Cümə axşamı, 2024-03-28, 5:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

İmam Sadiqdən (ə) nəql olunan hədislər
2013-06-23, 10:18 AM
İmam Sadiqdən (ə) nəql olunan hədislər
◘Beş şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət.
◘Beş şeyə heç kəs etiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.
◘Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yəqub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı. Yəqub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: "Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.” Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: "Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət, bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular. Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.
◘Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub: Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)
◘Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: "Böyük günahları bəyan edin.” Buyurdu: "Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi vəd edib:
1) Yetimin malını yemək; Bu barədə buyurub: "Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.
2) Riba; Bu barədə buyurub: "Ey möminlər! Allahdan qorxun və faizli puldan əl götürün...”
3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: "Ey möminlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...”
4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq;
5) Qəsdən mömini öldürmək.
(Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.)
◘Dostluğun şərtləri və hədləri var. Bu həddi-hüduda riayət etməyənləri kamil dost hesab etmə. Hər kəs də ki, ümumiyyətlə, bu şərtlərdən xaric oldu, ona heç dost demə. Şərtlər və hüdudlar bunlardır; gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin, xiffəti də sənin xiffətin olsun), malı pulu onun dostluğuna heç bir təsir göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı səni tək qoymasın.
◘Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.
◘Hər kəs bu beş nemətdən birinə sahib olmasa həyatın şirinliyini dadmaz və həmişə fikri ayrı yerdə (qarışıq) olub daim özü ilə məşğul olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis. Ravi deyir: "Soruşdum, münasib munis kimdir? " Buyurdu: "Saleh qadın, saleh övlad və saleh dost. Beşincisi isə bunların dördünə də sahib olmaqdır.”
◘İnsanlar arasında paylanan ən az şey beşdir: yəqin, qənaət, səbr, şükür və bunların hamısına sahib olan əql.
◘Şeytan deyib: "Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər;
2) Gecə-güdüz çoxlu zikr deyənlər;
3) Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər;
4) Müsibət zamanı səbr edənlər;
5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.
◘Zəkatı beş kəsə vermək olmaz; övlada, ataya, anaya, qadına və nökərə.
◘Behişt meyvələrindən beşi dünyada da var; nar, alma, heyva, üzüm və rütbə (xurma növü)
◘Əbu Üsamə deyir ki, Həzrət Sadiq (ə) belə buyurdu: "Allahdan başqa heç kəsin bilmədiyi beş şeyi sənə söyləyimmi?” Dedim: "Bəli.” Həzrət bu ayəni oxudu:
1) Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilmir.
2) Allah yağış göndərir.
3) Bilir ki, bətinlərdə nə var.
4) Heç kəs bilmir ki, sabah nə edəcək.
5) Heç kəs harada öləcəyini də bilmir. Allah bunların hamısını bilir.”
◘İmam Səccad (ə) buyurub: "Dinin kamil olmasının beş əlaməti var; faydası olmayan sözlərdən çəkinmək, söhbət zamanı mücadilə, höcət etməmək, səbr, dözümlülük və xoş xasiyyət.
◘Mənim şiəm o kəsdir ki , öz qarnını və cinsiyyət üzvünü qorusun, din yolunda möhkəm və çalışqan olsun, işlərini yalnız Allaha görə etsin, Onun savabına ümidvar olsun və əzabından qorxsun. Əgər bu xüsusiyyətdə bir adam görsən bil ki, İmam Cəfər Sadiqin (ə) şiəsidir.
◘İmam Zamanın (ə) zühurundan qabaq beş şey mütləq baş verəcək:
1) Bir Yəmənli kişinin meydana çıxması.
2) Əbu Süfyan nəslindən olan bir kəsin meydana çıxması.
3) Asimandan gələn səs.
4) Məkkə və Mədinə arasında olan "Biyda” adlı bir məkanın bir hissəsinin yerə batması.
5) Pak bir kişinin öldürülməsi.
◘Dinin məsləhət icazəsi verdiyi işlərdə beş xüsusiyyətə malik olan insanlarla məşvərət et; ağıl, elm, təcrübə, xeyirxahlıq və təqva. Əgər belə bir adam tapmasan sən özün bu beş cəhətə riayət et, sonra qərar qəbul et və Allaha təvəkkül et, mütləq yol tapacaqsan.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 724 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]