Çərşənbə axşamı, 2024-04-16, 3:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Meracnamədən olan hədislər
2013-05-07, 9:51 AM
Meracnamədən olan hədislər
◘Allah-təala Peyğəmbərə (s) xitab etdi: "Ey Əhməd! Bilirsənmi ki, bir bəndə Allaha nə vaxt həqiqi ibadət edir? " Peyğəmbər (s) ərz etdi: "Xeyr, Pərvərdigara!” Allah-təala buyurdu: "Yalnız beş xüsusiyyətə yiyələndiyi halda; onu günahdan qoruyan təqvaya, boş-boş sözlərdən çəkindirən sükuta, hər gün ağlamağını artıran qorxuya, təklikdə onu Allahdan utanmağa vadar edən həyaya, dünya ilə düşmənçiliyə və Mənim sevdiyim kəslərə qarşı tutduğu dostluq mövqeyinə sahib olduğu vaxt.”
◘Hər kəs beş xüsusiyyətə sahib olsa, bunlar onun zərərinədir; beyət sındırmaq, təcavüz, hiylə, fırıldaq, zülm. Beyət sındıran barədə Allah buyurur: "Hər kəs beyət sındırsa öz zərərinə sındırıb.” Hiylə barəsində də buyurur: "Hiylə yalnız öz sahibinin ayağını dolaşdırar.” Təcavüz barədə də buyurur: "Ey insanlar! Təcavüzünüz zərərinizədir.” Fırıldaq barəsində buyurub: ”Allah və peyğəmbərinə qarşı hiylə işlədirlər, halbuki, bu fırıldaqları onların öz əleyhinədir.” Zülm barədə isə buyurur: "Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]