Şənbə günü, 2024-04-27, 1:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Peyğəmbərdən (s) nəql olunan əhli-sünnə hədisləri
2013-02-10, 6:59 AM
Peyğəmbərdən (s) nəql olunan əhli-sünnə hədisləri
◘Allah yolunda öldürülənlərdən başqa yeddi qrup insan da şəhid hesab olunur; ürək xəstəliyinə tutulan, yanmış, uçqun və dağıntı altında qalmış, suda batmış, plevrit (ağ ciyər qabığının iltihabı) xəstəliyindən ölən, vəba xəstəliyindən ölən və doğuş zamanı ölən qadın. (Yəni, Allah bu kəslərə şəhid olanların savabını əta edər.)
◘Yeddi evə rəhmət nazil olmaz; talaq verilmiş qadın olan evə, sözə baxmayan qadın olan evə, camaatın əmanətinə xəyanət olunan evə, zəkatı verilməyən mallar olan evə, vəsiyyətinə əməl olunmayan şəxsin vərəsələrinin evinə, şərab olan evə, ərinin malından oğurlayan qadının yaşadığı evə.
◘Qiyamət günü Allah-təala yeddi dəstə insana nəzər salmaz və əmr verər ki, onları atəşə salsınlar; ləvat verən, əli ilə istimna edən, heyvanla yaxınlıq edən, ləvat edən, öz arvadının qızı ilə zina edən, qonşunun arvadı ilə zina edən və qonşusunu incidib ona əziyyət verən.
◘Allah-təala yeddi tayfaya üç dəfə lənət edib; ləvatla məşğul olana, heyvanla yaxınlıq edənə, ata-anasını söyənə, torpaq oğrusuna, qaynanası ilə zina edənə, özünü atasına deyil, başqa kişiyə nisbət verənə və heyvanın başını kəsərkən Allahdan başqasının adını çəkənə.
◘Yeddi əməlin savabı öləndən sonra da davamlı olaraq yazılar; ağac əkmək, quyu qazmaq, axar suyun özülünü qoymaq, məscid tikdirmək, Quran yazmaq, elm yadigar qoymaq, özündən sonra ata-anasından ötrü istiğfar edən saleh övlad qoyub getmək.
◘Yeddi yerdə danışmaq məkruhdur; dəfn mərasimində (cənazəni müşayiət edərkən), qəbristanlıqda, xəstənin başı üstündə, elm məclisində, məsciddə, cinsi yaxınlıq edən zaman, bəla və müsibət üz verən zaman (çünki, bəla və müsibətin müddəti gərək ibrət almağa sərf olunsun)
◘Ey Əli! Yeddi əmələ görə Cəbrail bəni-adəmdən olmaq arzusu edir; camaat namazı, alimlərlə oturub-durmaq, camaatın ixtilaflarını həll etmək, yetimə nəvaziş göstərmək, xəstəni yoluxmaq, cənazəni müşayiət etmək və hacılara su vermək. Elə isə, sən də ey Əli, bu işlərə xüsusi diqqət yetir.
◘Ey Əli! Allah sənin şiələrinə yeddi məziyyət əta edib; ölüm zamanı rahatlıq, vəhşət zamanı aramlıq, qaranlıqlarda aydınlıq, iztirab zamanı əmniyyət, əməllərin hesabı zamanı ədalət (ola bilsin, bunda məqsəd fəzl və ehsandır), sirat körpüsündən keçid və başqalarından qırx il əvvəl behiştə daxil olmaq.
◘Allah-təala bizə yeddi xislət əta edib ki, bizdən sonra heç kəsdə olmayacaq; camal, fəsahət, kərəm, şücaət, elm, səbr və qadınlara qarşı məhəbbət.
◘Yeddi iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə Allah-təala onu peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərlə məhşur edər: Bir adamı həccə göndərmək, kömək istəyənin harayına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, acı doyurmaq, susuzu sirab etmək və isti gündə oruc tutmaq.
◘Allah tərəfindən belə vəhy gəldi: «Ey Əhməd! Bilirsənmi ki, bəndə nə vaxt abid olur?» Ərz etdi: «Xeyr, Pərvərdigara!» Buyurdu: «Yeddi xislət bir bəndədə cəm olsa, həmin vaxt o, abid hesab olunar. Həmin yeddi xüsusiyyət bunlardır:
1. Onu günahdan çəkindirən təqva.
2. Faydasız sözlər danışmaqdan çəkinmək.
3. Onu ağlamağa vadar edən Allah qorxusu.
4. Təklikdə onu Allahdan utanmağa vadar edən həya.
5. Zəruri miqdarda olan yeməyə qane olmaq.
6. Dünya ilə düşmənçilik, çünki Mən də onu (dünyanı) düşmən tuturam.
7. Yaxşı insanlarla dostluq.»
◘Hər kəs öz meyl və rəğbəti ilə zəkat versə və zəkat verməkdə Allahın razılığından başqa bir məqsədi olmasa onu, göyün birinci qatında səxavətli, ikinci qatında bağışlayan, üçüncü qatında itaətcil, dördüncü qatında xoşrəftar, beşinci qatında əta edən, altıncı qatında mübarək və zəmanət verilmiş, yeddinci qatında isə bağışlanılmış deyə çağırarlar.
Zəkat verməyən kəsi isə, göyün birinci qatında simic, ikinci qatında acgöz və tamahkar, üçüncü qatında qəzəbə düçar olmuş, beşinci qatında üz-gözünü turşutmuş, altıncı qatında xeyir-bərəkətsiz, yeddinci qatında isə namazdan üz döndərmiş adlandırarlar.
◘Cəbrail mənə qadınlar barədə o qədər tapşırdı ki, onlara talaq verməyin haram olmasını zənn etdim, qullar barədə o qədər tapşırdı ki, müəyyən vaxtdan sonra onların öz-özlərinə azad olacağını düşündüm, qonşu barədə o qədər tapşırdı ki, onların da vərəs olduğunu güman etdim, misvak barədə o qədər tapşırdı ki, onun vacib olmasını fikirləşdim, camaat namazı barədə o qədər tapşırdı ki, ondan başqa bir namazın Allah dərgahında qəbul olmadığını düşündüm, zikr barədə o qədər tapşırdı ki, zikrdən başqa heç bir danışığın faydalı olmadığını zənn etdim və nəhayət, gecə namazı barədə o qədər tapşırdı ki, gecə yatmağın qadağan olmasını güman etdim.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]