Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər
2013-07-18, 8:54 AM | |
Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər ◘Ərəblə
əcəm dörd şey barəsində müttəfiqdirlər; ürək tab gətirmədiyi şeyi öz
üzərinə alma, var-dövlətə görə məğrur olma, qadına arxayın olma və bir
də bihudə iş görmə. ◘Alimlər
dörd kitabdan dörd cümlə seçiblər; Tövratdan "Qənaətcil adam tox olar”,
Zəburdan "Sükut edən salamat qalar”, İncildən "Çəkilib bir küncdə
oturan nicat tapar”, Qurandan "Allaha tərəf gedən hər bir kəs hidayət
olub.” ◘Allah-təala
həzrət Davuda (ə) vəhy edib buyurdu: "Ağıllı insan gücünü dörd hissəyə
bölməlidir; bir hissəsini Allahla münacata, bir hissəsini öz
haqq-hesabını çəkməyə, bir hissəsini eyiblərini ona göstərməkdən ötrü
dostlarla görüşə və digər hissəsini də rahatlıq və halal ləzzətlərə.” ◘Qəlbin
nuraniliyi dörd vasitə ilə əmələ gəlir; ac qarından, saleh dostdan,
keçmiş günahları xatırlamaqdan və arzuların azaldılmasından. ◘Düz
danışmaq dörd növdür; vacib, haram, məkruh, müstəhəb. Vacib şahidlik
edən zamandır. Haram söz gəzdirən zaman, məkruh camaatı üzünə
tərifləmək, müstəhəb isə dalca tərifləmək. ◘Dörd xüsusiyyət pisdir, onun dörd şəxsdə olması lap pisdir; simiclik varlıda, həyasızlıq qadında, qəzəb alimdə və yalan qazidə. ◘Ağıllı
adamın dörd xüsusiyyəti var; nadanlara qarşı helm, batildən üz
çevirmək, lazım olan yerdə xərcləmək və mal sərf etmək, bir də dostu
düşməndən seçə bilmək. ◘Beytül-Müqəddəsin
dağlarında bir daş tapmışdılar, onun üzərində yazılmışdı; günahkar
səksəkəlidir, sözə baxan arxayındır, qane olan əzizdir, həris isə zəlil. ◘Cəfər
ibn Yəhyanın məktublarının birində dörd cümləni qızılla yazdığını
gördülər: 1. Ruzi müəyyən olunub. 2. Həris məhrumdur. 3. Simic üzü
danlaqlıdır. 4. Paxıl da qəmgindir.” ◘Bir
hədisi-qüdsidə Allah-təala buyurub: "Mən dörd şeyi dörd yerdə qərar
vermişəm, lakin camaat onu başqa yerdə axtarır və tapmır: Elmi aclıq və
qürbətdə qərar vermişəm, camaatsa onu başqa yerdə axtarır. İzzəti Mənə
bəndəlikdə qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır.
Varlılığı qənaətdə qərar vermişəm, camaat isə onu çoxlu mal-dövlətdə
axtarır, əldə edə bilmirlər. Rahatlığı behiştdə yaratmışam camaatsa onu
dünyada axtarır.” | |
Views: 703 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |