Cümə günü, 2024-04-26, 1:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Xatimə
2013-02-10, 6:47 AM
Xatimə
◘Həzrət Riza (ə) buyurur: "Yeddi nəfər özünü məsxərəyə qoyub: Dildə istiğfar edib qəlbində peşman olmayan, Allahdan tövfiq istəyib özü isə çalışmayan, behişt arzusunda olub çətinliklərə səbr etməyən, cəhənnəm odundan Allaha pənah aparıb dünya ləzzətlərindən əl çəkməyən, ölümü xatırlayıb özünü ona hazırlaşdırmayan, Allahı yad edib Onunla görüşməyə müştaq olmayan və günahda davamlı olaraq tövbə etmədən Allahdan onu əvf edib bağışlamasını diləyən kəs.”
◘Salman Farsi deyir: "Simic yeddi bədbəxtlikdən birinə düçar olar: Ya ölər var-dövlətini isə vərəsələrindən ötrü qoyar və o da Allahdan başqasından ötrü xərcləyər, ya hər hansı bir zalım zorla və biabırçılıqla ondan alar, ya başına düşər və bütün varını daha artıq qazancdan ötrü əlindən çıxarar, ya da evini yenidən təmir etmək fikrinə düşüb əlində olanı da bada verər, ya hər hansı bir bədbəxt hadisə nəticəsində əlindən verər, ya yanğın vasitəsilə əlindən çıxar, ya oğruya nəsib olar, ya müalicəsiz bir xəstəliyə mübtəla olub bu yolda sərf etməklə əlindən verər, yaxud da bir yerdə torpağa basdırar və sonradan isə yadından çıxar.”
◘Bir hikmət sahibi deyib: "Təəccüb edirəm o kəslərə ki, Allahı tanıyır, lakin, itaət etmir, savaba ümidi var, lakin iş görmür, Allahın əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin, cahilliklə razılaşır, dünyaya bel bağlamamalı olduğunu bilir, lakin bütün səy və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin ondan qəflət edərək onu bərbad edir, ölüm ona doğru gəlməkdədir, o isə uzun-uzadı arzulardadır.”
◘Başqa birisi deyib: "Yeddi şey sədəqəni zinətləndirir və onu yuxarı aparır:
1. Halaldan olsun.
2. Kasıbçılıq zamanı olsun.
3. Ölüm gəlməmişdən qabaq olsun.
4. Gizlin olsun.
5. Yaxşı maldan olsun.
6. Minnətsiz olsun.
7. Həddi-hüdudu aşmasın.”
◘Həzrət Sadiqdən (ə) aşağıdakı məzmunda bir şer rəvayət olunub: "Qəməri aylarının yeddi günü nəhsdir: üçüncü, beşinci, on üçüncü, on altıncı, iyirmi birinci, iyirmi dördüncü, iyirmi beşinci günləri. (Bu günlərin nəhsliyi sədəqə verməklə aradan qalxır.)
◘Bir hikmət sahibi deyib: "Özünü batil şeylərdən qorumaq oruc, haqqı ödəmək namaz, başqalarına fayda vermək zəkat, haqq əhlinin arxasınca düşmək həcc, camaata əziyyət verməkdən çəkinmək sədəqə, bədən üzvlərini nalayiq işlərdən qorumaq ibadət, nəfsani istəkləri tərk etmək isə cihaddır.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 734 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]