Cümə günü, 2024-03-29, 0:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Əgər bu nəsihətə əməl etsən
2013-01-22, 7:26 PM
İslam Peyğəmbər (s) Əbuzərə: "Əgər bu nəsihətə əməl etsən, dünya və axirət xeyri sənə təqdim edilər”
İslam Peyğəmbərindən (s) bizə qalan dəyərli nəsihətlərdən biri də Əbuzərə etdiyi nəsihətdir.

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "Sənə moizəni tövsiyə edirəm, intizarım budur ki, onu hifz edəsən, ona əməl edəsən. Çünki bu moizə bütün xoşbəxtlikləri əhatə edir. Əgər sən bu nəsihətə əməl etsən, dünya və axirət xeyri sənə təqdim edilər.

Ey Əbuzər! Allaha elə pərəstiş et ki, sanki Onu görürsən. Əgər sən Onu görmürsənsə, O, səni görür.

Ey Əbuzər! Bil ki, Allaha ilk ibadət - Onu tanımaqdır. Həqiqətən, O, əvvəldir, Ondan əvvəl heç nə yoxdur. Yeganədir, Təkdir. Ona tay olanı yoxdur. O, qalıcı və cavidandır. O, yeri və göyləri və onun arasında olan hər şeyi xəlq etmişdir. Allah Alim və Mehribandır. Hər bir işə Qadirdir.

Ey Əbuzər! İnsanların bir çoxu iki nemətə görə aldanmışdılar. Onun qədrini bilmirlər. Biri sağlamlıq nemətidir və biri də boş vaxt nemətidir.

Ey Əbuzər! Beş şey səndən üz döndərməmiş, 5 şeyi qənimət bil. Cavanlığı qocalıqdan əvvəl, sağlamlığı xəstəlikdən əvvəl, güclülüyü pərişan olmazdan əvvəl, boş vaxtı giriftarlıqdan əvvəl və həyatı ölümdən əvvəl qənimət bil.

Ey Əbuzər! Bundan qorx ki, günah işlədən zaman ölümün çatsın. Bu zaman nə tövbə üçün yolun olar, nə də dünyaya yenidən qayıtmağa qadir olarsan. Nə varislərin qoyduğun irsə görə sənə təşəkkür edər, nə də Allah Təala sənin üzrünü qəbul edər.

Ey Əbuzər! O kəs ki, insanları aldatmaq üçün elm öyrənər, behiştin iyini hiss etməz.

Ey Əbuzər! Əgər Allah Təala bəndəsinin xeyrini istəyərsə, günahlarını qarşısında təcəssüm etdirər. Günahı onun üçün ağır edər. Əgər bəndəsinin pisliyini istəyərsə, günahlarını yadından silər.

Ey Əbuzər! O kəsin ki, rəftarı danışığı ilə uyğun gələr, səadətdən bəhrələnmiş olar. O kəsin ki, rəftarı danışığına müxalif olarsa, savab alan zaman özünü danlayacaqdır.

Ey Əbuzər! Zirək o kəsdir ki, nəfsini ədəbli edər. Ölümdən sonrakı həyat üçün çalışar. Gücsüz o insandır ki, nəfsinin ardınca gedər, o halda Allahdan yenə də arzusu olar.

Allah-Təala qardaşım İsaya vəhy etmişdi ki, dünyanı sevmə, çünki Mən onu sevmirəm. Axirəti sev”.



(Tebyan/Deyerler.org)
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 742 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]