək, ata-anaya itaətsizlik etmək və
zəkat verməmək. ◘Beş şey də dünya müsibətlərindəndir; dostun ölümü, mal-dövlətin tələf olmağı, düşmənin məzəmməti, işləməmək və pis qadın. ◘Bir
kəs sübh namazını qılmadığı vaxt göydən bir mələk onu səsləyib deyər:
"Ey ziyankar!” Əgər zöhr namazını da qılmasa ona deyilər: "Ey
xəyanətkar!” Əgər əsr namazını da tərk etsə ona deyilər: "Ey günahkar!”
Əgər məğrib namazını da tərk etsə ona deyilər : "Ey kafir!” Elə ki, işa
namazını da tərk edər ona belə deyilər: "Səndə heç bir xeyir və fayda
yoxdur!” ◘Allah
qiyamət günü beş nəfəri öz ərşinin kölgəsi altında saxlayar; namaz
qılanı, zəkat verəni, oruc tutanı, Allah yolunda cihad edəni və Kəbənin
ziyarətinə gedənləri. | |
Views: 739 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |